Icma.az
close
up
RU
Çinin istehsal modelini öyrənməliyik İqtisadçı

Çinin istehsal modelini öyrənməliyik İqtisadçı

Icma.az bildirir, Sherg.az portalına istinadən.

Sadəcə, mövcud ticarət dövriyyəsinə fokuslanmaq olmaz


“Çindən Avropaya ən əlverişli hərəkət məhz Azərbaycan üzərindəndir"

Azərbaycan dünyada sülhə, inkişafa və əməkdaşlığa xidmət edən bir sıra regional layihələrin müəllifidir. Məhz Azərbaycanın ərsəyə gətirdiyi enerji və nəqliyyat marşrutları qitələrarası uğurlu əməkdaşlıq formulu kimi bir çox ölkənin enerji təhlükəsizliyini təmin etməkdədir. Şanxay Əməkdaşlıq Təşkilatının "ŞƏT+" formatında fəal yer alan Azərbaycan məqsədyönlü addımları ilə bir daha etibarlı tərəfdaş olduğunu nümayiş etdirdi. Prezident İlham Əliyevin bu formatda keçirilən Zirvə görüşlərində iştirak etməsi ölkəmizin dünya miqyasında nüfuzunun və ölkə rəhbərinə göstərilən yüksək ehtiramın bariz ifadəsidir. "ŞƏT+" formatında keçirilən görüşə 20-dən çox ölkənin lideri və 10 beynəlxalq təşkilat rəhbərinin qatılması və toplantıda Prezidentlə çoxsaylı görüşlərin keçirilməsi bir daha prinsipial və taleyüklü məsələlərdə Azərbaycan liderinin oynadığı vacib rolun göstəricisidir. Ölkə rəhbərinin Sammitdəki mesajlarından aydın oldu ki, Azərbaycan ŞƏT-ə üzv olmasa da, təşkilata üzv dövlətlərlə dostluq münasibətlərinə malikdir. Xüsusilə təşkilatın əsas güc mərkəzi Çinlə hərtərəfli strateji tərəfdaşlıq münasibətlərinin qurulması kifayət qədər mühümdür. Çin lideri də Azərbaycanın ŞƏT ailəsi üçün vacib dövlət olduğunu və təşkilata üzvlüyünü dəstəklədiyini bildirdi. 


İqtisadçı Fuad İbrahimli Sherg.az-a deyib ki, Çinlə Azərbaycanın indiki münasibətləri 25-30 ildə apardığımız xarici siyasətin qələbəsidir. Ekspertin fikrincə, hansısa əmtəənin, ticarət dövriyyəsinin artmasının ardınca qaçmamalıyıq. Əsas diqqəti Çin-Avropa arasındakı ticarət dövriyyəsinə, beynəlxalq yükdaşımalara yönəltməliyik: 

"Prezident ŞƏT sammitində çıxışı zamanı bildirdi ki, Azərbaycan Avrasiyanın nəqliyyat-logistika mərkəzlərindən biridir. Azərbaycan beynəlxalq nəqliyyat dəhlizlərini fəal şəkildə inkişaf etdirir. Şərq-Qərb və Şimal-Cənub dəhlizləri yeni iqtisadi və nəqliyyat perspektivləri yaradıb. Ölkə başçısı qeyd etdi ki, Azərbaycan Ələt Beynəlxalq Dəniz Limanının buraxılış qabiliyyətini ildə 15 milyon tondan 25 milyon tona çatdırmaq niyyətindədir. Orta Dəhliz Azərbaycan vasitəsilə Çin və Mərkəzi Asiyanı Avropa ilə birləşdirən etibarlı və təhlükəsiz marşrutdur. 2022-ci ildən bəri Orta Dəhliz üzrə Azərbaycan vasitəsilə yükdaşımaların həcmi təxminən 90 faiz artıb. Məsələyə məhz bu bucaqdan baxmalı, dövriyyədə payımızın dayanıqlı şəkildə artmasını təmin etməliyik. Bununla yanaşı, Çinin istehsal modelini öyrənməli, milli iqtisadiyyatımızda tətbiqi barədə düşünməliyik. Yenə deyirəm, sadəcə, mövcud ticarət dövriyyəsinə fokuslanmaq olmaz. Azərbaycan liderinin ŞƏT sammitində yüksək səviyyədə iştirakı da göstərir ki, ölkəmizin siyasəti daha genişmiqyaslıdır. Hesab edirəm ki, dayanıqlı iqtisadiyyatımızın formalaşması bu siyasət üzərində qurulmalıdır". 


F.İbrahimli əlavə edib ki, Azərbaycanın gündəmə gətirdiyi, icraçısı olduğu, dəstək verdiyi layihələrin daha effektli alternativi yoxdur:

 "Hindistan kimi ölkələr buna cəhd etsələr də, nəticə olmadı. Nəzərə alaq ki, qiymətəmələgəlmə prosesinə təsir göstərən əsas amil yükaşırmadır. Bunun əvəzedicisi yoxdur. Azərbaycan üzərindən Orta Dəhliz vasitəsilə Çin-Avropa arasında yükdaşıma müddəti 2 həftədir. Yəni bu, sınaqdan keçirilmiş məsələdir. Heç bir dəhliz bu göstəricini verə bilmir. Bizim üzərimizə düşən məsələ bunun texniki imkanlarının şaxələndirilməsidir. Yəni bacardığımız qədər daha çox yükü öz ərazimizə cəlb etməliyik. Bunu edə bilsək, iqtisadi artım dayanıqlı şəkildə qalacaq. Əgər Aktau şəhərindən Xəzər dənizi vasitəsilə konteynerlərin daşınmasında nöqsanlar olacaqsa, yaxud Avropaya çatdırılmasında yubanmalar yaşanacaqsa, bu, dəhliz üçün problem deməkdir. Bunlara diqqət yetirmək lazımdır. Bugün ən cazibədar və dayanıqlı istehlak bazarı olan, ödəmə qabiliyyətinə sahib məkan Avropadır. İstənilən ölkə bu məkanla ticarət dövriyyəsinə önəm verir. O cümlədən, dünya ticarətinin əmtəə bazası da Çin hesab olunur. Məhsulların Çindən Avropaya ən əlverişli hərəkəti məhz Azərbaycan üzərindəndir".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://sherg.az
archiveBu xəbər 04 Sentyabr 2025 11:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see223

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see212

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see210

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see206

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see199

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see198

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see192

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see192

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see191

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see185

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see184

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see184

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see181

Rövşən Muradov: Azərbaycanın enerji resursları geoiqtisadi kapitala çevrilir

03 Oktyabr 2026 17:49see180

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see180

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see179

Zelenski Trampdan mühüm addım gözləyir

03 Oktyabr 2026 20:16see178

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see177

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see171

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

04 Oktyabr 2026 04:04see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri