“Cənab Prezidentin mətbuatımız haqqında söylədikləri fəaliyyətimizə verilən ən böyük qiymətdir”
Icma.az bildirir, Xalqcebhesi portalına istinadən.
“Hesab edirəm ki, jurnalistlərin dostu, onların ən böyük hamisi adlandıra biləcəyimiz Azərbaycan Prezidenti Azərbaycan mətbuatının, jurnalistlərinin durumunu çox dəqiq təsvir elədi”.
Bunu xalqcəbhəsi.az-a açıqlamasında Crossmedia.az Analitik İnformasiya Portalının baş redaktoru Mübariz Göyüşlü deyib.
M.Göyüşlünün sözlərinə görə, Azərbaycan mətbuatı peşəkar, vətənpərvər jurnalist ordusundan ibarətdir və ölkəmizə qarşı olan informasiya savaşında, hücumunda, təxribatında fəal mövqe, çalışma göstərə bilən mətbuatdır, jurnalist ordusudur: “Azərbaycan Prezidentinin III Şuşa Qlobal Media Forumunda mətbuatımız haqqında söylədikləri bizim fəaliyyətimizə verilən ən böyük qiymətdir. Mən bunu yüksək qiymətləndirirəm və hesab edirəm ki, Azərbaycan jurnalistləri bundan sonra da Azərbaycan Prezidentinin, dövlətinin, xalqının onlara olan etimadını doğrultmalıdırlar və doğruldacaqlar da”.
Röya İsrafilova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:41
Bu xəbər 22 İyul 2025 11:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















