Çində robotlar maşın istehsal etməyə başladı
Demokrat.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Çinin avtomobil sənayesində yeni mərhələ başlayır. Nəhəng istehsalçı SAIC Motor artıq zavodlarına humanoid robotları gətirib.
Demokrat.az xəbər verir ki, söhbət “Nengzai No.1” adlı yeni nəsil robotdan gedir. Bu sistem artıq sınaq mərhələsini geridə qoyub, birbaşa istehsal xəttində işləyir. Robot elektrik avtomobillərinin batareya yığımı prosesində iştirak edir, detalları götürür, yerləşdirir və bunu yüksək dəqiqliklə edir.
Maraqlı məqam odur ki, klassik humanoidlərdən fərqli olaraq bu robot iki ayaq üzərində hərəkət etmir. Təkərli platforma üzərində qurulub. Zavod mühitində bu yanaşma daha stabil nəticə verir, həm də iş tempini artırır.
Şirkət üçün bu addım sadəcə texnoloji yenilik deyil. Əslində, istehsal fəlsəfəsinin dəyişdiyini göstərir. İnsan əməyinin getdikcə robotlarla əvəzlənməsi artıq nəzəriyyə yox, real prosesə çevrilir.
Avtomobil sənayesində rəqabət sürətlə dərinləşir. Görünən odur ki, bu yarışda qalib gələnlər yalnız maşın istehsal edənlər yox, eyni zamanda istehsalın özünü yenidən quranlar olacaq.
İsmayıl
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.

Bu mövzuda digər xəbərlər:Çində polis robotlar işə başladı
21 Fevral 2025 11:22
Çində robotlar uşaq dünyaya gətirəcək
18 Avqust 2025 16:57
Robotlar insanlarla yarışdı Çində ilk
19 Aprel 2025 12:45
Çində mağazada robotlar işləyir FOTO
23 Noyabr 2024 14:14
Çində robotlar bunu da bacaracaqlar VİDEO
12 Aprel 2026 09:48
Baxış sayı:155
Bu xəbər 28 Mart 2026 10:43 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları