Icma.az
close
up
RU
Cərimə, faiz, kreditlər və vaxtsız iş rejimi... Taksi sürücüləri problemlərindən danışdı

Cərimə, faiz, kreditlər və vaxtsız iş rejimi... Taksi sürücüləri problemlərindən danışdı

Icma.az, Hurriyyet portalına istinadən məlumat yayır.

Taksi sürücüləri arasında narazılıq baş qaldırır. Sərnişinlər onlardan şikayətçi olduğu kimi, onların da sayıb-tükənməz problemləri toplanıb. 

“Yeni Sabah” mövzu ilə əlaqədar bir neçə taksi sürücüsü ilə həmsöhbət olub. 

Məcburiyyətdən taksi fəaliyyəti ilə məşğul olduğunu deyən Elman Abdullayev son vaxtlar gəlirlərin kəskin azalmasından gileylənir:

“Başqa sahədə iş tapa bilmədiyim üçün taksi sürürəm. Yorucu və əziyyətli işdi. Çoxları qıraqdan baxıb deyir ki, bəs daş daşımırsız, qaya qaldırmırsız. Mən deyim, sən say. Maşının öz xərcləri, yanacaq pulu, yeməyi-içməyi. Dedilər, buraxılış ili 8 ildən yuxarı maşınlara lisenziya verməyəcəklər. Gedib təzə maşın aldım. Özü də lizinqlə. Qazandığımı demək olar ki, kreditə verirəm. Elə gün olur ki, 15 saat işləyirəm. Hətta 20 saat işlədiyim gün olub. Əvvəllər taksidə çörəkpulu var idi, son 1 ildi o da yoxdur”.

“Bəzi sürücülər taksinin adını bədnam çıxarıb. Burada şirkətlər də günahkardır. Kimi gəldi işə götürürlər. Sürücülük vəsiqəsi olsun, bəsdir. Yol hərəkət qaydaları da imkan vermir ki, işləyək. Haradasa saxlayıb müştəri götürürsən cərimə, müştəri düşürürsən cərimə. Biz, yetimlər qazanmayaq? Gərək qanunsuz adam daşıyaq?”

Təxminən 10 ildən çoxdur ki, taksi sürücüsü işləyən Murad Gözəlov şirkətlərin 25 faiz tarifinə görə “manatlıq” taksiyə keçdiyini dilə gətirib:

“Dəqiq vaxt yadıma gəlmir, amma hardasa 6 ay əvvəl idi. Taksi sürücüləri şirkətlərə hər gedişdə qazandığı pulun 17 faizini ödəyirdi. Sonra elədilər 25 faiz. Təsəvvür elə, mən 10 manatlıq gedişdə 2 manat 50 qəpik şirkətə verirəm. Onun üstünə gəl maşının xərclərini, yanacağın pulunu.

“Mənəm-mənəm” deyən sürücüsənsə ən az həftədə 1 dəfə də cərimə gəlir. Vur, çıx, böl. Ortada bir şey yoxdu. İndi “20 Yanvar”dan Sumqayıta adam aparıram. Bu şirkətlə işləməkdən daha sərfəlidi. Bilirsən ki, bir toçkadan götürüb, o birisinə aparırsan”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:184
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 15 Aprel 2025 13:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri