“Çin texnologiyaları və sərmayəsi ölkəmizin inkişafına güclü dəstək olacaq” Deputat
Icma.az bildirir, Redaktor.az portalına istinadən.
Azərbaycan ilə Çin arasında əməkdaşlıq münasibətləri son illərdə sürətlə inkişaf edir. İqtisadi, siyasi və təhlükəsizlik sahələrində qarşılıqlı dəstək göstərən iki ölkə strateji tərəfdaşlıq kursunu daha da möhkəmləndirir.
Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən millət vəkili Fariz İsmayılov bildirdi ki, Azərbaycan-Çin əlaqələri strateji əhəmiyyət daşıyır:
"Cənab Prezidentin ilin əvvəlindəki səfəri bu əməkdaşlığa böyük təkan verdi. Burada həm nəqliyyat dəhlizlərinin inkişafı, həm energetika layihələri, həm də alternativ enerji sahəsində Çin texnologiyalarının istifadəsi Azərbaycanın iqtisadi inkişafına, eyni zamanda region iqtisadiyyatına mühüm dəstəkdir. Bundan əlavə, biz Çinlə təhlükəsizlik sahəsində də əməkdaşlıq edirik. Burada Azərbaycanın ərazi bütövlüyünə göstərilən dəstək, eləcə də Azərbaycanın Çinin ərazi bütövlüyünə verdiyi dəstək, radikalizm, terrorizm və separatizmə qarşı birgə mübarizə ölkələrimizi daha da yaxınlaşdırır.
Mən bu perspektivə böyük ümidlə baxıram və hesab edirəm ki, Çin texnologiyaları, sərmayəsi və ticarət əlaqələrinin genişlənməsi, ticarət dövriyyəsinin artması ölkəmizin inkişafına güclü təkan verəcək. Gələcəkdə isə nəqliyyat marşrutu olan Orta Dəhliz Azərbaycanın qlobal xəritədə vacib və strateji bir ölkəyə çevrilməsinə səbəb olacaq".
Nuriyyə NATİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:65
Bu xəbər 02 Sentyabr 2025 17:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















