Icma.az
close
up
RU
Cinayətlərin sadəcə hüquqi tədbirlərlə qarşısının alınması mümkün deyil Deputat

Cinayətlərin sadəcə hüquqi tədbirlərlə qarşısının alınması mümkün deyil Deputat

Demokrat.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Alimlərin də qeyd etdiyi kimi, müasir dövrdə məlumat bolluğu, psixoloji və sosial gərginliklər artmaqda davam edir. Bu, bəzən cəmiyyətdə neqativ nəticələrə, xüsusilə də gənclər arasında baş verən ağır cinayətlərə səbəb olur”.
Bunu Milli Məclisin deputatı Vüqar İsgəndərov Demokrat.az-a açıqlamasında  deyib.
Deputat əlavə edib ki, dünyanın sürətlə dəyişməsi və informasiyanın geniş vüsət alması cəmiyyətlərdə sosial münasibətlərə və insan davranışlarına birbaşa təsir edir:
“Son illərdə xüsusilə də ölkəmizdə bir sıra dəhşətli cinayət hadisələri baş verib. Bu cinayətlərin motivlərinə baxıldıqda, psixoloji, sosial və informasiya təsirlərinin güclü olduğu görünür. Mütəxəssislər bildirirlər ki, bir çox hallarda internetdə yayılan mənfi, aqressiv və zorakı məzmunlar psixoloji baxımdan zəif insanlara daha çox təsir göstərir. Cəmiyyətin inkişafı və sabitliyi naminə bu halların qarşısının alınması üçün genişmiqyaslı maarifləndirmə və preventiv tədbirlərə ehtiyac var. Cinayətlərin sadəcə hüquqi tədbirlərlə qarşısının alınması mümkün deyil. Əsas diqqət uşaqların, yeniyetmələrin və gənclərin düzgün formalaşmasına yönəldilməlidir”. 
Deputat əlavə edib ki, rəsmi strukturlar da bu istiqamətdə səylərini artırmalıdırlar:
“Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və digər dövlət qurumları qarşılıqlı əməkdaşlıqla cinayətlərin sayının artmasının qarşısını almağa çalışır. Lakin ekspertlər hesab edir ki, sadəcə dövlətin deyil, valideynlərin, müəllimlərin, ziyalıların və ictimaiyyətin də üzərinə böyük məsuliyyət düşür. Bu məsələ ilə yalnız hadisə baş verdikdən sonra yox, önləyici addımlar səviyyəsində məşğul olmaq lazımdır. Cəmiyyətin sağlam gələcəyi üçün bu işə hər bir fərdin töhfəsi vacibdir. Milli-mənəvi dəyərlərin təbliği, musiqi və incəsənətin uşaqlara sevdirilməsi lazımdır. İdman və kitabxana fəaliyyətlərinə yönəldilmiş təşviqat proqramları olmalıdır.  Psixoloji dəstək və maarifləndirmə tədbirləri, xüsusən keçid yaş dövrlərində olanlar üçün diqqətdə saxlamaq lazımdır. Tanınmış şəxslərin iştirakilə həyata keçirilən maarifləndirici layihələr, orta məktəblər və kolleclərdə mütəmadi tədbirlər keçirməlidirlər”.
Leyla Turan
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 16 May 2025 18:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see237

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see183

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see167

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see159

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see156

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see153

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see144

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri