Cəbrayıl Şəhəri Günü münasibətilə bir sıra tədbirlər keçirilib
Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.
Cəbrayıl Şəhəri Günü münasibətilə uşaqlar üçün rəssamlıq üzrə ustad dərsləri, yaradıcılıq sərgisi, kukla teatrı tamaşası və sakinlər üçün təntənəli konsert proqramından ibarət tədbir təşkil olunub.
Bu barədə Bakıvaxtı.az-a Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətindən məlumat verilib.
Şəhər günü çərçivəsində uşaqların hazırladığı rəsm və digər əl işlərindən ibarət yaradıcılıq sərgisi, həmçinin iştirakçılar üçün rəssamlıq üzrə ustad dərsləri keçirilib. Səyyar Kukla Teatrı tərəfindən uşaqlar üçün tamaşa təqdim olunub.
Şəhər sakinləri və qonaqlar üçün təşkil edilən təntənəli konsert proqramında Azərbaycan Dövlət Akademik Filarmoniyasının solistləri və rəqs ansamblı çıxış edib. Proqram çərçivəsində Azərbaycan bəstəkarlarının əsərləri, milli musiqi nümunələri, vokal və instrumental ifalar, eləcə də Azərbaycan milli rəqsləri təqdim olunub.
Cəbrayıl Şəhəri Günü tədbiri Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi, Mədəniyyət Nazirliyi və Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin birgə təşkilatçılığı ilə həyata keçirilib.
Qeyd edək ki, Azərbaycan Prezidentinin 31 iyul 2023-cü il tarixli sərəncamına əsasən, hər il oktyabrın 4-ü Cəbrayıl Şəhəri Günü kimi qeyd olunur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 04 Oktyabr 2026 18:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















