Icma.az
close
up
RU
“Cənubi Qafqazda uzun illər davam edən rus ekspansiyası sona çatacaq” Ramiz Yunus

“Cənubi Qafqazda uzun illər davam edən rus ekspansiyası sona çatacaq” Ramiz Yunus

Azpolitika.az saytından alınan məlumata görə, Icma.az bildirir.

“Azərbaycan Prezidenti əvvəlcə hərbi müharibədə qalib gəlib, indi isə sülh gündəliyində də qələbəsini təmin etdi”.

“AzPolitika” xəbər verir ki, bunu siyasi təhlilçi Ramiz Yunus “Facebook” səhifəsində yazıb.

O bildirib ki, Ermənistan Azərbaycanın bütün şərtlərini qəbul edib və bu prosesin təminatçısı rolunu ABŞ-ın keçmiş prezidenti Donald Tramp oynayıb. Ekspertin sözlərinə görə, Rusiya və Vladimir Putin uzun illər boyu bu prosesi yalnız Azərbaycan və Ermənistan üzərində təzyiq vasitəsi kimi istifadə edib ki, bu da Kreml üçün qəbulolunmaz vəziyyət yaradıb.

Ramiz Yunus qeyd edib ki, son vaxtlar Rusiya ilə Azərbaycan arasında açıq qarşıdurma müşahidə olunur və Moskvanın ölkəmizə qarşı təxribatları artıb. Onun sözlərinə görə, Rusiya Ukraynanın Odessa bölgəsindən ixrac edilən Azərbaycan neftinə hücum edib, SOCAR-ın yanacaqdoldurma məntəqəsinə raket zərbəsi endirilib. Bundan əvvəl də Azərbaycanın Ukraynadakı səfirliyi istiqamətində raket zərbəsi endirilməsi və SOCAR ofisi yaxınlığına raket düşməsi kimi hallar baş verib. Bütün bunlar Rusiyanın Azərbaycana qarşı qəsdən təxribat və düşmənçilik əlamətidir.

O, həmçinin vurğulayıb ki, 2024-cü ilin dekabrında AZAL-a məxsus mülki təyyarənin vurulması və Yekaterinburqda baş verən son hadisələr də Rusiyanın Azərbaycana qarşı düşmən münasibətini göstərir.

Ramiz Yunus bildirib ki, Rusiyanın Ukrayna xalqına qarşı sərt davranışı təəccüblü deyil, çünki Moskva həm post-sovet məkanında, həm də digər ölkələrdə eyni amansızlığı nümayiş etdirib. Onun sözlərinə görə, hazırda Rusiya post-sovet məkanında Ermənistanın ardından ikinci işğalçı dövlət statusuna malikdir ki, bu da çox utancvericidir.

Siyasi təhlilçi qeyd edib ki, Azərbaycan və Ermənistan liderlərinin Vaşinqtondakı görüşünün və tarixi sənədlərin imzalanmasının 2025-ci il 8 avqusta təsadüf etməsi simvolik məna daşıyır – bu tarix 2008-ci ildəki Rusiya–Gürcüstan müharibəsinin ildönümünə düşür və həmin hadisələr Kremlin imperialist siyasətinin açıq nümunəsi olub.

Onun sözlərinə görə, Ukrayna müharibəsinin başlanmasından sonra post-sovet məkanında ictimai rəy tamamilə Ukraynanın tərəfindədir. MDB-nin dağılma prosesi də Rusiyanın nüfuzunun azalmasının göstəricisidir – Moldova artıq təşkilatdan çıxıb, Azərbaycan tədbirlərində iştirak etmir və digər nümunələr də mövcuddur.

Ramiz Yunus vurğulayıb ki, müasir dünyada ədalətin gücü zəifləyib, lakin hüququn gücünün üstünlüyü hələ kifayət qədər nümayiş etdirilmir. Onun fikrincə, bütün post-sovet ölkələri Rusiyanın Ukraynaya qarşı aqressiyasını və geosiyasi prosesləri diqqətlə izləməlidir. Kreml güc yolu ilə ədalətli sülhə məcbur edilməyincə, bölgədə sabitlik mümkün olmayacaq.

O qeyd edib ki, yalnız Rusiya sülhə məcbur edildikdən sonra Azərbaycan həm vurulmuş təyyarə məsələsində, həm də Rusiyada yaşayan azərbaycanlı diasporasına qarşı zorakılıqlara son qoyulmasını gözləyə bilər.

Ramiz Yunus əlavə edib ki, Vaşinqtonda tarixi sənədin imzalanması və orada səslənən bəyanatlar böyük ümid və optimizm yaradır. Bu, Azərbaycan və Cənubi Qafqazda uzun illər davam edən rus ekspansiyasının sona çatacağını göstərir.

O bildirib ki, regionda sülh üçün işıq görünür və nə Rusiya, nə də İran buna mane ola biləcək. Ekspert vurğulayıb ki, yalnız Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı tarixi qələbə Cənubi Qafqazda sülh prosesinə ciddi təkan verib. Qarşıda çətin və ağrılı barışıq prosesi var. Onun sözlərinə görə, böyük hərbi strateg Karl fon Klauzevitsin dediyi kimi, “əsrlər boyu yalnız böyük qələbələr böyük nəticələrə gətirib çıxarıb”.

Rasim Əliyev

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:85
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 09 Avqust 2025 17:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see201

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see186

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see170

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see169

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see168

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see162

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see151

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see150

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see148

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see146

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see145

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see143

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see136

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see135

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri