Icma.az
close
up
RU
Bütün 1 ci qruplar adından DİM ə etirazımı bildirirəm Ramin Nurəliyev

Bütün 1 ci qruplar adından DİM ə etirazımı bildirirəm Ramin Nurəliyev

Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.

Bu il ali təhsil müəssisələrinə keçiriləcək qəbul imtahan qaydalarında dəyişiklik ediləcək. Belə ki, 1-ci ixtisas qrupuna imtahan verən abituriyentlər yalnız bir alt qrup imtahanı verə biləcəklər.

Yeni qaydanın abituriyentlərə hansı təsirləri olacaq?

Mövzu ilə bağlı Redaktor.az-a danışan təhsil eksperti Ramin Nurəliyev bildirdi ki, 1-ci və 3-cü ixtisas qrupunda ixtisaslar Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən bölünərək 2 alt qrupda formalaşdırılıb:

"1-ci ixtisas qrupunda kompüter yönümlü ixtisaslar iki yerə - Riyaziyyat, İnformatika olaraq ayrılıb, buna Rİ alt qrupu deyilir. Digər ixtisaslar isə Riyaziyyat, Kimya olaraq formalaşdırılıb, buna RK alt qrupu deyilir. 3-cü ixtisas qrupunda Beynəlxalq Münasibətlər, Regionşünaslıq TC alt qrupu olaraq formalaşdırılıb, bu, Tarix-Coğrafiya deməkdir. Digər ixtisasların hamısı isə DT Dil, Ədəbiyyat və Tarix alt qrupu kimi formalaşdırılıb. Alt qrupların hər biri əvvəlki illərdə 1-ci və 3-cü qrup abituriyentləri tərəfindən rahatlıqla seçilirdi. Məsələn, 1-ci qrup abituriyent blok imtahanın hər iki cəhdində həm RK, həm də ödəniş edərək Rİ alt qrupundan qeydiyyatdan keçə bilirdi. İmtahan zamanı Riyaziyyat, Fizika, Kimyadan bir həftə, digər həftə isə yalnız İnformatikadan imtahan verirdi.

3-cü qruplarda Azərbaycan dili, Tarix, Ədəbiyyatdan imtahan verilir, bir həftə sonra isə Coğrafiyadan imtahan verilir. Bu abituriyentlərin hər biri ixtisas seçimində həm RK alt qrup ixtisaslarından, həm də Rİ alt qrup ixtisaslarından seçim edə bilirdilər".

Müsahibimiz qeyd etdi ki, bu qəbul ilində1-ci qruplara məhdudiyyət qoyulub.

"DİM deyir ki, 1-ci qruplar ya RK, ya da Rİ-ni seçəcək. Abituriyent kompüterə hazırlaşırsa, Rİ seçsin, Kimyaya hazırlaşırsa, ikinci cəhddə RK seçə bilər. Bu, haqsızlıqdır. 3-cü qrupda isə abituriyent həm TC, həm də DT seçə bilər. Məhdudiyyət qoyulmağının səbəbi 1-ci qrupda kompüter yönümlü ixtisaslara gedənlərin sayının çox olmasıdır. Onlar hər iki alt qrupdan qeydiyyatdan keçirdilər. İlk imtahanda Riyaziyyat, Fizika və Kimya fənnindən imtahana girib vaxtlarını Riyaziyyat və Fizikaya həsr edib, daha yaxşı nəticə əldə etmiş olurdular. Bunu tənzimləmək üçün DİM tərəfindən belə bir qərar qəbul olunub.

Elə abituriyent var ki, hər iki alt qrupa hazırlaşırdı. Həm İnformatikadan, həm Kimyadan hazırlığa gedir. İlk cəhddə Riyaziyyat-İnformatika yönümlü ixtisaslara gedilərsə, ikinci cəhddə məcbur Riyaziyyat-Kimya alt qrupu ilə gedilməlidir. 3-cü qrupların olduğu kimi qalması 1-ci qruplara haqsızlıqdır. Bunu belə tənzimləmək olmaz. Vəziyyəti başqa cür həll etmək olardı. Məsələn, Riyaziyyat, Fizika, İnformatikanı birinci imtahanda salmaq olardı. Daha sonra ayrıca Kimya salına bilərdi. Yaxud Riyaziyyatla Fizikanı ilk imtahanda, növbətidə isə Kimya ilə İnformatika bir salına bilərdi. Vəziyyəti tənzimləmək çox asan idi. Məhdudiyyət qoymaqla bu işi tənzimləmək doğru deyil. Bütün 1-ci qruplar adından DİM-ə etirazımı bildirirəm", - deyə R.Nurəliyev bildirdi.

Aytəkin TOFİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:865
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 18 Aprel 2025 16:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see308

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see303

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see302

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see302

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see298

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see290

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see290

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see284

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see279

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see267

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see257

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see253

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see244

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see243

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see239

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see239

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see226

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see216

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see200

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri