Icma.az
close
up
RU
Çin okeanda 78 min tonluq üzən ada tikir: Məqsədi nədir)

Çin okeanda 78 min tonluq üzən ada tikir: Məqsədi nədir)

Qaynarinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Çin Şanxayda 10 000 metrə qədər dərinlikdə fəaliyyət göstərə bilən nəhəng üzən tədqiqat kompleksi inşa edir.

Qaynarinfo xəbər verir ki, bu barədə "libertatea.ro” yazır.

Layihə Şanxay Tsyayotonq Universiteti tərəfindən hazırlanır və onun təxminən 2030-cu ilə qədər tam başa çatdırılması gözlənilir.

Platformanın çəkisi təxminən 78 min ton təşkil edir və  təxminən dörd ay ərzində ehtiyatların yenilənməsinə ehtiyac olmadan 238 nəfərə qədər insanı qəbul edə bilir. Qurğu ikiqat korpuslu yarımdalma tipli gəmi formasında hazırlanıb ki, bu da güclü dalğalanma şəraitində belə sabitliyi qorumağa imkan verir. Əslində, o, mobil laboratoriya kimi fəaliyyət göstərəcək.

Platformanın əsas funksiyası elmi tədqiqatlardır. Bununla yanaşı, o, dərin dəniz ekosistemlərinin öyrənilməsi, dəniz avadanlıqlarının sınaqdan keçirilməsi, sualtı resursların mənimsənilməsi üçün texnologiyaların hazırlanması, hava proqnozlarının dəqiqləşdirilməsi və təbii fəlakətlər barədə xəbərdarlıqların təkmilləşdirilməsi üçün nəzərdə tutulub.

"South China Morning Post”un məlumatına görə, platformanın bəzi bölmələri, xüsusilə güclü partlayışlar zamanı yaranan zərbə dalğalarından qorunmaq üçün xüsusi şəkildə layihələndiriləcək. Bunun üçün "metamateriallar” adlanan xüsusi strukturlardan istifadə olunacaq. Bu materiallar zərbə enerjisini udaraq platformanın daxili hissələrini qorumağa imkan verir.

Bildirilir ki, bu cür platformalar okeanın gələcəyi baxımından mühüm əhəmiyyət daşıyır. Dünya okeanının böyük hissəsi hələ də ətraflı xəritələşdirilməyib və bu layihə iqlim dəyişikliklərinin daha yaxşı anlaşılmasına, sahil xətlərinin qorunmasına və təbii fəlakətlərin qarşısının alınmasına kömək edə bilər.

Bununla belə, bir çox ekspertlər layihəyə skeptik yanaşır. Onlar xəbərdarlıq edirlər ki, platforma dərinliklərdən faydalı qazıntıların çıxarılması üçün avadanlıqların sınağı məqsədilə də istifadə oluna bilər. Bu isə dəniz mühitinin məhv edilməsi, suyun çöküntülərlə çirklənməsi və qida zəncirinə mənfi təsir kimi ciddi nəticələrə səbəb ola bilər. Bundan əlavə, dərin dənizdə faydalı qazıntıların çıxarılmasını tənzimləyən beynəlxalq qaydalar hələ də formalaşma mərhələsindədir.

Aydın

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:168
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 26 Aprel 2026 22:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see335

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see306

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see295

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see291

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see286

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see285

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see263

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see260

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see256

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see254

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see243

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see233

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see226

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see225

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see220

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see210

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see202

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see201

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see193

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri