Icma.az
close
up
RU
Çin ötən il 11 milyon ədəd elektrikli avtomobil satıb FOTO

Çin ötən il 11 milyon ədəd elektrikli avtomobil satıb FOTO

Icma.az, Avtosfer portalına istinadən məlumat yayır.

Elektrikli avtomobil satışının bu il 20 milyonu keçəcəyi və bütün dünyada satılan avtomobillərin 25 faizindən çoxunu təşkil edəcəyi proqnozlaşdırılır. Bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) hər il dərc etdiyi “Elektrikli Vasitələrin Görünüşü” (Global EV Outlook) hesabatında qeyd olunub.

Avtosfer.az xəbər verir ki, hesabatda qlobal iqtisadiyyatda qeyri-müəyyənliklərə və avtomobil sektoruna müxtəlif təzyiqlərə baxmayaraq, elektrikli avtomobillərin satışının artmaqda davam etdiyi bildirilir. Qlobal miqyasda elektrikli avtomobil satışlarının 2024-cü ildə 17 milyonu keçəcəyi və bu avtomobillərin bazar payının ilk dəfə olaraq 20% həddini aşacağı vurğulanıb.

Çin ötən il bazarda liderliyini qoruyaraq satışların yarıdan çoxunu həyata keçirib. Belə ki, bu ölkədə satılan 11 milyon elektrikli avtomobil, 2022-ci ildə bütün dünyada satılan elektrikli avtomobillərin ümumi sayına bərabər olub.

Hesabatda qeyd olunur ki, Asiya və Latın Amerikasının inkişaf etməkdə olan bazarlarında elektrikli avtomobil satışları ötən il 60% artım göstərib. ABŞ-də isə hər il elektrikli avtomobil satışlarında təxminən 10 faizlik artım müşahidə edilib. Avropada isə təşviqedici tədbirlərin zəifləməsi və dəstəkləyici siyasətlərin azalması nəticəsində satışlar durğunluq dövrünə daxil olub.

Diqqətçəkən məqamlardan biri də odur ki, ötən il Çində satılan elektrikli nəqliyyat vasitələrinin üçdə ikisi, alış stimulları olmamasına baxmayaraq, adi avtomobillərlə müqayisədə daha ucuz qiymətə təqdim olunub. Bununla belə, bir çox ölkədə elektrikli və daxili yanma mühərrikli avtomobillər arasında qiymət fərqi hələ də yüksək olaraq qalır.

Bu ilin ilk üç ayında isə elektrikli avtomobil satışlarında illik müqayisədə 35% artım qeydə alınıb. Nəticədə, 2025-ci ildə dünyada satılan hər dörd avtomobildən birinin elektrikli olacağı təxmin edilir.

Hesabatda vurğulanır ki, qlobal iqtisadi artım, ticarət əlaqələrinin genişlənməsi və sənaye siyasətləri elektrikli avtomobil sektorunun inkişaf perspektivinə təsir göstərə bilər. Bununla yanaşı, daha münasib qiymətlərlə təqdim olunan elektrikli avtomobillər satışların artımına əlavə dəstək verir.

Yanacaq xərclərinə gəldikdə isə, hesabat göstərir ki, bir çox ölkədə elektriklə çalışan avtomobillərin istifadə xərcləri azalmağa başlayıb. Məsələn, Avropada elektrikli avtomobilin evdə şarj vasitəsilə idarə olunmasının xərci, neft qiymətləri bir barel üçün 40 dollar olsa belə, adi avtomobillə müqayisədə təxminən yarı qiymətə başa gəlir.

Eltac Zülfüqaroğlu

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:233
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 03 İyun 2025 13:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri