Çindən xəbərdarlıq: Münaqişə bölgəsindən uzaqlaşın, müharibəyə qatılmayın!
GlobalInfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Ukrayna Prezidenti Volodimir Zelenskinin Çin muzdlularının Rusiya tərəfində döyüşməsi ilə bağlı iddialarına Pekindən cavab gəlib.
Globalinfo.az bildirir ki, Çin Xarici İşlər Nazirliyinin sözçüsü Quo Ciakun məsələ ilə bağlı mətbuat konfransında açıqlama verib.
“Bizim Rusiya-Ukrayna müharibəsi ilə bağlı mövqeyimiz aydındır. Çin sülh danışıqlarını təşviq edir,” – deyə Quo bildirib.
Nazirlik rəsmisi əlavə edib ki, Çin vətəndaşlarını münaqişə zonalarından uzaq durmağa və hər iki tərəfdəki hərbi əməliyyatlara qatılmamağa dəfələrlə çağırıb:
“Çin dəfələrlə öz vətəndaşlarına silahlı münaqişə zonalarından uzaq durmaq, silahlı münaqişələrdə iştirakdan çəkinmək və xüsusilə də, hər iki tərəfdə hərbi əməliyyatlarda iştirak etməmək üçün təhlükəsizlik xəbərdarlığı edib,” – Quo vurğulayıb.
Xatırladaq ki, Prezident Zelenski Xarkov vilayətinə səfəri zamanı cəbhə bölgəsində ukraynalı əsgərlərin müharibədə Çin, Tacikistan, Özbəkistan, Pakistan və Afrika ölkələrindən olan muzdlularla döyüşdüyünü bildirmişdi.
Tahir Turan
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:73
Bu xəbər 07 Avqust 2025 00:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















