Cənubi Koreyanın Ali Audit Komissarı: Azərbaycanla yeni əməkdaşlıq memorandumu faydalı ola bilər
Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.
Cənubi Koreya ilə Azərbaycan arasında yeni əməkdaşlıq memorandumunun imzalanması məqsədəuyğun ola bilər.
"APA-Economics" xəbər verir ki, Bakıda keçirilən ASOSAI-nin 62-ci İdarəetmə Şurasının iclasında çıxış edən Cənubi Koreyanın Audit və Təftiş Şurasının (BAI) komissarı Lee Mee Hyon, Azərbaycanla ali audit orqanları arasında yeni əməkdaşlıq memorandumu imzalanmasının məqsədəuyğun ola biləcəyini bildirib.
Onun sözlərinə görə, hazırda mövcud olan anlaşma sənədlərinə əlavə olaraq yeni razılaşmanın imzalanması gündəmdə olmasa da, bu təşəbbüs gələcək əməkdaşlıq üçün böyük imkanlar aça bilər: “Yeni bir anlaşma memorandumu indilikdə planlaşdırılmasa da, bu çox yaxşı ideyadır. Gələcəkdə bu istiqamətdə addımlar atıla bilər”, – deyə o qeyd edib.
Lee Mee Hyon həmçinin bildirib ki, Azərbaycan Hesablama Palatası tərəfindən Cənubi Koreya tərəfinə xarici auditin həyata keçirilməsi ilə bağlı müraciət daxil olub və bu məsələ hazırda nəzərdən keçirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:129
Bu xəbər 17 İyul 2025 12:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















