Icma.az
close
up
RU
Buna gücü çatmayan vətəndaş meyiti yandırmalıdır? İlahiyyatçı qəbir yeri satanların əməlini ifşa ETDİ

Buna gücü çatmayan vətəndaş meyiti yandırmalıdır? İlahiyyatçı qəbir yeri satanların əməlini ifşa ETDİ

Icma.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.

"Nazirlər Kabinetinin qəbul etdiyi qərara görə qəbir yeri üçün qiymət, rüsum nəzərdə tutulmayıb. Ancaq əsasən paytaxtda baha qiymətlərə qəbir yerləri satılır. Hətta bunun alveri ilə məşğul olanlar var. Bələdiyyələr ya bu alverin içindədir ya da göz yumurlar. Qəbir satanlar bəhanə edir ki, vətəndaş rayon qeydiyyatındadır, aparsın ölüsünü öz rayonunda dəfn etsin ya da pul verib buradan alsın. Naçar qalan vətəndaş da pulla qəbir yeri alır".

Bu sözləri Redaktor.az-a ilahiyyatçı Tural İrfan qəbirlər yerlərinin satılmasını şərh edərkən dedi. Onun sözlərinə görə, hər bir vətəndaşın pulsuz dəfn edilmə hüququ var.

"Hər bir vətəndaşın yaşamaq haqqı olduğu kimi, eyni zamanda öləndə öz Vətənində dəfn olunmaq haqqı da var, özü də pulsuz. Tutaq ki, birinin pulu yoxdur, nə etməlidir? Ölünü yandırıb külünü Xəzərə səpməlidir? Yandırmaq üçün də yerlər nəzərdə tutulmayıb axı. Yəni, vətəndaşı dalana dirəmək, çarəsiz qoymaq olmaz. Ümumiyyətlə məzarlıqlarda həddən artıq problem çoxdur. Xaotik vəziyyətdir. Kimin pulu var, vəzifəsi varsa lap əla yerdən, özü də böyük ərazi zəbt edir, yaxud aidiyyəti qurum ona qəbir yerlərini peşkəş edir. Kimin də pulu yuxdur ona künc-bucaqda balaca bir yer verirlər özü də pulla. Bu, isə yolverilməzdir. Bu məsələ ilə bağlı ya qanunda boşluq var, ya da icrasına nəzarət olunmur. Kimin kefi necə istəyir elə də qəbir daşı qoyur, məqbərə tikir, böyük əraziləri zəbt edir. Hərə öz yaxının məzarına hasarlar çəkir ki, bu da kifayət qədər ərazini hədər edir".

İlahiyyatçının sözlərinə görə, hər bir qəbiristanlığın ümumi hasarı olmalıdır.

"Məzarlığın ümumi bir hasarı olmalıdır, vəssalam. Yoxsa hərə öz qəbrinə hasar niyə çəkir? Hansı təhlükə var ki? Bir qədər mərkəzi yerlərdə qəbir yerləri həddən artıq bahadır. Qəbir alveri böyük bir inhisara, biznes sahəsinə çevrilib. Məzarlar sıra ilə olmalıdır, onların xəritəsi olmalıdır. Standart daşlar olmalıdır. Pərakəndə şəkildə olmaz. Bunu da tənzimləyən qurumlar düz işləməlidir. Qəbir yeri satmaq haram və böyük günahdır. Böyük yerləri də zəbt etmək həmçinin. Başqasına yer saxlamadan varlı məmurlar öz nəsli-nəcabəti üçün böyük yürləri alıb bron edirlər. Belə olmaz".

Türkan İSGƏNDƏRLİ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:128
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 19 Noyabr 2024 15:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see281

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see261

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see235

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see213

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see205

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see184

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see176

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see176

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see165

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see163

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see160

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see152

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see151

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see150

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see148

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see147

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see147

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see145

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see144

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri