Icma.az
close
up
RU
Cənub bölgəsində Su çərşənbəsi... FOTOLAR

Cənub bölgəsində Su çərşənbəsi... FOTOLAR

Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Novruzun ilk müjdəçisi sayılan Su çərşənbəsi xüsusilə Azərbaycanın cənub bölgəsində - Lənkəran və ətraf rayonlarda zəngin adət-ənənələrlə qeyd olunur. Səhər tezdən insanlar bulaq və çay kənarlarına üz tutur, axar sudan evlərinə su gətirirlər. İnsanlar suyun üzərindən atlanaraq arzularını diləyir, qızlar isə su falına baxırlar. Xalq inancına görə, axar sudan götürülən su saflığın və paklığın rəmzi, eyni zamanda, şəfa mənbəyi sayılır, dərdlərə çarə hesab olunur.

Bakıvaxtı.az Azərtac-a istinadən xəbər verir ki, Lənkəranın Boladı kənd sakini 80 yaşlı Xalidə Rzayeva da uşaqlıq illərindən bu günədək Su çərşənbəsinin bütün adət-ənənələrini yaşadanlardandır.

Xalidə nənə deyir ki, əvvəllər Su çərşənbəsində kəndin qız-gəlinləri dan yeri sökülməmiş axar su başına yollanardılar: “Səhər tezdən bir yerə toplaşar, çayın kənarına enərdik. Bayatılar söyləyər, nəğmələr oxuyardıq. Niyyət edərdik ki, su dərdlərimizi özü ilə aparsın, ilimiz bolluq-bərəkət içində keçsin. Su dirilikdir, bala… Su həm təmizləyər, həm də şəfa verər”.

Lənkəranda xalq inancına görə, axar su gecə ilə səhər arasında daha pak və müqəddəs hesab olunur. Qızlar sübh çağı suyun üzərindən atlanar, suya sikkə ataraq niyyət edərmişlər. Hər kəs inanardı ki, həmin an edilən dua və dilək qəbul olar.

Götürülən su isə evə gətirilərdi. Ruzi-bərəkət üçün evin içinə səpilər, bol məhsul arzusu ilə həyətdəki ağacların dibinə tökülərdi. Xalçaların, qapı-bacanın üstünə çilənərdi ki, ocağa təmizlik, aydınlıq və uğur gəlsin.

Xalidə nənənin sözlərinə görə, həmin axar sudan xəstələrə də içirərmişlər: “Deyərdilər ki, axar su dərdi özü ilə aparar. Xəstə adama o sudan verərdik ki, tez sağalsın. Bəzi ailələr gətirilən suyu evdə saxlayardı, ilboyu “niyyət suyu” kimi istifadə edərdi. Həmin su körpələrin üzünə çəkilər, xəstələrin alnına sürtülərdi ki, şəfa tapsınlar”.

Xalidə nənə bu gün də Su çərşənbəsində qədim ənənəsinə sadiq qalır — həyəti təmizləyir, səliqə-sahman yaradır, xalçaları çırpır, torpağı belləyir.

“Dörd çərşənbə var, ilki Su ilə başlayır. Axırıncı çərşənbəyə qədər hər yer təmiz və hazır olmalıdır. İnanca görə, Su çərşənbəsində təmizlənən evə bolluq-bərəkət gələr. Hətta bəzi kəndlərdə həmin gün su arxları təmizlənər, bulaqların gözü açılar. Ancaq təəssüf ki, gənc nəsil bu adət-ənənələri əvvəlki kimi davam etdirmir. Zaman keçdikcə bu qədim mərasimlər unudulmaq təhlükəsi ilə üz-üzə qalır. Qorxuram ki, adət-ənənələrimiz zaman keçdikcə yaddan çıxsın, unudulsun” , - deyir Xalidə nənə.

Amma Xalidə nənənin nəvələri onun yolunu davam etdirirlər. Onlar Su çərşənbəsi səhəri axar su üstünə gedir, oradan su gətirir və nənələrindən öyrəndikləri adətləri yaşadırlar. Beləliklə, ailədə nəsildən-nəslə ötürülən bu ənənə bu gün də davam etdirilir.

Lənkəranda Su çərşənbəsində su falına baxmaq da qədim adətlərdəndir. Qızlar bir qab suyun içinə üzük və ya müxtəlif kiçik əşyalar atar, bayatı söyləyə-söyləyə fal açarlar. Bu mərasim həm şənlik xarakteri daşıyar, həm də gənclərin gələcəklə bağlı arzularının rəmzi sayılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 24 Fevral 2026 13:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see484

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see372

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see326

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see307

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see293

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see270

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see261

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see251

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see241

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see235

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see231

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see227

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see222

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see215

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see213

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see206

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see203

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see200

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see186

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri