Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

“WhatsApp” sizin yer məlumatınız toplayır Qorxunc iddia

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

Qazancımızın neçə faizi ərzağa gedir?

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

2025 ci il kifayət qədər uğurlu oldu

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

Xabi Alonso: “Hələ yolun əvvəlindəyik, hər şey dəyişə bilər”

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Müller yenidən Messinin qarşısına çıxır

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

® “Carlsberg Azerbaijan” 2024 cü il üzrə güclü biznes nəticələri və rekord vergi ödəmələri

® “Carlsberg Azerbaijan” 2024 cü il üzrə güclü biznes nəticələri və rekord vergi ödəmələri

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

“Carlsberg Azerbaijan” - ölkənin pivə istehsalı sahəsinin lideri ötən il əsas göstəricilər üzrə yüksək nəticələr nümayiş etdirib, o cümlədən 40 milyon manatdan çox rekord vergi ödənişləri həyata keçirib.

Şirkətin nəticələri

Bir sıra çətinliklərə baxmayaraq, şirkət 2023-cü illə müqayisədə satış həcmini 3 faiz artıraraq, daha əlverişli məhsul çeşidi sayəsində xalis gəlirini 6.6 faiz çoxaldıb.

Xüsusilə müasir ticarət kanallarında (pərakəndə şəbəkələr) 10.1 faiz artım müşahidə olunub. Bu, ölkə üzrə bütün pərakəndə şəbəkələrində ticarət avadanlığının quraşdırılması və əlavə satış nöqtələrinin cəlb olunması sayəsində baş verdi. HORECA seqmentində (otellər, restoranlar, kafelər) satışlar 18.4 faiz artıb. Buna səbəb premium brendlərin satışlarının və əhatəsinin artması ilə yanaşı süzmə Xırdalan pivəsinin satış həcminin yüksəlməsi idi. Eyni zamanda ənənəvi ticarət kanallarında (kiçik mağazalar) 7.8 faiz azalma müşahidə olundu ki, bu azalma müasir ticarət formatlarına olan istehlakçı üstünlüklərinin dəyişməsi ilə əlaqədardır və bazar tendensiyalarını əks etdirir.

Ötən il pivə ixracı pozitiv dinamika nümayiş etdirərək 2023-cü il ilə müqayisədə 255 faiz artıb.

Brendlər üzrə nəticələr

“Carlsberg Azerbaijan” 2024-cü ildə istehlakçılar tərəfindən müsbət qarşılanan yeni pivə növlərini təqdim etdi. Şirkətin flaqman brendi “Xırdalan” keçən ilə nisbətən 20.1 faiz artım nümayiş etdirdi. Əsas artım amilləri arasında “Xırdalan Draft Premium”, “Xırdalan 0.0” və sərt pivə seqmentindəki yeni məhsullar yer aldı.

Xüsusi diqqət “Carlsberg Group”un innovativ texnologiyası ilə Azərbaycanda istehsal olunan ilk 0.0 alkoqollu pivə “Xırdalan 0.0”ın təqdim olunmasına yönəldi. Bu məhsul Azərbaycan Milli Futbol Komandasının və “Küləyə qalib gəl” şüarı ilə keçirilən Bakı Marafonunun rəsmi tərəfdaşı oldu.

“Carlsberg” futbol matçlarının yayımlandığı EGP Arenadakı “Football Fan Fest” platforması ilə uğurla əməkdaşlıq edərək satış həcminin 26.8 faiz artmasına töhfə verdi. “Kronenbourg 1664 Blanc” uğurlu marketinq strategiyaları və yüksək mövsümdəki tərəfdaşlıqlar sayəsində 2023-cü il ilə müqayisədə satış həcmini təxminən ikiqat artıraraq 96.6% rekord nəticələr əldə etdi. Brend, həmçinin Qəbələdəki “Essenso Lavanda Festivalı”nı və ilin ən önəmli tədbirlərindən biri olan Bakı Moda Həftəsini də dəstəklədi. Tuborg, DreamFest 2024 beynəlxalq musiqi festivalının rəsmi tərəfdaşı oldu və satış həcmini 15.2% artırdı.

"Əldə etdiyimiz nəticələrlə qürur duyur, istehlakçılarımıza, tərəfdaşlarımıza, əməkdaşlarımıza onların dəstəyi və etimadı üçün dərin təşəkkürümüzü bildiririk. 2021-ci ildə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə imzalanmış Anlaşma Memorandumu çərçivəsində biz 2021-2025-ci illər ərzində istehsalata, pivə sənayesinə və əməkdaşlarımıza 25 milyon manat investisiya yatırmağı nəzərdə tutmuşduq. Məmnuniyyətlə bildirirəm ki, biz 2024-cü ilin nəticələrinə əsasən, investisiya planımızı uğurla həyata keçirmişik. Bu il isə biz pivə sektoruna aid olan sərmayələrimizi genişləndirməyi planlaşdırırıq. Bu, məhsul portfelimizi və onun keyfiyyətini yaxşılaşdırmağa kömək edəcək və ölkənin dayanıqlı inkişafına müsbət töhfə verəcək”, - deyə “Carlsberg Azerbaijan”ın Baş Direktoru Alius Antulis bildirib.

Xammal və materialların lokalizasiyası

“Carlsberg Azerbaijan” 2021-ci ildən etibarən Azərbaycanda yetişdirilən yerli arpadan istifadə edir. Şirkət 2023-cü ildə “AzərŞəkər” və “Azərsun” şirkətləri ilə birgə Cənubi Qafqazın illik 11 min tondan çox məhsul istehsal edəcək ilk pivəlik arpa emalı zavodunun təməlini qoydu. Zavodun açılışı cari ilin birinci yarısında planlaşdırılır.

Dayanıqlı inkişaf

“Carlsberg Group”un “Birlikdə Sıfıra Doğru və Daha İrəli” qlobal dayanıqlılıq proqramı çərçivəsində şirkət eko-texnologiyaları tətbiq etməyə, resurs istehlakını azaltmağa və yerli icmaları dəstəkləməyə davam edir. 2024-cü ildə əhəmiyyətli nailiyyətlər əldə edilib ki, bunlara karbon emissiyalarının 13.7 faiz azaldılması, su və elektrik istehlakının isə əvvəlki il ilə müqayisədə 15.5 faiz azalması daxildir.

COP29 çərçivəsində “Carlsberg Azerbaijan” “WWF Azerbaijan” ilə su təchizatı, ətraf mühitin qorunması və yerli icmaların dəstəklənməsi sahələrində əməkdaşlıq etmək məqsədilə üçillik Anlaşma Memorandumu imzalayıb.

Bundan başqa, şirkət 2024-cü ildə “Xəzəri qoruyaq!” ekoloji təşəbbüsü fəal şəkildə dəstəkləməyə davam edərək, Lənkəran, Astara, Xaçmaz, Şabran, Siyəzən, Sumqayıt və Bakı şəhərlərindəki Xəzər dənizi çimərliklərinin təmizləmə aksiyalarını təşkil edib. Bu tədbir zamanı 23 hektar sahədən 7 ton tullantı toplanılıb və təkrar emal edilib.

2025-ci ilin yanvar ayında Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev “Carlsberg Group”un Müşahidə şurasının sədri Henrik Poulsen və “Carlsberg Group”un Baş direktoru Yakob Aarup-Andersen ilə görüşüb. Tərəflər xammal və qablaşdırma materiallarının lokalizasiyası, “Carlsberg Group”un Azərbaycandakı fəaliyyətinin genişləndirilməsi üzrə növbəti addımları müzakirə ediblər.

Şirkət haqqında məlumat

“Carlsberg Azerbaijan” pivə istehsalı zavodu Azərbaycanın paytaxtından 10 kilometr məsafədə - Xırdalan şəhərində yerləşir. Zavodun istehsal gücü ildə 8 milyon dekalitrdir. Şirkətdə təxminən 250 nəfər işləyir və əlaqəli sahələrdə (təchizatçılar, pərakəndə satış, otel və restoran sektoru) 3000-dən çox iş yeri yaradılıb. Şirkətin zavodun inkişafına yatırdığı investisiyaların ümumi məbləği 75 milyon manata yaxındır. Şirkətin portfelinə “Xırdalan”, “Carlsberg”, “Tuborg”, “Kronenbourg Blanc 1664”, “Əfsanə” kimi məşhur markalar daxildir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:128
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 Fevral 2025 14:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see200

“WhatsApp” sizin yer məlumatınız toplayır Qorxunc iddia

01 Dekabr 2025 04:20see195

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see181

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see177

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see162

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see160

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see157

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see152

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see146

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see143

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see140

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see139

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see134

Xabi Alonso: “Hələ yolun əvvəlindəyik, hər şey dəyişə bilər”

01 Dekabr 2025 03:31see133

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see130

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see130

Müller yenidən Messinin qarşısına çıxır

01 Dekabr 2025 03:46see129

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see128

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see126

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri