Icma.az
close
up
RU
Cəlilabadda 47 yaşlı kişi arvadını narahat edən dostuna xəsarət yetirdi

Cəlilabadda 47 yaşlı kişi arvadını narahat edən dostuna xəsarət yetirdi

Icma.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

Cəlilabad rayonunda 1978-ci il təvəllüdlü Əsəd Cavadov şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı həmyerlisi Şirvana (adlar şərtidir – red.) xəsarət yetirib. 
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 26 iyun 2023-cü ildə, saat 17 radələrində Cəlilabad rayonu, Günəşli kəndi ərazisində baş verib. 
Əsəd kənddə yerləşən, ailə üzvləri ilə birlikdə yaşadığı fərdi yaşayış evinin giriş darvazasının qarşısında tanışı və həmkəndlisi Şirvanın onun yaşadığı ünvanına gələrək arvadı Əsməri narahat etməsini bəhanə gətirib. 
O, heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə Şirvanın sifət nahiyəsinə qəsdən bir yumruq zərbəsi vurub. Ona müxtəlif dərəcəli xəsarətlər yetirib. 
Hadisəni törədən Əsədin barəsində Cinayət Məcəlləsinin 127.2.3-cü (ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Əsəd ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, zərərçəkmiş şəxs Şirvan ilə heç bir ədavəti və düşmənçiliyi yoxdur: “Şirvanla birlikdə kənd ərazisində fəhlə işləmişəm. 24 iyun 2023-cü ildə Şirvanla birlikdə fəhlə işlədikdən sonra ona gördüyü işin müqavilində 12 manat verdim. Şirvan az pul verilməsindən narazı qalsa da, hər hansı bir söz demədi, ayrılaraq evlərinə getdi”. 
Əsəd qeyd edib ki, 26 iyun 2023-cü ildə, saat 17 radələrində yaşadığı evə gələrkən yaşadığı evin qapısının çöl tərəfində Şirvanın dayanmasını görüb, ona yaxınlaşaraq hansı səbəbə görə ünvanına gəlməsini soruşub: “Şirvan mənə birlikdə işlədiyimiz vaxt ona az pul verməyimi dedi. Şirvana borclu olmadığımı, ona çatan pulun hamısını verməyimi dedim. Evdə olmadığım halda qapısının qarşısında dayandığı üçün öz iradımı bildirdim. Şirvan mənə yaxşı edərək qapımın qarşısında dayanmasını dedi və ünvanıma nalayiq ifadə işlətdi. Bu səbəbdən aramızda mübahisə yarandı. Mübahisə zamanı Şirvan yenidən ünvanıma nalayiq ifadə işlətdiyi üçün əsəbləşdim, onun üz nahiyyəsinə yumruqla vurdum. Bundan sonra Şirvan burun nahiyyəsini əli ilə tutaraq getdi”. 
İş üzrə zərərçəkmiş Şirvanın sözlərinə görə, Cəlilabad rayonu Günəşli kəndində ailə üzvləri ilə birlikdə yaşayır: “Evliyəm, fərdi əməklə məşğul olaraq ailəmi dolandırıram. Əsədlə həmkəndliyəm, onunla əvvəllər aramızda münaqişə olmayıb. Əsəd ilə kənd ərazisində fəhlə işləmişəm. 24 iyun 2023-cü ildə yaşadığım kəndin ərazisində Əsədlə birlikdə ot presi bağlamağa getdik. Həmin vaxt işin müqabilində mənə 22 manat pul çatmalı olduğu halda, mənə 10 manat verdi. Qalan 12 manatı isə verəcəyini bildirdi. 2 gün keçməsinə baxmayaraq Əsəd mənim əziyyət haqqım olan 12 manatı vermədi”. 
Zərərçəkmiş qeyd edib ki, iyunun 26-da, saat 17 radələrində Əsədin yaşadığı ünvana getmiş, qaz turbasını yerdən götürdüyü daşla vuraraq onu çağırıb: “Əsədin arvadı həyət qapısını açaraq çıxdı və Əsədin evdə olmadığını dedi. Mən Əsədin yaşadığı evin qapısında onun gəlməsini gözlədim. Təxminən 10 dəqiqə sonra Əsəd evinə gələrək mənim gözlədiyimi gördü. Mən Əsədə nə səbəbə pulumu vermədiyini soruşdum. Əsəd isə mənə “yaxşı edirəm vermirəm” dedi. Həmin vaxt Əsədin  arvadı həyətdən qapının qarşısına çıxdı və “Əsəd bu adam bayaqdan qapını qırır” dedi. Əsəd arvadının sözündən sonra mənim ünvanıma nalayiq küçə söyüşü işlətdi. Bu zaman aramızda mübahisə yarandı. Əsəd mənimlə əlbəyaxa dalaşmağa başladı və mübahisə zamanı mənim burun nahiyəmə yumruqla bir neçə dəfə vurdu. Zərbənin təsirindən yerə yıxıldım. Əsəd məni itələyərək, evlərinin yaxınlığından keçən su arxına saldı. Mən su arxından çıxıb yaşadığım evə getdim”. 
Bu cinayət işinə Cəlilabad Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Əsəd 1 il 4 ay 28 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. 
Təqsirləndirilən şəxs üzərinə Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə məlumat  vermədən saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Cəlilabad rayonu Günəşli kəndindəki evi tərk etməmək, Cəlilabad rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulub.
Fariz Məlikli
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:314
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 23 Yanvar 2025 18:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see357

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see259

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see245

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see233

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see225

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see223

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see220

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see217

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see211

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see208

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see196

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see188

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see187

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see186

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see182

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see179

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see178

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see168

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see168

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri