Icma.az
close
up
RU
Çapalama

Çapalama

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ermənistan düşdüyü “siyasi bataqlıq” girdabından çıxa bilmir

COP29-a qədər və sonrakı dönəmdə “sülhün bir addımlığında” olduğunu bəyan edən rəsmi İrəvan bir tərəfdən bütün dünyaya Qərbyönlü kursa sadiqliyini, Rusiyadan qopduğunu nümayiş etdirməyə çalışır, digər tərəfdən isə bu qütblərin hər ikisini təəccübləndirən hərəkətlərə yol verir. Bu məqamda Ermənistan baş nazirinin nəyə ümid etdiyini müəyyənləşdirmək də olmur.

Müharibədə zəfər çalmış Azərbaycan hakimiyyətinin təmkinli, müstəqil və ədalətli siyasətini davam etdirməsinin fonunda Ermənistan rəhbərliyi özünün yaratdığı siyasi-diplomatik bataqlıqdan qurtulmağın yollarını aramaqdadır. Bu zaman, o, məntiqsiz, qeyri-konstruktiv, bəzi hallarda isə avantürist addımlar atır. Daxildə həm də xaos bataqlığına sürüklənən Paşinyan iqtidarının yeni siyasi mühit formalaşdırmaq cəhdlərini, komandasında “hava dəyişmək” taktikasını müşahidə edirik. Amma hayların baş naziri həm dövlətin, həm də millətin nicat yolunu yanlış ünvanlarda axtarır. Onsuz da səmərəsiz axtarışlar limiti tükənəndən sonra şərqlilərin “uzaq qohumdan yaxın qonşu yaxşıdır” deyiminin gerçəkliklə üst-üstə düşdüyünə əmin olacaq, gələcəyinin Azərbaycan və Türkiyə ilə münasibətləri sahmana salmaqdan keçdiyini də anlayacaq.

Şübhə edənlər geriyə baxsınlar

Bu gün iqtisadi cəhətdən Rusiyadan asılı görünən Ermənistanın yaxın gələcəkdə Türkiyə ilə əlaqələr qurmasının Azərbaycan üçün heç bir təhlükəsi yoxdur. Türkiyə–Ermənistan sərhədinin açılması, iki ölkə arasında iqtisadi münasibətlərin genişlənməsi paralel olaraq Zəngəzur dəhlizinin də açılmasına müsbət təsir göstərə bilər. Əgər Paşinyan şimaldan iqtisadi-siyasi asılılığını aradan qaldırmaq, regional əməkdaşlığa üstünlük vermək istəyirsə, Türkiyə və Azərbaycanla danışıqları intensivləşdirməli sülh sazişinin imzalanmasını tezləşdirməlidir.

Siyasi şərhçi Tofiq Abbasov hesab edir ki, artıq Azərbaycan ermənipərəst dairələrin qurduğu tələlərə düşməyəcək: “Çünki sülh sazişi və əməkdaşlıq məsələlərinə Bakının özünün dəqiq və aydın baxışı var. Azərbaycan rəhbərliyi İrəvana öz sözünü dörd il bundan əvvəl deyib. O zaman, belə demək mümkünsə, potensial vasitəçilər də gördülər və əmin oldular ki, Bakı ikitərəfli – “tet-a-tet” danışıqlara üstünlük verir. İrəvanın bunu qəbul edib-etməməsindən asılı olmayaraq, biz bu yoldan dönməyəcəyik. Qərbin planları isə Ermənistandan təcrübə meydanı kimim istifadə etmək və bu yolla Azərbaycana təzyiqlərini artırmaq, boynumuza lazımsız öhdəliklər qoymaqdır. Avropa İttifaqı şərti şərhədin o üzündə yerləşdirdikləri qondarma missiyanın vasitəsilə Azərbaycanı qarışdırmaq məqsədini güdür. Amma qəbul etmək istəmirlər ki, Bakı tutduğu mövqeyindən bir millimetr belə geri çəkilməyəcək. Çünki hay riyakarlığının, fövqəlgüclərin oyunbazlığının da şahidi olmuşuq. Bundan sonra Azərbaycanın heç bir kənar dəstəyə, vasitəçilərin təşəbbüslərinə ehtiyacı yoxdur. Dövlətimiz qarşısına qoyduğu məqsədin bütün yükünü özü daşıyıb və onu lazımı nöqtəyə çatdırıb. Cənab Prezidentin COP29 sammitindəki çıxışlarında bu fikri dəfələrlə vurğuladı ki, Azərbaycan üzləşdiyi problemlərin hamısını öz gücünə həll edib. Daha beynəlxalq təşkilatların, psevdovasitəçilərin imkanlarından və resurslarından bəhrələnməyə ehtiyac duymur.

Fakt ondan ibarətdir ki, Ermənistan bir daha bölgədəki mövcud status-kvonu dəyişə bilməyəcək. O başqa məsələdir ki, kənar qüvvələr bölgədə mini çaxnaşma salmaq, lokal hərbi münaqişə törətməkdən ötrü çeşidli cəhdlərə baş vuracaqlar. Məsdəqləri bu bəhanə ilə Cənubi Qafqaza özlərinin “sülhməramlı” qoşunlarını gətirməkdir. Onlar üçün ən vacibi burada fiziki mövcudluqlarıdır. Azərbaycan heç vaxt bununla razılaşmayıb, bundan sonra da razılaşmayacaq. Bakı öz diplomatik yolu ilə gedir və heç bir halda bu yoldan çıxmayacağını ABŞ Dövlət Departamentinə də sübut edib. Əgər buna şübhə edən varsa, onda geriyə boylansın və Azərbaycanın dediyi sözünün ağası olduğuna əmin olsun”.

Rəsmi İrəvan əsl simasını nə qədər maskalamağa çalışışsa da, səsləndirdiyi ziddiyyətli fikirlərdə, bir-birinə daban-dabana zidd açıqlamalarda “xoruzun quyruğu” görünməyə başlayır. Dünya da artıq kimin kim olduğunun fərqindərir.

Cahillik və vassallıq

Artıq Qərbin də İrəvana arxa duracağına erməni ekspertləri kimi, siyasi isteblişment də inanmır. Hesab edirik ki, bunun iki əsas səbəbi var. Birincisi, Ermənistan real olaraq suveren dövlət deyil. Onun daha çox hansı qütbdən – “kollektiv Qərb”dən, yoxsa Moskvadan asılı olduğunu demək belə çətindir. İkinci səbəb isə İrəvanın regional və transmilli layihələrdən kənarda qalmasıdır. Yəni, Cənubi Qafqazda maraqları olan “böyük güclər”in əlində heç nəyi olmayan ölkəni regional oyunçu kimi qəbul etmələri mümkün deyil. Bu, məsələnin iqtisadi kontekstdən kənara çıxdığını izah eləməyə ehtiyac yoxdur. Məhz bu müstəvidə Rusiya rəhbərliyinin Azərbaycanla əməkdaşlığı gücləndirməsi birmənalı şəkildə Ermənistanda Kremlin antierməni addımı kimi qiymətləndirilir. Amma, aydın məsələdir ki, reallıqda heç də belə deyil.

Onlar uzun illər ərzində qonşularına qarşı apardıqları məkrli siyasətin dalana dirənməsindən bərk narahatdırlar. Hayların siyasi şüurundan “Rusiya Ermənistanla elə yaxınlıq etməlidir ki, bütün məsələlərdə birmənalı olaraq anti–Azərbaycan mövqeyi tutsun” kimi bir ehkam hələ də silinməyib. Praqmatizmin və reallığa ayıq gözlə baxmağın prioritet sayıldığı müasir siyasətdə bu istək, sadəcə, istehza doğura bilər.

Erməni siyasi ekspertlərdən birinin sosial şəbəkə paylaşımındakı bu fikri diqqət yetirilməyə layiqdir: “İndi razılaşmaq lazım gəlir ki, başqa seçim olmayacaq. Bəlkə də bizi indikindən də pis aqibət gözləyir”.

Özünü nə qədər müasir, demokratik dəyərlərə riayət edən kimi göstərməyə çalışsa da Ermənistan rəhbərliyi və cəmiyyəti eyni bataqlığın “sakinləridir”. Cahil cəmiyyət yalnız vassal liderlər yetişdirməyə qadirdir! Koçaryan, Sarkisyan kimi separatçı-sağçıların rəhbərliyini qəbul etmiş, hələ də “miatsum” tiryəkin dumanından ayıla bilməyən erməni cəmiyyəti kimdənsə asılı olmadan özgə idarəetmə tanımır.

Beləliklə, Ermənistan rəhbərliyi Cənubi Qafqazda böyük dövlətlərin maraqlarını lazımınca təmin edə bilməməsindən bərk narahatdır. Rəsmi İrəvan düşdüyü siyasi labirintdə necə davranmağı müəyyənləşdirə bilmir. Yolunu azmış və uçurumdan- uçuruma hoppanmağa çalışan alpinist kimi, Paşinyan iqtidarı gah Qərbdəki havadarlarına yalvarır, gah onlardan küsür, Azərbaycanı ittiham etməyə girişir, gah da “sülhü hamıdan çox istədiyinə” and içir. Gördüyümüz real mənzərə budur. Reallıq isə tələb edir ki, İrəvan ağlını başına toplasın, dürüst və sağlam siyasət yeritsin. Əks-təqdirdə, özünün yaratdığı xaos bataqlığının girdabında məhv olacaq.

Bakı sülhə aparan ən kəsə yolu İrəvana göstərib. Yox, əgər haylar və onların arxasında dayanan qüvvələr bu yolu minalamaq istəyirsə, həmin minalanmış sahəyə özləri düşəcəklər. Necə ki, özünün qazdığı və çapaladıqca daha dərinə getdiyi “siyasi bataqlıq”dan qurtula bilmir...

İmran BƏDİRXANLI
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBu mövzuda digər xəbərlər:
seeBaxış sayı:124
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 10 Dekabr 2024 10:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İxtisas seçiminin nəticələri bu gün elan olunacaq? RƏSMİ AÇIQLAMA

22 Avqust 2026 12:41see261

Ramil Şeydayev Rusiya klubunda

23 Avqust 2026 01:44see238

İran ABŞ ın sanksiyalarına qoşulacaq ölkələrin neft ixracı marşrutlarını hədəfə ala biləcəyini açıqlayıb

23 Avqust 2026 01:52see235

Matviyenko Ermənistanın yeni spikerini belə təhdid edib: Əgər...

23 Avqust 2026 03:07see224

Beyləqan sakini bank əməkdaşı tərəfindən dələduzluğa məruz qaldığını iddia edir VİDEO

22 Avqust 2026 23:59see217

Zelenski Azərbaycan əsilli hərbçiləri təltif etdi

23 Avqust 2026 01:51see217

“Kişilər güclü, hər şeyi bilən qadınları sevmirlər“

22 Avqust 2026 12:32see199

Dördüncü şirkətini də eyni prinsiplə qurdu: Raj Toletinin dəyişməyən biznes qaydası

22 Avqust 2026 13:10see195

Bərdədə zəncirvari qəza 4 nəfər xəsarət aldı+Fotolar

22 Avqust 2026 22:11see188

Təqaüd yaşını yox, təqaüdlərin kəskin artırılmasını müzakirə etməliyik Natiq Cəfərli

22 Avqust 2026 12:28see183

Olduqca gərgin və maraqlı oyunun şahidi olduq Rəşad Sadıqov

23 Avqust 2026 01:08see169

Tramp administrasından Kanadaya gözlənilməz tələb Karni AÇIQLADI

23 Avqust 2026 02:53see168

Alimlər çəki artımını dayandıran maddə tapdılar

22 Avqust 2026 19:21see167

Paşinyan Kərki kəndinin qaytarılması barədə əmr verib

22 Avqust 2026 13:25see164

Çelsi nin futbolçusu Premyer Liqa klubunun hədəfində

23 Avqust 2026 18:45see162

A Seriyası: Milan səfərdən 3 xalla dönür

24 Avqust 2026 01:58see159

La Liqa klubunda yeni bombardir

23 Avqust 2026 00:51see159

Tramp HƏMAS ın tam tərksilahına dair razılaşmanın əldə olunduğunu bəyan etdi

23 Avqust 2026 16:15see157

Keçmiş məktəb direktoru vəfat etdi

22 Avqust 2026 18:57see155

Efiopiyanın Baş naziri Sahibə Qafarova ilə ikitərəfli əlaqələrin möhkəmləndirilməsini müzakirə edib

23 Avqust 2026 01:59see153
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri