Cəffar Həsnain: Bir çox sosial media jurnalistləri əsas peşə standartlarına məhəl qoymurlar
Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.
"Jurnalistika çox məsuliyyətli bir peşədir, onun əsas prinsiplərindən biri məlumat mənbələrinin seçilməsinə diqqətli yanaşmadır".
Oxu.Az "Report"a istinadən xəbər verir ki, bunu "TRT World" telekanalının jurnalisti və aparıcısı Cəffar Həsnain III Şuşa Qlobal Media Forumu çərçivəsində bildirib.
Onun sözlərinə görə, müasir dünyada bir çox "sosial media jurnalistləri" əsas peşə standartlarına məhəl qoymurlar.
"Onlar "X" və ya "Instagram" kimi platformalardan xəbərləri əldə edir və dərhal öz auditoriyaları ilə paylaşırlar. Lakin bir çox hallarda sosial şəbəkələr vasitəsilə yayılan məlumatlar qeyri-dəqiq olur. Biz bunun nümunələrini keçmişdə dəfələrlə görmüşük", - o qeyd edib.
Jurnalist vurğulayıb ki, əsl peşəkar materialı dərc etməzdən əvvəl bütün doğrulama mərhələlərindən keçməlidir.
"Bəli, sizin telefonunuz ola bilər və özünüzü jurnalist adlandıra bilərsiniz. Amma jurnalistika bununla bitmir. Bu, mürəkkəb və vacib bir prosesi, media sənayesinin necə işlədiyini anlamağı özündə ehtiva edir", - Həsnain bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 21 İyul 2025 11:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















