Icma.az
close
up
RU
Cəbrayılda ilk dəfə “Səyyar Gənclər Xidməti” layihəsinin açılış mərasimi olub

Cəbrayılda ilk dəfə “Səyyar Gənclər Xidməti” layihəsinin açılış mərasimi olub

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Cəbrayıl, 5 avqust, Aydın Yavərzadə, AZƏRTAC

Son bir neçə il ərzində Gənclər Fondunun dəstəyi ilə Azərbaycanın müxtəlif şəhər və rayonlarında, o cümlədən ucqar kəndlərində keçirilən “Səyyar Gənclər Xidməti” layihəsi bu il “Suveren dövlət, vətənpərvər gənclik” şüarı altında təşkil edilir.

AZƏRTAC xəbər verir ki, ilk dəfə olaraq layihənin açılışı Azərbaycanın işğaldan azad olunmuş ərazilərində - Cəbrayıl şəhərində baş tutub. Açılışa Cəbrayıl və Zəngilandan olan gənclər qoşulublar.

“Konstitusiya və Suverenlik İli” çərçivəsində təşkil edilən builki layihənin əsas məqsədi region gənclərini Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bütün ölkə ərazisində suverenliyimizin bərpasının əhəmiyyəti ilə tanış etmək, uğurla həyata keçirilən gənclər siyasətinin yaratdığı imkan və xidmətlərin, o cümlədən, məşğulluq, innovasiya və digər sahələrdə reallaşdırılan təşəbbüslərin regionlarda yaşayan gənclər üçün əlçatanlığına töhfə verməkdən ibarətdir.

Layihənin açılış mərasimi Dövlət Himnin səsləndirilməsi və ölkəmizin suverenliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbirdə Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Prezidentin Xüsusi Nümayəndəliyinin böyük məsləhətçisi Nicat Kərimov, Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Yusif Vəliyev, Gənclərin İnkişaf və Karyera Mərkəzinin baş direktoru Azər Əliyev çıxış edərək “Səyyar Gənclər Xidməti”nin ölkə gəncləri üçün əhəmiyyətini vurğulayıblar. Layihə ölkə gənclərinin maarifləndirilməsi və onların dövlətçilik dəyərlərinə bağlılığının gücləndirilməsi istiqamətində atılan mühüm addımlardan biri kimi qiymətləndirilib.

Qeyd olunub ki, bu təşəbbüs regionlarda yaşayan gənclərin sosial aktivliyini artırmaqla yanaşı, onların bilik və bacarıqlarının inkişafına, vətənpərvərlik ruhunun yüksəldilməsinə öz töhfəsini verəcək. Tədbirin rəsmi hissəsi gənclərin ifasında vətənpərvərlik ruhunda musiqili çıxışlarla yekunlaşıb.

Daha sonra Səyyar Gənclər Xidməti çərçivəsində açıq hava şəraitində Cəbrayıl və Zəngilanda yaşayan gənclər üçün dövlət gənclər siyasəti, eləcə də onların maraqlarını əhatə edəcək ixtisas seçimi, karyera planlaması, şəxsi inkişaf, könüllülük, əsas həyat bacarıqları kimi mövzularda maarifləndirici təlimlər və sessiyalar keçirilib.

Bununla yanaşı, tədbir ərazisində gənclərin istedad və təşəbbüslərinin üzə çıxarılması məqsədilə interaktiv fəaliyyətlər – vörkşoplar, master-klasslar, viktorinalar və intellektual oyunlar təşkil edilib. Gənclər üçün nəzərdə tutulan stolüstü oyunlar, komanda əsaslı əyləncəli proqramlar vasitəsilə onların asudə vaxtlarının səmərəli təşkili təmin olunub. Tədbir zamanı təşkil olunan fəaliyyətlərdə fəallığı ilə seçilən gənclər mükafatlandırılıb.

Qeyd edək ki, “Səyyar Gənclər Xidməti” layihəsi Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, “Gənc Könüllülər” İctimai Birliyi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin birgə təşkilatçılığı ilə həyata keçirilir. Layihənin 2025-ci ilin oktyabr ayının sonunadək respublikanın 15 şəhər və rayonunda ucqar kəndlərdə yaşayan minlərlə gənci əhatə etməsi planlaşdırılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:80
embedMənbə:https://azertag.az
archiveBu xəbər 05 Avqust 2025 19:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see201

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see186

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see170

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see169

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see168

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see162

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see151

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see150

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see148

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see146

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see145

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see143

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see136

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see135

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri