Icma.az
close
up
RU
Çaylarda sululuğun artması necə nəticə verəcək? AÇIQLAMA

Çaylarda sululuğun artması necə nəticə verəcək? AÇIQLAMA

Demokrat.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"2025-ci  ilin may ayının 20-nə qədər müddətdə həddindən artıq yağıntılı keçib. Yağıntılar mart, aprel, may aylarında daha çox olub və illik aylar üzrə həmin normaları böləndə 50%-dən yuxarı yağıntı meydana gəlib. Azərbaycanda Bakı və Abşeron yarımadasında illik norma 150-200 mm təşkil edir, son aylarda artıq aylara böləndə bu rəqəm həddindən artıq yüksək olub və bu, bizim iqlim üçün xarakterikdir. Yağıntının keçməsi, normadan artıq olması və çaylarımızda suyun səviyyəsinin artması bu dövr üçün xarakterikdir".
Bu sözləri Demokrat.az-a açıqlamasında “Sağlam həyata doğru” Ekoloji İctimai Birliyinin sədri Sadiq Həsənov deyib.
"Yağıntının bol olmasının indiki halda bir fəsadı yoxdur. Hələ ki, o səviyyədə yağıntı olmayıb ki, Kür, Araz çayında daşma baş versin. Ancaq gələcəkdə əgər bu yağıntı davam etsə, əkinin bar verən vaxtında iyun ayından başlayaraq yağıntının həddindən çox olması, əkinə zərər verə bilər".
O bildirib ki, bizim su ehtiyatlarımız, Kür və Araz çayı üzərində dayanır:
"Həddindən artıq az ehtiyatlara malikik. Bu il yağışların bol olması ümid verir ki, çaylarda quruma baş verməyəcək. Yağıntılar davam etsə, çaylarımızda suyun azalması baş verməyəcək və əkin vaxtı, xüsusilə yay aylarında problemlə üzləşməyəcəyik. Bir neçə il əvvəl biz çox ciddi problemlərlə üzləşmişdik.Artıq bizim suya qənaət etmək zamanımız gəlib çatıb. Demək olar ki, dünyanın bir çox ölkələrində bu cür yağışlı sulardan səmərəli şəkildə istifadə edirlər. Almaniyada yağışların toplanması üçün xüsusi yerlər var. Avstraliya yağış suyundan böyük həcmdə istifadə edir, 25-30%-dək suyu yağışla təmin edir. Hindistanda yağış suyundan səmərəli istifadə edirlər, ölkənin böyük bir həcmdə su ehtiyatlarını həmin yağış suyundan toplayırlar. Bizim də  yağış suyundan səmərəli istifadə etmək vaxtımız çatıb. Təəssüf ki, hələ ki bu istiqamətdə  hər hansı təklif müzakirə olunmur. Əgər gələcəkdə bu cür quraqlıq bir dövrlə üzləşsək, bu yağışları ehtiyat kimi saxlamağınız çox xeyir verə bilər. 
Suyun bu səviyyədə artması və anormal yağışların yağması, xüsusilə Bakı şəhərində həddindən çox yağması, bir çox səbəblərlə bağlıdır. 
Birinci iqlimdə dəyişikliklər baş verib. Deməli temperaturun artması günəşdən gələn istiliyin yeri qızdırmasına səbəb olur. Nəticədə karbon dioksitin təsiri ilə torpağa keçmədən geri dönür və bu da buxarlanmanın həcminin artmasına səbəb olur. Hesablamalara görə, buxarlanma 15-20%-ə qədər artıb və bu da tez-tez yağışların yağmasına səbəb olur. Sululuğun bu cür artması ilə bağlı tədbirlər görülməzsə, daha ciddi fəsadlarla üzləşə bilərik". 
Əfsanə Kamal
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 21 May 2025 16:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see559

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see298

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see288

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see283

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see277

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see276

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see271

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see249

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see243

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see238

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see236

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see229

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see224

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see224

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see224

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see219

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see218

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see217

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see215

Nazilə Səfərli doğma kəndində “yol da yoxdur, məktəb də!” dedi Gürcüstandan cavab gəldi

24 Oktyabr 2026 16:51see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri