Icma.az
close
up
RU
“Çelsi”nin baş məşqçisi “Qarabağ”dan 1 yox, 5 dəfə yüksək sözlər dedi

“Çelsi”nin baş məşqçisi “Qarabağ”dan 1 yox, 5 dəfə yüksək sözlər dedi

Qol.az saytına istinadən Icma.az xəbər verir.

“Qarabağ”ın İngiltərə klubları ilə matçlarda uğursuz statistikası var: 7 oyun, 7 məğlubiyyət.

Bu gün Ağdam klubu “Tofiq Bəhramov”da “Dumanlı albion”lularla 8-ci oyuna çıxır. Rəqib “Çelsi”dir. Klublararası son dünya çempionu. 
“Çelsi” adı bizim üçün həmişə qorxulu səslənib. 8 il əvvəl “zadəganlar” “Qarabağ”a ÇL-in qrupundakı debüt matçında “Stemfotd Bridj”də 6 cavabsız qol vurmuşdular. Sonra Bakıda da 4:0 hesabı ilə qələbə qazandılar.

Amma əminliklə söyləmək olar ki, bu “Qarabağ” 8 il əvvəlki ÇL təcrübəsi olmayan və həyəcanlı “Qarabağ” deyil: indi baş məşqçi Qurban Qurbanov da, onun futbolçuları və az qala bizim üçün əfsanələşmiş oyun sistemi də təcrübə sarıdan daha da bərkiyib. Bu mövsüm ÇL-də 3 oyundan 2 qələbə bunun ən sadə isbatıdır.

“Qarabağ” hazırkı mövsüm ÇL-in sürpriz və ən maraqla izlənilən komandasıdır. Rəqibləri artıq onu səthi deyil, dərinliyinə qədər öyrənirlər.

Elə ona görədir ki, “Çelsi” kimi komandanın baş məşqçisi Enso Mareska belə “Qarabağ”ın gücünü, səviyyəsini qəbul və etiraf edir, Bakıdakı matçın çox çətin keçəcəyini söyləyir. Bir mövsüm "Mançester Siti"də Xosep Qvardiolanın da köməkçisi olmuş 45 yaşlı bu italiyalı dünən keçirdiyi mətbuat konfransında bir yox, ayrı-ayrılıqda düz 5 dəfə (!) “Qarabağ”a yüksək ehtiramını ifafə edib.

Buyurun, bu da Mareskanın fikirləri:

- “Qarabağ” evdə çox güclüdür. Onların avrokubok təcrübəsi və çox ehtiraslı azarkeşləri var. Bu, asan oyun olmayacaq. Onlara böyük hörmətlə yanaşırıq. Amma məqsədimiz aydındır: qələbə qazanmaq və növbəti mərhələyə bir addım da yaxınlaşmaq. Matç başlayan kimi diqqətli olmalı və oyunun nəzarətini ələ keçirməliyik.

Və yaxud: 

- Onlar evdə çox güclüdürlər. Burada oynamaq heç vaxt asan olmur: həm atmosfer, həm də meydanın ölçüləri baxımından fərqli bir təcrübədir. Onların çox təcrübəli oyunçuları var və uzun illərdir avrokuboklarda çıxış edirlər. Biz onları çox ciddiyə alırıq, çünki bilirik ki, əgər diqqəti bir anlıq itirsək, bizi cəzalandıra bilərlər.

- “Qarabağ” yaxşı komandadır. “Benfika”nı, “Kopenhagen”i udublar, ‘Atletik Bilbao’ya qalib gəlirdilər, sadəcə oyunun sonunda uduzdular. Amma heç şübhəsiz ki, bu oyun bir çox səbəbdən çətin olacaq.

- Düzünü desəm, komanda kimi onlar çox güclüdür. Çox intensiv oynayan komandadırlar. Pressinq etmə tərzləri, bir-birinə dəstək vermələri göstərir ki, uzun illərdir eyni baş məşqçi ilə birlikdə işləyirlər. Bu, meydandakı əlaqələrinə də təsir edib. Xüsusilə ev oyunlarında daha da intensiv olurlar. Deydiyim kimi, bu, çox çətin qarşılaşma olacaq.

Qurban Qurbanov haqda:

- Açığı, belə bir şeyə (17 il bir komandanın baş məşqçisi olmağa) rast gəlməmişəm. Bəli, bu, inanılmaz bir şeydir. Artıq 17 ildir eyni klubda işləmək sadəcə heyrətamizdir”.

Yadlar bizimkilərə layiq olduqları qiyməti ver. Amma bəzi nankor özümüzünkülər…

Nə isə, oyuna qayıdaq. Bəs, Qurban Qurbanov nə deyir? Rəqibə ənənəvi hörmət ifadə edən fikirlər, hətta “Çelsi”yə mümkün məğlubiyyətin belə komandası üçün uduş olacağını. Qurbanovun son fikri ondan qələbə gözləyən sıravi azarkeşə təəccüblü və gözlənilməz görünə bilər. Amma “Qarabağ”ın tarixində yalnız ikinci dəfədir klub futbolunun ən ali mərtəbəsi, zirvəsindədir və “Çelsi” kimi böyük güc və ənəyəyə malik komandalarla matçlar hər şeydən əvvəl bizim üçün yaxşı bir təcrübə olmalıdır.

Amma bu, heç o demək də deyil ki, “Qarabağ” uduzmağa çıxacaq. Əlbəttə komandanın məqsədi xal qazanmaqdır: 1 xal yaxşı, 3 xal isə əla olar. Buna ümid verən isə elə Qurban Qurbanovun müdafiədə oynamayacaqları ilə bağlı cəsarətli fikirləridir. Elə yazını da Q.Qurbanovun həmin nikbin fikirləri ilə yekunlaşdırıram: 

“Mən hazırda beşli müdafiə ilə oynamağı xoşlamıram. Futbol isə bizim kimi komandalara beşli müdafiəni tələb edir. Mən həmişə bildirmişəm ki, biz indiyədək qazandığımız uğurları öz sistemimizə görə bacarmışıq. Bəzi matçlarda müdafiəyə meyilli oyunu, bəzilərində dağıdıcı futbol qurmaq olar. Lakin belə halda uzunmüddətli uğur əldə etməyi görmürəm. Hə, elə komandalar var ki, beşli müdafiə ilə dominant futbol oynayır. Bu, başqa məsələdir. Amma bu gün "Çelsi"nin qarşısını beşli müdafiə ilə almağı düşünməmişəm. Amma oyunun gedişatında düzülüşdə müəyyən dəyişiklik etmək olar. Bəlkə də sırf müdafiəçi ilə yox, hücumçu ilə…”

Aydın Bağırov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:185
embedMənbə:https://qol.az
archiveBu xəbər 05 Noyabr 2025 10:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see373

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see274

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see260

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see249

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see246

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see242

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see236

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see235

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see230

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see221

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see211

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see200

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see197

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see196

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see195

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see195

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see194

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see186

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see183

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri