Icma.az
close
up
RU
“Kupça”sız qalan sakinlərin fəryadı VİDEO

“Kupça”sız qalan sakinlərin fəryadı VİDEO

Yenisabah saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Baku TV-nin "qaynar xətt"inə daxil olan şikayətə görə, Nəsimi rayonu, Mircəlal küçəsində yerləşən binalardan birinin sakinləri altı ildir mənzillərinə köçsələr də, hələ də çıxarış ala bilmirlər.

"Yeni Sabah" xəbər verir ki, sakinlərin iddiasına görə, "İqtisadçı 2005" MTK-nın rəhbərliyi onları müxtəlif bəhanələrlə yubadır.

Şikayətçilərdən biri bildirib ki, bina sahibi ilə mütəmadi əlaqə saxlasalar da, hər dəfə yeni vədlərlə qarşılaşırlar: Dördpendirli pizza

"Demək olar ki, hər ay zəng edirik. Hər dəfə deyir ki, məsələlər həll olunub, sənədlər tezliklə veriləcək. Öyrəndiyimizə görə, binanın layihəsində qaraj nəzərdə tutulsa da, faktiki olaraq qaraj yoxdur. Həmçinin binanın mansard hissəsində, yaşayış üçün nəzərdə tutulmayan sahədə beş mənzil tikilərək satılıb. Sonuncu dəfə noyabr ayında danışmışıq, ondan sonra isə zənglərimizə cavab verilmir".

Digər sakin isə sənədsizliyin yaratdığı sosial çətinliklərdən gileylənib. O qeyd edib ki, mənzil alarkən MTK sahibi Coşqun Hüseynov bütün sənədlərin qaydasında olacağına dair söz verib:

"Bizə söz verilmişdi ki, ödənişlər tamamlandıqdan, kommunal xətlər çəkildikdən və satış bitdikdən sonra çıxarışlar veriləcək. Lakin illər keçsə də, problem həll olunmur. Sənədimiz olmadığı üçün uşaqlarımızı yaşayış ünvanı üzrə qeydiyyata sala bilmirik, bankdan kredit götürməkdə və xəstəxanalarda qeydiyyata düşməkdə ciddi problemlər yaşayırıq. Məcbur qalıb qohumların və ya tanışların ünvanına qeydiyyata düşürük, bu da gələcəkdə əlavə narazılıqlara səbəb olur".

Sakinlər aidiyyəti qurumlardan məsələnin araşdırılmasını və onların mülkiyyət hüquqlarının təmin olunmasını xahiş edirlər.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:179
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 15 May 2026 00:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see304

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see295

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see292

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see288

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see287

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see284

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see274

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see272

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see266

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see265

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see245

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see239

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see238

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see236

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see235

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see232

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see226

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see225

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see223

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see221
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri