Icma.az
close
up
RU
Ceyhun Sultanov: “Samir Abasovun gəlişindən sonra “Neftçi”də nəsə dəyişməyib” MÜSAHİBƏ İdman və Biz

Ceyhun Sultanov: “Samir Abasovun gəlişindən sonra “Neftçi”də nəsə dəyişməyib” MÜSAHİBƏ İdman və Biz

Icma.az, Idman.biz saytına istinadən bildirir.

Azərbaycan millisinin və “Neftçi”nin sabiq futbolçusu Ceyhun Sultanovun İdman.biz-ə müsahibəsi

- Misli Premyer Liqasının XVI turunda “Sumqayıt” “Nefçi”yə 2:0 hesabı ilə qalib gəldi. Bu matçda Vaqif Cavadovun Samir Abasovu öz silahı ilə vurduğunu demək olar?
- Samir Abasov da “Sumqayıt”ın baş məşqçisi olduğu zaman “Neftçi”ni məğlub etmişdi. Eyni futbolçulardır. Vaqif Cavadov Samir Abasovun oyun üslubunu yaxşı bilir. Nəticə qazanmaq üçün nə lazım idisə, onu da etdi. Düşünürəm ki, bu oyunda Cavadovun komandası daha üstün futbol oynadı. Vaqif düzgün taktika seçmişdi. Hesab da oyuna görə oldu.

- Samir Abasovun gəlişindən sonra “Neftçi”də nə dəyişib?
- Nəyinsə dəyişdiyini deməzdim. Dekabrda dəyişəcək. Bu günə çox şeyin eyni qaldığını demək olar. Bir oyunda istək göstərdilər, daha sonra eyni ssenari ilə davam edirlər.

- “Neftçi” çətin vəziyyətdən çıxmaq üçün nə etməlidir?
- Onların qlobal dəyişiklik edəcəyini düşünmürəm. Çünki heyətdə olan oyunçuların müqavilələri var və legioner limiti mövcuddur. Onu keçsən, yeni legionerə görə 50 min pul ödəməlisən. Böyük dəyişiklik olmayacaq. Samir Abasov 1-2 futbolçunu dəyişməklə maksimum yuxarı qalxmağa çalışacaq. İndidən gələn ilin heyətini qurmaq daha yaxşı olardı.

- “Ağ-qaralar”ın avrokubok şanslarını necə qiymətləndirərdiz?
- Samir Abasov komandaya baş məşqçi gələndə düşünürdüm ki, o, “Neftçi”ni avrokuboklara daşıya biləcək. Amma zaman göstərdi ki, bu heyətlə çətindir. Turnir cədvəlində xal fərqi çox böyükdür. Qışda da böyük dəyişiklik edə bilməyəcək. Ona görə çətin olacaq.

- Azərbaycan kubokunda “Difai”nu 6:0 hesabı ilə məğlub edib, mərhələ adladılar. Kubok yolu ilə avrokubok arzusu reallaşa bilər?
- Bu oyunla “Neftçi”nin kuboku qazanması çətindir. Düzdür, bu yol ən asan, ən rahatdır. Qarşıda daha da ağır rəqiblər var. “Difai” I Liqanın aşağısında olan komanda idi. Onu məğlub etmək hansısa göstərici deyil. Bəlkə də kuboku əldə etmək olar. Onu da zaman göstərəcək.

- Türkiyə mətbuatı Abdulla Avcının “Neftçi”nin baş məşqçisi ola biləcəyini yazır. Bugünkü vəziyyətdə bunu etmək sizcə nə qədər düzgün olar? Samir Abasovun göndərilməsi real görünürmü?
- Avcının “Neftçi”yə baş məşqçi gəlməsi inandırıcı deyil. Çünki Samir Abasov komandanın “sükanı arxası”na yeni keçib. Ona şans vermək lazımdır. Üç gündən bir məşqçi dəyişməklə bundan da pis günə düşə bilərsən. Bunu real görmürəm. Mənə görə bunlar bir şayiədir.

Emin Ağa
İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 09 Dekabr 2024 15:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see237

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see183

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see167

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see159

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see156

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see153

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see144

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri