Cəmi 30 dəqiqəyə qan təzyiqini aşağı salan tərəvəzin adı açıqlanıb...
Sia Az saytından alınan məlumata görə, Icma.az bildirir.
...Gündə bir neçə qurtum tərəvəz şirəsinin müntəzəm istehlakı yaşlı insanlara qan təzyiqini aşağı salmağa kömək edə bilər. Çuğundur suyunun sağlamlığa təsirini tədqiq edən Exeter Universitetinin (Böyük Britaniya) tədqiqatçıları belə nəticəyə gəliblər.
SİA-nın məlumatına görə, çuğundurun tərkibində çoxlu miqdarda nitrat var, orqanizmdə mühüm proseslərdə iştirak edən təbii birləşmə.
Nitratlar qan təzyiqini aşağı salmağa və damar funksiyasını yaxşılaşdırmağa kömək edir.
Bundan əlavə, tədqiqat göstərdi ki, çuğundur şirəsi hətta ağız boşluğunun mikroflorasına təsir göstərir ki, bu da ürək-damar sisteminə müsbət təsir göstərə bilər.
Professor Andi Cones, “...yüksək nitrat tərkibli məhsullar, yaşlı insanlarda iltihabı azalda və qan təzyiqini aşağı sala biləcək şəkildə ağız mikrobiomunu dəyişdirir”- deyir.
Yada salaq ki, hər on nəfərdən biri 20-40 yaş arasında, hər on nəfərdən beşi isə 50-60 yaş arasında yüksək təzyiqdən əziyyət çəkir.
Yüksək qan təzyiqi insult, infarkt və digər təhlükəli xəstəliklərə səbəb ola biləcəyi üçün təzyiqi nəzarətdə saxlamaq lazımdır.
Nazlı Almuradova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:158
Bu xəbər 01 Avqust 2025 22:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















