Çinli polkovnik: “Filippin əvvəlcə iğtişaşlar yaradır, sonra isə qanunsuz iddiaları irəli sürür” KONKRET
Konkret.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Çin Ordusu Cənubi Çin dənizində Spratli arxipelaqındakı Nanşa adaları yaxınlığında hava məkanını pozan üç Filippin təyyarəsini ərazidən uzaqlaşdırıb.
KONKRET.az xəbər verir ki, bu barədə Çinin Cənub Zonası Döyüş Komandanlığının nümayəndəsi polkovnik Tian Junli bildirib:
“Fevralın 20-də Filippinə məxsus iki “C-208” və bir “N-22” təyyarəsi Çinin Nanşa adaları yaxınlığındakı hava məkanına daxil olub. Fillipin təyyarələri xəbərdarlıqdan sonra ərazidən uzaqlaşıb və vəziyyətə tam nəzarət edilir”.
Onun sözlərinə görə, Filippin əvvəlcə iğtişaşlar yaradır, sonra isə qanunsuz iddialarını irəli sürməyə çalışır:
“Cənub Zonası Döyüş Komandanlığının hərbçiləri yüksək hazırlıq vəziyyətindədir və Cənubi Çin dənizində milli suverenliyi, təhlükəsizliyi, sülhü və sabitliyi qətiyyətlə qoruyur”, deyə polkovnik vurğulayıb.
Vəli Həsənoğlu,
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 21 Fevral 2025 11:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















