CHP ilə MHP arasında gərginlik böyüyür Özgür Özəl Baxçalının çıxışını cırdı, qarşı tərəf bu, əxlaqsızlıqdır dedi
Icma.az, Mia.az saytına istinadən bildirir.
Partiyasının parlamentdəki fraksiyası ilə görüşdə Dövlət Baxçalının çıxışının yazıldığı kağızı cıran CHP lideri Özgür Özələ MHP sərt cavab gecikməyib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, CHP sədri Özgür Özəl kağızları cıraraq Baxçalıya xitabən "Hörmətli Dövlət bəy, nə vaxt istəyirsən, nə istəyirsən danışırsan, Ərdoğanın xeyrinə olan gündəmin arxasınca düşmək dövrü çoxdan geridə qalıb" sözləri MHP düşərgəsini qəzəbləndirib.
MHP-nin baş katibi İsmət Büyükataman Özələ ünvanlı bildirib ki, Baxçalıya qarşı o hərəkət Parlamentə yaraşmayıb: "Bu, bir əxlaqsızlıqdır. Özəlin yaraşmayan davranışına deyəcək bir sözü qalmayıb".
MHP funksioneri əlavə edib ki, bu davranışı Özgür Özəlin deməyə sözünün tükənib: "Sədrimiz cənab Dövlət Baxçalının sözləri böyük türk millətinin vicdanının səsidir. Özgür Özəl belə davam edərsə, tezliklə çantalarını yığacaq və ofis siyasətinə (Kamal Kılıçdaroğluna işarə vurub - Mia.az) məhkum olacaq”.
Samir Musayev
MİA.AZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 04 Dekabr 2024 12:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















