Cinayət və İnzibati Xətalar məcəllələri dəyişdirilir
Icma.az bildirir, Modern.az portalına istinadən.
Cinayət və İnzibati Xətalar məcəllələrində dəyişiklik edilir.
Modern.az xəbər verir ki, bununla bağlı qanun layihəsi Milli Məclisin fevralın 28-də keçirilən iclasında müzakirəyə çıxarılıb.
Sənəd layihəsi “Dövlət satınalmaları haqqında” yeni Qanunun icrası məqsədilə hazırlanıb. Layihədə həm cinayət, həm də inzibati məsuliyyətə səbəb olan dövlət satınalmaları haqqında qanunvericiliyin pozulması halları yeni qanunun tələblərinə uyğun olaraq müəyyən edilib.
Dəyişikliyə əsasən, dövlət satınalmaları haqqında qanunvericiliyin pozulmasına görə cinayət məsuliyyəti Cinayət Məcəlləsinin 308.2.1-ci – 308.2.3-cü maddələrində nəzərdə tutulan əməllər nəticəsində xeyli miqdarda zərər vurulduqda yaranır. İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişikliyə əsasən isə dövlət satınalmaları haqqında qanunvericiliyin pozulmasına görə inzibati tənbeh, bu pozuntu halları Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Layihədə inzibati məsuliyyətə cəlb etmə müddətinin artırılması da təklif edilir.
Qanun layihələri səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 28 Fevral 2025 12:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















