“Çelsi” Enso Fernandeslə yeni müqaviləyə hazırlaşır
Idman.biz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
İngiltərə təmsilçisi “Çelsi” aparıcı futbolçusu Enso Fernandes ilə yeni müqavilə barədə razılığa gəlmək üzrədir.
İdman.Biz “The Athletic”ə istinadən xəbər verir ki, argentinalı yarımmüdafiəçi yeni müqavilə ilə daha əlverişli şərtlər əldə etmək istəyir.
Daha əvvəl futbolçunun “Real Madrid”in maraq dairəsində olduğu bildirilirdi. Transfermarkt portalının məlumatına görə, Fernandesin bazar dəyəri 85 milyon avrodur.
Qeyd edək ki, 24 yaşlı dünya çempionu Çelsidə 2023-cü ilin yanvarından çıxış edir. Cari mövsümdə Fernandes bütün turnirlər üzrə 39 oyunda iştirak edib, 11 qol vurub və 4 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla mövcud əmək müqaviləsi 2032-ci ilin yayına qədər qüvvədədir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:179
Bu xəbər 21 Fevral 2026 17:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















