Icma.az
close
up
RU
Çhaya Kapilaşrami: “Turizmin iqlim gündəliklərinə inteqrasiyasını təmin edən yeni siyasətlər qəbul edilməlidir”

Çhaya Kapilaşrami: “Turizmin iqlim gündəliklərinə inteqrasiyasını təmin edən yeni siyasətlər qəbul edilməlidir”

Report.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İqlim dəyişikliyi turizm sektorunu ciddi şəkildə təhdid edir və bu səbəbdən turizmin iqlim gündəliklərinə inteqrasiyasını təmin edən yeni siyasətlərin qəbulu zərurildir.

“Report” xəbər verir ki, bunu BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Əməliyyatların Koordinasiyası üzrə baş direktoru Çhaya Kapilaşrami COP29 çərçivəsində keçirilən “Turizm sektorunda Təkmilləşdirilmiş İqlim Fəaliyyəti üzrə Nazirlərin Birinci Görüşü”ndə bildirib.

Ç. Kapilaşrami vurğulayıb ki, turizm sektoru dünyada icmaları və mədəniyyətləri birləşdirən güclü vasitədir:

“Turizm bizi yalnız mədəniyyətlər və icmalarla deyil, onların yerləşdiyi təbii ekosistemlərlə də bağlayır, insanlıq və planetimizə qarşı empatiya və sevgi yaradır. İqlim dəyişikliyi bu sektora ciddi təhdidlər yaradır. Gözəl sahillərdən kiçik ada dövlətlərinə, qədim küçələrdən mədəniyyət paytaxtlarına qədər milyonlarla insanın dolanışığı təhlükə altındadır”.

Onun sözlərinə görə, turizm dünya iqtisadiyyatın əsas hissəsidir və qlobal ümumi daxili məhsulun 9 %-ni təşkil edir.

“Bu sahəni və onun əsaslandığı ekosistemləri qorumaq üçün təxirəsalınmaz tədbirlər görülməlidir. Qlazqo bizə Turizmdə İqlim Fəaliyyəti haqqında ilk Bəyannaməni təqdim etdi. İndi isə Bakıda təqdim olunan yeni bəyannamə sektorun iqlim məqsədlərinə uyğunlaşdırılması üzrə kollektiv səylərimizin miqyas və ambisiyalarını göstərir. Ölkələr yeni və innovativ yollar tapmalı, həm də planetin gözəlliyini məhv etməməlidir”, - Ç. Kapilaşrami vurğulayıb.

O əlavə edib ki, bu məqsədlərin ölkələrin milli iqlim planlarına (NDC və NAP) daxil edilməsi vacibdir:

“Dekarbonizasiya, ekosistemlərin bərpası və dayanıqlığın artırılması əsas istiqamətlərdir. Azərbaycan hökumətinin liderliyini, Ümumdünya Turizm Təşkilatı ilə əməkdaşlığını və UNEP-in dəstəyini yüksək qiymətləndirirəm. Bu təşəbbüslər dayanıqlı resurslardan istifadəyə, davamlı mobilliyə və tullantıların səmərəli idarə edilməsinə yönəlmiş innovativ transformasiya üçün mühüm addımdır”.

Ç. Kapilaşrami hesab edir ki, dövlət-özəl tərəfdaşlıqları təşviq olunmalı və sektor “net sıfır” əməliyyatlara keçid üçün maliyyə resursları ilə təmin edilməlidir: “Turizmin mərkəzində duran icmalar isə unudulmamalıdır. COVID-19 pandemiyası zamanı böyük dayanıqlılıq nümayiş etdirən bu icmaların bərpası və dayanıqlı inkişafı üçün birlikdə işləməliyik”.

O qeyd edib ki, turizm davamlılıq, ədalət və bərabərliyin təcəssümünə çevrilməlidir.

Bizim Telegram kanalımıza abunə olun

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://report.az
archiveBu xəbər 20 Noyabr 2024 10:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see291

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see193

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see175

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see162

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see157

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see155

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see153

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see147

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see146

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see141

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see140

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see139

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see137

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see136

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see136

Hökumə Əliyevaya həsr edilən film yenə təxirə düşdü SƏBƏB

24 Dekabr 2025 12:09see134

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see133

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

25 Dekabr 2025 13:26see131

10 dəqiqəyə hazır: Ən sadə tava börəyi resepti

24 Dekabr 2025 07:15see129

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

25 Dekabr 2025 06:29see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri