“Müharibələrin qarşısının alınması beynəlxalq təhlükəsizlik mexanizmlərinə bağlıdır” DEPUTAT
Gununsesi saytına istinadən Icma.az xəbər verir.
“Bu gün beynəlxalq müzakirələrin əsas mövzularından biri müharibələrin qarşısının alınması və beynəlxalq təhlükəsizlik mexanizmlərinin işlək olmasıdır. Müharibələr böyük fəlakətlər və dəhşətlər gətirir, insan ölümlərinə səbəb olur”.
Bu fikirləri Gununsesi.info-ya Milli Məclisin deputatı Elçin Mirzəbəyli vurğulayıb:
“Hər hansı müharibənin dayandırılması isə yeni itkilərin qarşısını almağa xidmət edir.
Qəzzada baş verən faciə insan dramı ilə müşayiət olunub. Bu, yalnız İsrailin hücumu və ya Hamasın hərəkətləri ilə bağlı deyil; digər amillər də bu faciəyə təsir edib. Problemi yalnız hərbi və siyasi baxımdan deyil, ideoloji baxımdan da qiymətləndirmək vacibdir”.
Deputat qeyd edib ki, bölgədə insanların birgə yaşayış qaydalarını tətbiq etmədən, düşüncələrini dəyişmədən, radikal ideyaları aradan qaldırmadan və xaricdən müdaxilə edən qüvvələri neytrallaşdırmadan problemi kökündən həll etmək mümkün deyil:
“Hazırda müəyyən addımların atıldığının da şahidiyik”.
Firuzə
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:36
Bu xəbər 16 Oktyabr 2025 16:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















