Icma.az
close
up
RU
Bütün suallara dürüst cavab tapan adam...

Bütün suallara dürüst cavab tapan adam...

Icma.az xəbər verir, Xalqcebhesi saytına əsaslanaraq.

İnsan istərsə rəhbər vəzifədə çalışsın, istərsə də sadə peşə sahibi olsun- əgər xarizmatik deyilsə heç zaman şəxsiyyət ola bilməyəcək. Bu dəfə sizə tanıyanları tərəfindən şəxsiyyət kimi qəbul olunan, gözəl bir insan haqqında söhbət açmaq istəyirəm. O, 20 oktyabr 1978-ci ildə Bakı şəhərində dünyaya gəlib. Orta təhsilini Bakı şəhər 1 saylı orta məktəbdə başa vurub. Sonra Azərbaycan Dövlət İqtisad Universitetində maliyyə ixtisasına yiyələnib. 2004-cü ildən klub oyunlarının iştirakçısıdır. 2004-cü ildə “Nə? Harada? Nə zaman?”oyununun idman variantı üzrə dünya çempionu olub. Beynəlxalq “Nə? Harada? Nə zaman?” klubları assosasiyası təfərinfən 2010-cu ildə ilin adamı seçilib. 2010-cu ilin yekunlarına əsasən "Büllur bayquş", "Brilyant bayquş", "Klubun ən yaxşı kapitanı" poqonu mükafatlarına layiq görülüb. Hazırda İctimai Televiziyaya rəhbərlik edir. Xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif olunub. Bəli, söhbət Balakişi Qasımovdan gedir...

Deyir ki:- “Əvvəllər hər həftə futbol oynayırdım, bəzən vaxt tapanda daha tez-tez də oynamaq imkanım olurdu. Amma sonra zədələr başladı: əvvəlcə ayağım sındı, daha sonra dizimin lateral və medial bağları qopdu. İndi ancaq yuxularımda və “PlayStation”da futbol oynayıram. Niyə futbolçu olmadım? O vaxtlar çox çətin idi: Sovet İttifaqı yenicə dağılmışdı, müharibə gedirdi, hər bir sahədə, o cümlədən futbolda da qeyri-sabit vəziyyət hökm sürürdü. Son ana qədər davam etdim, amma sonra başa düşdüm ki, məşqlər təhsilimə mənfi təsir göstərir. Seçim etmək məcburiyyətində qaldım. Düşünmürəm ki, bəlkə də məndən böyük futbolçu çıxardı. Amma və lakin... Heç vaxt seçimimdən peşman olmamışam. Allaha şükür ki, hər şey yaxşı alındı...”

Onun öz dünyası var. Bu dünyanı ədalət tərəzisi idarə edir. Elə ona görə də hər şeyin ədalətli olmasını istəyir. Və bu dünyada sülh və harmoniya axtarır. Ehtiyacı olan birisini görərsə, əlindən gələnköməyi əsirgəməyəcək. Bəli, o sülhsevər insandır, kiminsə ondan incməsinə imkan vermir...

Yazıçı, ssenarist, kulturoloq Hafiz Ataxanlı onu belə təqdim edir: “Balakişi Qasımovu "Nə? Harada? Nə zaman?" məşhur proqramdan, hər dəfə uğurlu çıxışları ilə yadda qalan Bakı komandasının kapitanı kimi tanıyırdım. Təbii ki, qiyabi. 2019-cu ildə Səməd Seyidovun elmi redaktoru olduğu, Zeydulla Ağayevin tərcümə etdiyi: Səmyuel A. Uymzun “Ermənistan- terrorçu “xristian” ölkənin gizlinləri” adlı kitab əlimə düşdü. Kitabda yetərincə maraqlı faktlar vardı. Dərhal əlavə faktları da topladım.Sənədli film üçün ssenari yazıb göndərdim. İki gündən sonra çağırdı. Adətim üzrə görüşə yarım saat tez gəlmişdim. Qəbul otağına bir neçə dəfə zəng vurub soruşdu, tıxacda qaldığından bir az gecikdiyini söylədi, qonağa çay, kofe təklif edin, dedi. O, bu zəngi etməyə də bilərdi. Amma daxili mədəniyyəti, sadəliyi, insanlara,yaradıcı şəxslərə ehtiramı, kübarlığı və ən əsası, təşəbbüsə operativ yanaşmasının göstəricisiydi. Müəyyən səbəblərdən həmin iş alınmadı. Amma 2020-ci ilin sonunda məhz Balakişi Qasımovun təşəbbüsü ilə məni Tural Sevdimalı çağlrdı. İstedadlı rejissor dostumuz Nəsimi Əliyevlə birgə 3 bölümlük "Cinayət və cəzasızlıq" sənədli- bədii filmini ərsəyə gətirdik. Çəkiliş məkanları, eləcə də bədii epizodlar çox idi, yaradıcı heyətə kifayət qədər çox adam cəlb olunmuşdu. Filmin istehsalat müddətində hər gün ya özü Nəsimiyə zəng vurur, ya da Tural vasitəsilə xəbər tuturdu. Bircə problemlə rastlaşmadıq Baş prodüser Əziz hər gün yanımızdaydı. Bax həmin vaxtlarda rəhbər diqaətinin və qayğısının, habelə məsuliyyətinin nə olduğunu bildik. Balakişi müəllimin sadəliyi,formalizmlərdən qaçmağı, əməkdaşlarla rəftar kodeksi onu səciyyələndirən cəhətlərdəndir. Balakişi Qasımovun intellekti, zərif yumor hissi, demokratikliyi, bədii- estetik zövqü heç şübhəsiz İTV nin proqram siyasətinə, bədii- vizual keyfiyyətinə də yansıyıb...”

Çox ünsiyyətcil və mehriban insandır. İstənilən mövzuda söhbət etməyi bacarır. O, həm də ahəngdar şəxsiyyəti ilə tanınır. Əla dinləyicidir, darıxmadan saatlarla danışa və dinləyə bilər. Xəsis deyil, bildiyi mövzular barədə ətrafdakılarla paylaşmağı bacarır. Gözəllikdən zövq alır. Səliqəsizliyə qarşı dözümsüzdür. Amma çox nəzakətlidir...

Filolojiya elmləri doktoru, media eksperti, professor Qulu Məhərrəmli onu belə xarakterizə edir: “Bir sıra baxımlı layihələrin ekrana daşıyıcısı kimi tanınmış Balakişi Qasımov intellektual, işgüzar və bacarıqlıdır. Adətən, prodakşn studiyalarında belə ciddi layihələri reallaşdıran insanlar televiziya istehsalını və komanda işini yaxşı mənimsəyir, adamları yaxşı tanıyır, geniş əlaqələri olur, özlərini diqqətli menecer, rəhbər və gözəl prodüser kimi ifadə edə bilirlər. Balakişi Qasımov bəlli sferada bu peşəkar keyfiyyətlərə yiyələnmiş şəxs kimi qəbul edilir. Azərbaycan cəmiyyətinin irəliləyə bilməsi üçün savadlı, ləyaqətli və peşəkar adamların çalışdığı, dürüst, maarifləndirici və plüralist televiziyaya həmişə ehtiyac olub və var. Ona uğurlar arzulayıram!

Olduqca optimist xarakterə malikdir. Hər şeyə müsbət tərəfindən baxmağa böyük əhəmiyyət verir. Həssas təbiəti ilə haqsızlığa reaksiya verməkdən çəkinmir. Hər zaman müsbət enerji yayaninsandır. Onun üçün hər bir məsələdə mütləq ədalət başda olmalıdır.O, ədalətsizliyə dözə bilmir. Təbiətcə şən və enerjilidir. Əsl ağsaqqallara xas olan xüsusiyyətləri çoxdur...

...Bəli, onu ölkədə məşhurlaşdıran “Nə? Harada? Nə zaman?” verilişindəki suallara operativ, dolğun cavabları olub. Və bu gün də çalışdığı televiziya sahəsində meydana çıxan sualların cavablandırılmasında mahirdir...

Elman Eldaroğlu

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:256
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 16 İyun 2025 13:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1206

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see477

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see380

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see373

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see372

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see366

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see324

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see300

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see269

Azərbaycanda taunla bağlı məhdudlaşdırıcı tədbirlər olacaq?

05 Oktyabr 2026 15:58see243

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see209

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

05 Oktyabr 2026 16:52see209

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see205

Ceyranbatanda toyda dava Biri komadadır

05 Oktyabr 2026 15:49see204

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see200

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see196

Ceyhun Bayramov və Marko Rubio Azərbaycan ABŞ strateji tərəfdaşlığını müzakirə ediblər

05 Oktyabr 2026 20:39see191

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see183

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

06 Oktyabr 2026 00:59see181

Yamal Golden Boy 2026 namizədləri arasında yoxdur

06 Oktyabr 2026 02:14see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri