Icma.az
close
up
RU
CFI şirkəti 2024 cü ilin dördüncü rübündə misli görünməyən göstəricilərlə rekorda imza atdı və onun ticarət həcmi 1,12 trilyon dolları ötdü

CFI şirkəti 2024 cü ilin dördüncü rübündə misli görünməyən göstəricilərlə rekorda imza atdı və onun ticarət həcmi 1,12 trilyon dolları ötdü

Icma.az bildirir, Banco.az portalına istinadən.

Dubay, BƏƏ – 5 fevral 2024-cü il – Onlayn ticarət xidmətlərinin aparıcı qlobal təminatçısı olan CFI Financial Group 2024-cü ili rekord nailiyyətlərlə başa vuraraq, dünyanın ən sürətlə inkişaf edən onlayn ticarət xidmətləri təminatçılarından biri kimi mövqeyini daha da möhkəmləndirdi. Rekord həddə çatan yüksək ticarət həcmlərinə, aktiv müştərilərin sayında eksponensial artıma və qlobal miqyasda əhəmiyyətli genişlənməyə nail olan CFI yeni sənaye standartları müəyyən edərək onlayn ticarət sahəsində dominant qüvvə kimi mövqeyini təsdiqlədi.

2024-cü ilin IV rübü: Əlamətdar ilin tarixə düşən yekunu

● Görünməmiş ticarət həcmi: CFI 2024-cü ilin dördüncü rübündə əvvəlki rekordları qıraraq ticarət həcmini 1,12 trilyon dollardan çox artırdı və bununla üçüncü rübün 1,03 trilyon dollar göstəricisini geridə qoydu.Beləliklə, 2024-cü ilin ikinci yarısında ümumi ticarət həcmin göstəriciləri 2.15 trilyon dollara yüksələrək, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 142% artım nümayiş etdirdi.

● Artan müştəri aktivliyi: IV rübdə aktiv müştərilərin sayı III rübə nisbətən 27% artdı. Yeni müştərilərin sürətli artımı CFI şirkətinin əlçatan və səmərəli ticarət həlləri təqdim etmək öhdəliyini bir daha təsdiqlədi.

● Müştəri depozitləri və əməliyyatlarında artım: IV rübdə müştəri maliyyələşdirməsində 39% artım baş verdi, III rübdə isə 31% sıçrayış müşahidə edilirdi. Bu yüksəliş CFI-ın təkliflərinə artan inamı əks etdirir.

4-cü rübdə strateji genişlənmə və liderliyin gücləndirilməsi

CFI-ın qlobal miqyasda böyümə və liderliyin gücləndirilməsi istiqamətində davamlı səyləri IV rübdə əsas genişlənmələr və rəhbər heyətinin təyinatları ilə yekunlaşdı, o cümlədən:

● Azərbaycanda CFI Financial Investment şirkətinin fəaliyyətə başlaması şirkətin regionda ilk lisenziyalı yerli iştirakı kimi qeyd olundu və İlqar Rüstəmbəyli CEO (baş direktor) vəzifəsinə təyin edildi.

● CFI bütün qitələrə çıxışını genişləndirən Cənubi Afrikada fəaliyyətə başladı və Zihaad İsrafil CEO (baş direktor) vəzifəsinə təyin edildi.

● CFI-ın Abu Dabidəki ikinci ofisindən sonra Şarjada üçüncü BƏƏ ofisinin açılması şirkətin regional mövcudluğunu və əlçatanlığını gücləndirdi.

● Qlobal idman tədbirlərində VIP təcrübələr və unikal müştəri cəlbetmə imkanları kimi eksklüziv təşviqlər təklif edən CFI Mükafat Proqramı təqdim edildi.

● Ahmad Khatibin biznesin inkişafı üzrə baş direktor və Ziad Melhemin baş marketinq direktoru vəzifəsinə təyin edilməsi CFI şirkətinin rəhbər komandasını daha da gücləndirdi və şirkətin strateji inkişafını davam etdirməyə imkan yaratdı.

Sənayedə aparıcı tərəfdaşlıqlar və brendin genişlənməsi

● MI Cape Town klubunun rəsmi onlayn treydinq tərəfdaşı kriketin 2,5 milyardlıq nəhəng qlobal auditoriyası ilə əlaqə qurur.

● Qlobal brend səfiri və yeddiqat Formula 1™ dünya çempionu Lyuis Hemiltonun iştirakı ilə Dubayın “Gələcək Muzeyi”ndə eksklüziv “CFI Driven by Success” tədbiri keçirilir.

● “Trading Transparency+” proqramının təqdimatı baş tutur – bazar təhsili, ticarət reallıqları və risklərin idarə olunmasına həsr edilmiş təşəbbüs CFI-ın məsuliyyətli ticarətə sadiqliyini bir daha təsdiqləyir.

2024: Misilsiz uğur və inkişaf ili

● Ümumi illik ticarət həcmi əvvəlki rekordları aşaraq CFI şirkətini sənayenin lideri statusunda möhkəmləndirir.

● Treyder və investorların şirkətin xidmətlərinə olan tələbatını əks etdirən yeni müştərilərin illik 120% artımı müşahidə olunur.

● Yeni bazarlara çıxış CFI-ın beynəlxalq mövcudluğunu və yüksək səviyyəli maliyyə institutu kimi nüfuzunu möhkəmləndirir.

● Texnoloji irəliləyişlər, o cümlədən, süni intellektlə idarə olunan ticarət alətləri və qüsursuz platforma inteqrasiyaları ümumi ticarət təcrübəsini artırır.

● Yeni qlobal brend səfiri, yeddiqat Formula 1™ dünya çempionu Lyuis Hemilton şirkətin mükəmməllik, innovasiya və müxtəliflik və inklüzivlik tərəfdarı olma istiqamətindəki dayanıqlı səyləri ilə uyğunlaşır.

● NBA Abu Dhabi Games və UFC 308 ilə genişləndirilmiş əməkdaşlıqlar, o cümlədən FIBA WASL, Khaleeji Zain 2024 GCC Cup və başqaları ilə əməkdaşlıqlar daxil

olmaqla, Abu Dabinin Mədəniyyət və Turizm Departamenti ilə strateji regional tərəfdaşlıqlar qurulur.

2025-ci ilə nəzər salaq

Bu möhtəşəm ili əsas götürərək, CFI davamlı inkişafa, texnoloji yeniliyə və əsas bazarlarda əhatə dairəsini genişləndirməyə sadiq qalır. İnkişafda olan yeni təşəbbüslərlə CFI 2025-ci ildə və ondan sonrakı illərdə onlayn ticarət sahəsində mükəmməlliyi yenidən müəyyən etməyə hazırlaşır.

CFI Haqqında: 1998-ci ildə təsis edilmiş CFI Financial Group MENA bölgəsinin aparıcı onlayn ticarət brokeridir və 25 ildən çox təcrübəyə malikdir. London, Abu Dabi, Dubay, Keyptaun, Bakı, Beyrut, Amman və Qahirə kimi mühüm yerlərdə fəaliyyət göstərən CFI həm qlobal, həm də yerli bazarlara problemsiz çıxış imkanı təqdim edir.

Səhm, valyuta, əmtəə və digər müxtəlif ticarət seçimləri təklif edən CFI sıfır pip spredlər, komissiyasız xidmətlər və ultra sürətli icra şərtləri ilə üstün imkanlar təqdim edir.

Şirkət süni intellektə əsaslanan alətlər sahəsində liderdir və istənilən təcrübəyə malik treyderlər üçün intuitiv və qabaqcıl həllər təklif edir. CFI, çoxdilli təhsil məzmunu vasitəsilə maliyyə savadlılığını artırır və AC Milan, FIBA WASL, MI Cape Town kriket komandası və Abu Dabi Mədəniyyət və Turizm Departamenti ilə tərəfdaşlıqlar vasitəsilə mükəmməlliyi təşviq edir. Yeddiqat Formula 1™ dünya çempionu Sir Lyuis Hemilton CFI-ın qlobal brend səfiridir. CFI həmçinin dünya üzrə mədəniyyət və icma təşəbbüslərini dəstəkləyərək innovasiya və uğura olan bağlılığını nümayiş etdirir. 

Ətraflı məlumat üçün: www.cfi.trade  Media sorğuları: Cecilia Natalia Hage, Qlobal PR & Kommunikasiya Meneceri, [email protected]

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:70
embedMənbə:https://banco.az
archiveBu xəbər 17 Fevral 2025 15:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see239

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see171

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see169

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see162

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see157

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see156

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see152

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see148

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see147

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see145

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see139

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see136

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see134

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri