“Bunun Ermənistan üçün hansı nəticələrə gətirib çıxaracağını zaman göstərəcək”
Icma.az, Yeniavaz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ermənistanın dəmir yolu sektorunda Rusiyanın rolunu və yatırılan sərmayələri yüksək qiymətləndirib.
Yeniavaz.com xəbər verir ki, Zaxarova bu barədə keçirdiyi brifinqdə danışıb.
O qeyd edib ki, “Cənubi Qafqaz Dəmir Yolları” öz öhdəliklərini yüksək məsuliyyətlə yerinə yetirir.
XİN sözçüsünün sözlərinə görə, şirkət dəmir yollarının təkmilləşdirilməsi də daxil olmaqla, bu sahəyə 30 milyard rubldan çox sərmayə yatırıb.
Rusiya rəsmisi həmçinin dəmir yolu qrafikinin Ermənistan tərəfinin xahişi ilə tənzimləndiyini deyib.
Zaxarova İrəvanın Rusiyanın güzəşt hüququnun Ermənistanın logistika təşəbbüslərində iştirakına mane olması ilə bağlı fikirlərini rədd edib. O, bu arqumentləri “tamamilə yalan” adlandırıb.
Rusiya XİN sözçüsü hesab edir ki, Ermənistanın nəqliyyat sektorunda Rusiyanın rolunu azaltmaq cəhdləri Qərbin Rusiyanı Cənubi Qafqazdan sıxışdırmaq planları ilə əlaqəlidir. Zaxarovanın sözlərinə görə, bunun Ermənistan üçün hansı nəticələrə gətirib çıxaracağını zaman göstərəcək.
O, tərəfdaşların açıq bəyanatlar verməzdən əvvəl danışıqlar masasına oturmalı, mövcud problemləri və narahatlıqları müzakirə etməli olduğunu vurğulayıb.
Məlumat üçün bildirək ki, Ermənistan dəmir yolları hazırda Rusiyaya məxsus “Cənubi Qafqaz Dəmir Yolları” şirkətinin idarəetməsindədir. Bir neçə gün əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan dəmir yolunun Ermənistanın mülkiyyəti olduğunu və istədiyi kimi idarə edəcəyini bəyan edib. Ermənistan lideri, həmçinin məsələ dostluq şəraitində həll olunmayacağı halda, İrəvanın beynəlxalq məhkəməyə üz tutacağını açıqlayıb.
Bu mövzuda digər xəbərlər:Ermənilərin və onlara havadarlıq edənlərin Prezidentin mesajlarından hansı nəticə çıxaracağını zaman göstərəcək
10 Noyabr 2024 17:08
Qərb bu mərhələdə bunun hansı nəticələrə gətirib çıxaracağına belə əhəmiyyət vermir
02 İyul 2025 12:40
Ermənistan bunun idxalını qadağan etdi
30 İyul 2026 12:27
Qurban Qurbanov: “Bunun üçün zaman lazımdır”
31 Avqust 2026 23:15
Ermənistan bunun sonunun olmadığını birdəfəlik anlamalıdır
08 Noyabr 2024 08:29
Baxış sayı:113
Bu xəbər 27 Avqust 2026 15:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















