Cəmi 14 gün paketlənmiş qidadan uzaq durun Bədəninizdə bunlar dəyişəcək
Lent az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Paketlənmiş və yüksək dərəcədə emal olunmuş qidalar gündəlik qidalanmanın ayrılmaz hissəsinə çevrilib. Mütəxəssislər bildirirlər ki, bu məhsullardan cəmi iki həftə uzaq durmaq belə orqanizmdə nəzərəçarpacaq dəyişikliklər yarada bilər.
Lent.az xəbət verir ki, emal olunmuş qidaların tərkibindəki yüksək duz, rafinə olunmuş şəkər və trans yağlar orqanizmdə iltihabi prosesləri gücləndirə bilər. Bu məhsullar rasiondan çıxarıldıqda isə bədənin bərpa proseslərinə daha çox enerji ayırdığı qeyd olunur.
İlk günlərdə şəkər və müxtəlif qida əlavələrinin azalması səbəbindən baş ağrısı və halsızlıq hiss edilə bilər. Lakin təxminən üçüncü gündən etibarən qanda şəkərin kəskin dəyişməsi azalır, gün ərzində yaranan yorğunluq hissi zəifləyir, diqqət yaxşılaşır.
Bir həftənin sonunda bağırsaq mikrobiotasında müsbət dəyişikliklər müşahidə olunur. Faydalı bakteriyaların artması həzmi yaxşılaşdırmağa kömək edir, köp və qaz şikayətləri azalır. Duz qəbulunun azalması nəticəsində orqanizmdə toplanan artıq maye xaric olur, şişkinlik azalır.
İki həftənin sonunda isə iltihabi proseslərin azalması dərinin görünüşünə də təsir göstərə bilər. Dəri daha canlı görünə, səhərlər oyanmaq asanlaşa, enerji səviyyəsi yüksələ bilər. Bəzi araşdırmalar göstərir ki, sağlam qidalanma insulin həssaslığının yaxşılaşmasına da müsbət təsir edir.
Bununla belə, mütəxəssislər vurğulayırlar ki, 14 gün ərzində hüceyrələrin özünü tam təmizləməsi və ya orqanizmin tam detoks olması kimi iddialar elmi cəhətdən tam sübut olunmayıb. Sağlamlıq üçün əsas tövsiyə uzunmüddətli olaraq emal olunmuş qidaların azaldılması, tərəvəz, meyvə, tam taxıl, paxlalılar və keyfiyyətli zülallarla zəngin balanslı qidalanmaya üstünlük verməkdir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 20 Avqust 2026 13:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















