Icma.az
close
up
RU
Cərəyan vurmuş çolpanın “fəryadı”

Cərəyan vurmuş çolpanın “fəryadı”

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Ermənistanda Sarkis Xandanyan adlı biri var. Zahiri görünüşcə, cərəyan vurmuş çolpaya oxşayan bu məxluq ölkənin hakim “Vətəndaş sazişi” partiyasının deputatı, erməni parlamentinin xarici əlaqələr komissiyasının rəhbəridir. Yəni, o, baş nazir Nikol Paşinyanın komandasının üzvüdür.

Beləliklə, Xandanyan bildirib ki, Azərbaycanın ermənilər üzərində qurulmuş məhkəmə prosesi ilə bağlı təqdimatları hayların hisslərinə təsir göstərmək məqsədi daşıyır. Deputatın qaldırdığı mövzu barədə başqa nələri vurğulamasına diqqət yetirəcəyik. Amma əvvəlcə bir məqamın üzərində dayanaq.

Azərbaycan haqq və ədalətin qərarlaşmasının tərəfdarıdır. Ölkəmiz istəyir ki, xalqımıza qarşı törədilmiş bəşəri cinayətlər cəzasız qalmasın. Yəni, Bakıda keçirilən məhkəmə prosesləri buna xidmət edir. Təqsirləndirilən şəxslərin günahsızlığı sübuta yetirilsə, şübhəsiz, azadlıqlarına qovuşacaq, sərbəst buraxılacaqlar. Onların təqsirli olduqları müəyyənləşsə, məsuliyyətdən qaçmaq şansları yoxdur. Bu, öz yerində.

S.Xandanyanın ermənilərin hissləri ilə oynamaq məntiqinə gəlincə, görəsən, Ermənistanda neçə nəfər var ki, belə düşünür? Nəzərə alaq ki, Bakıda məhkəməsi keçirilən şəxslərin böyük hissəsi Qarabağ klanının təmsilçisidir. O klanın ki, Sarkisin şefi Paşinyan onun üzvlərini təhqir etdiyinə görə hakimiyyətə gəlmək imkanı əldə etmişdi. Yəni, erməni xalqı Nikola “Qarabağ sevdalılarını” lənətlədiyi üçün etimad göstərmişdi.

İkincisi, məsələnin ermənilərin hissləri ilə oynanılması şəklində təqdimatı tipik xəstə təfəkkürdən qaynaqlanır. Axı bu təfəkkür sahibləri vaxtilə azərbaycanlıların hissləri ilə çox oynayıblar. Nəinki oynayıb, dinc sakinlərimizə qarşı olmazın işgəncələr verib, qarətlər, amansız qətllər törədiblər. Hələ bu azmış kimi, əməllərini ictimailəşdirməyi, yazıya, kitaba çevirməyi də yaddan çıxarmayıblar.

Yaxşı olar ki, Sarkis boş-boş danışmaqdansa, gedib Zori Balayanın “Ocaq” kitabını oxusun. Özü də təkcə oxumasın, eyni zamanda, Balayanla eyni millətin nümayəndəsi olduğuna görə utansın. Xandanyan düşünsün ki, bir azərbaycanlı uşağın dərisini diri-diri soyması ilə öyünən vəhşi də özünə hay deyir, o da. Əlbəttə, utanmağı və düşünməyi bacarırsa.

S.Xandanyan, eyni zamanda, bildirib ki, onda Bakıdakı məhkəmə prosesi ilə bağlı sərt bəyanatlar vermək, ağır sözlər işlətmək istəyi var. Guya, “kişi” qeyrətə gəlir. Ancaq son anda hövsələli davranmağı üstün tutur. Niyə? Sən demə, bu sözlər “Bakıda saxlanılan məhbuslarımızın Ermənistana qaytarılması məsələsində” faydalı ola bilməzmiş. Göründüyü kimi, Sarkis yenə tipik erməni baxışını “xoda salır”. Çünki onun üçün haqq və ədalət anlayışı yoxdur.

Əslində, S.Xandanyanın səsləndirdiyi mövqe bütövlükdə rəsmi İrəvanın kursudur. Paşinyan iqtidarı “Azərbaycanda saxlanılan erməni məhbuslar” məsələsini siyasi alver predmetinə çevirib. Nikol və tərəfdarları elə zənn edirlər ki, bu yolla Azərbaycana hansısa təzyiq göstərə, ölkəmizi güzəştlərə məcbur edə biləcəklər. “Məhbuslar” məsələsi, həmçinin Ermənistan hakimiyyətinin sülhdən uzaq mövqeyi baxımından manipulyasiyadır və bunun müxtəlif təfərrüatlarına nəzər salmışıq. Üstəlik, erməni iqtidarının həmin məsələ baxımından məkrli siyasətini, müəyyən mənada, anlamağa da çalışırıq. O mənada ki, Nikoldan və komandasından hadisə və proseslərə, haqq və ədalət prinsiplərinə normal baxış gözləmirik.

Bununla belə, yaxşı olar ki, Paşinyanın düşərgəsində təmsil olunanlar dillərinə yiyəlik edib mövzuya başqa rəng çalarları qatmasınlar. Nəzərə alsınlar ki, məhkəmə prosesinin erməni millətinə qarşı yönəldiyinə, onun təhqirinə, aşağılanmasına hesablandığına dair cəfəng və sərsəm fikrin təbliğatı son dərəcə ziyanlıdır.

Bəli, xandanyanlar, paşinyanlar və başqa yanlar, ilk növbədə, dediklərimizi düşünməli, özlərini ağıllı aparmalıdırlar. Onlar oskanyanlardan, sarkisyanlardan, koçaryanlardan, dəli və psixi xəstə yığıncağının digər təmsilçilərindən fərqli olduqlarını göstərməlidirlər. Həm də ona görə ki, dəlixanadan vətən düzəltmək olmur. Deməli, S.Xandanyan da ağıllı olub Ermənistan adlı vətənə sahib çıxsa, daha faydalıdır. Başqasının torpağında oyunbazlıq edərkən ələ keçənlərin isə vətənləri olmur.

R.ƏVƏZ
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 07 Mart 2025 10:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see942

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see400

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see351

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see339

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see316

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see309

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see271

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see269

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see250

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see217

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see216

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see212

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see211

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see206

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see204

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see203

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see202

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see188

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see184

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri