Icma.az
close
up
RU
Cahangirbəyli yenidən qurulur Ağazadə görülən işləri açıqladı

Cahangirbəyli yenidən qurulur Ağazadə görülən işləri açıqladı

Icma.az bildirir, Azpolitika.az saytına əsaslanaraq.

Zəngilan rayonunun Cahangirbəyli kəndində 242 evin tikintisi başa çatdırılıb.

"AzPolitika" xəbər verir ki, bunu Cəbrayıl, Qubadlı, Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktorunun müavini Emil Ağazadə jurnalistlərə açıqlamasında deyib.

O, kənddə inşa edilən yaşayış evlərinin həyətyanı sahə ilə təmin olunduğunu bildirib:

"Zəngilan rayonunun Cahangirbəyli kəndi ümumi olaraq 179,54 hektar ərazidə layihələndirilib və tikinti işlərinə 2024-cü ildə başlanılıb. İlkin olaraq 62,5 hektar ərazidə 242 fərdi yaşayış evinin tikinti işləri həyata keçirilib. İnşa edilən yaşayış evləri köçəcək ailələrin say tərkibinə uyğun olaraq iki, üç, dörd və beş otaqlıdır. Evlərin 162-si 2-3 otaqlı olmaqla bir mərtəbəli, qalanları isə 4-5 otaqlı olmaqla iki mərtəbəlidir. Hazırda evlərdə son tamamlama və bəzək işləri görülür. Hər bir fərdi yaşayış evi həyətyanı sahə ilə təmin olunub. Həmçinin evlərin həyətində yardımçı tikililər də inşa edilib. Kəndə köçəcək əhalinin gündəlik tələbatlarının ödənilməsi üçün müasir tələblərə cavab verən qeyri-yaşayış obyektlərinin tikintisi də nəzərdə tutulub".

E.Ağazadənin sözlərinə görə, kənddə zəruri infrastruktur layihələrinin icrası davam etdirilir:

"Layihə çərçivəsində Cahangirbəyli kəndində 264 şagird yerlik orta məktəb, 80 yerlik körpələr evi-uşaq bağçası, inzibati bina, çoxfunksiyalı bina və bazar kompleksi də inşa olunub. Kənddə zəruri infrastruktur layihələrinin icrası davam etdirilir. Bundan əlavə, köçəcək əhalinin müasir və rahat həyat şəraitinin təmin olunması məqsədilə bütün kommunikasiya işləri, həmçinin kəndin yağış və sel sularından mühafizəsi istiqamətində layihələndirmə işləri də başa çatdırılıb. Artıq ərazidə layihə üzrə nəzərdə tutulan həllərin tətbiqinə başlanılıb".

İcraçı direktorun müavini Cahangirbəyli kəndinin inşası zamanı tikinti normativlərinə və görülən işlərin yüksək keyfiyyətlə icra olunmasına xüsusi diqqət yetirildiyini qeyd edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:116
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 24 Sentyabr 2026 13:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see403

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see314

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see294

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see285

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see276

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see272

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see266

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see264

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see264

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see242

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see227

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see221

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see219

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see218

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see217

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see217

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see215

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see211

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see206

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri