Cənubi Karolinanın Qrinvil şəhərində 28 May 2025 ci il tarixi “Azərbaycanın Müstəqillik Günü” elan edilib
Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Bakı, 2 iyun, AZƏRTAC
ABŞ-ın Cənubi Karolina ştatının Qrinvil şəhərinin meri Knox Vayt və şəhər şurasının üzvləri 28 May - Azərbaycanın Müstəqillik Günü münasibətilə bəyannamə imzalayıb.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, bəyannamə ştatda fəaliyyət göstərən Azərbaycan Dostluq Təşkilatının rəhbəri Adika İqbala təqdim olunub.
Cənubi Karolinanın Qrinvil şəhərində 28 May 2025-ci il tarixi “Azərbaycanın Müstəqillik Günü” elan edilib. Sənəddə Qrinvil şəhərinin uzun illərdir ki, müxtəlif mədəni irslərin və xalqların bir araya gəldiyi qonaqpərvər bir məkana çevrildiyi vurğulanıb. Ştatda yaşayan azərbaycanlıların incəsənət, musiqi, təhsil, elm, tibb və digər sahələrə verdiyi töhfələr qeyd olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 02 İyun 2025 20:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















