Icma.az
close
up
RU
Menu

İsrail İran müharibəsi necə bitəcək? İLGİNC SSENARİ KONKRET

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nümayəndə heyəti UNESCO nun “Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi haqqında 2005 ci il Konvensiyası”na Tərəf Dövlətlərin Konfransının 10 cu sessiyasında iştirak edir

KDÇ: “Çelsi”dən uğurlu start

“Astara”da Belarus vətəndaşlarının təxliyəsi həyata keçirilib

“Bu gecə olacaqlar əsrlər boyu unudulmayacaq” İran

Yadplanetlilərin işğalı: Kolumbiyada səmada sirli top tapıldı

Sumqayıtda maşın iki qadını vurdu, biri öldü

Sabah ın rəqibi Zaqreb Dinamo sunun futbolçusu ilə gücləndi RƏSMİ

MOSSAD ın zabit və komandirləri öldürüldü İran

Ürəyindən güllələnərək qətlə yetirilən Vüsalın FOTOSU

Mendeleyev cədvəlindəki bu element insanı təkrar gəncləşdirir SİRLƏR AÇILDI

Ərdoğan: Türkiyə İran İsrail müharibəsi ilə bağlı öhdəsinə düşən hər şeyi etməyə hazırdır

Niyə göbələkdən ZƏHƏRLƏNİRİK?

Avropa Komissiyasının sədri Trampla G7 sammitində görüşü barədə danışıb

Sərhədlərin bağlı saxlanılması: Bu uzaqgörən addımın milli təhlükəsizlik baxımından əhəmiyyəti indi daha aydın anlaşılır TƏHLİL

1 2 günə İran İsraillə anlaşacaq “Ölkə daxilində isə maraqlı proseslər...”

Alkoqol qadınlarda beynin immun müdafiəsini kişilərdən daha çox zədələyir

Alimlər qanadsız külək turbinini yaradıblar...

Hollivud ulduzlarını gözlərindən tanıyın Maraqlı TEST

Tramp İrana diplomatik siqnal göndərdi Təcili görüşlər gözlənilir KONKRET

Cinsi zorakılıq: Hüquqi və psixiloji yardım sahəsindəki boşluqlar

Cinsi zorakılıq: Hüquqi və psixiloji yardım sahəsindəki boşluqlar

Tribuna saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

 “Qadınam, mənə pis baxacaqlar, ona yox”

“Valideynlərinin vəfatından sonra subay bibim tək yaşayırdı. Qonşumuz olan qohum gecə saatlarında tək yaşayan bibimin yatdığı otağa daxil olub. Üzərinə gedərək  baş nahiyəsinə şillə vurub, boğazına bıçaq dirəyib. Şəxsinə təhqiredici  sözlər işlədərək seksual xarakterli hərəkətlər edib. Bibim güc gələrək ona qarşı mübarizə aparıb, əlindən çıxaraq həyətə qaçıb. Utandığından, yaşadığı dəhşətli hadisənin şokundan yaxınlıqda olan qardaşını, yəni 1-ci qrup əlil  atamı belə köməyə  çağıra bilməyib. Həyətdə gizli yerdə hadisənin təsirindən donub qalıb. Psixoloji cəhətdən sağlam və qürurlu qadın zorlama ləkəsindənsə intiharı seçdi”

Məmmədova Səbinə (şərti ad) 62 yaşında  cinsi zorakılıq qurbanıdır. Ötən ilin avqust ayında yaşanan faciə mətbuatda intihar adı ilə hallandı.   Qardaşı oğluna  hadisəsini nəql edən bibi yaşadığı seksual xarakterli zorakılıq faktının cəmiyyətdə formalaşdırdığı “ləkəli namus”  ictimai qınağını qaldıra bilməyəcəyini deyərək   sirkə içməklə özünəqəsd edib. O, dünyada cinsi zorakılığa məruz qalan milyonlarla qadınlardan biridir.

Cinsi  (seksual) zorakılıq gendər əsaslı  zorakılığın bir növü olaraq , şəxsin iradəsi əleyhinə hansısa formada cinsi əlaqəyə məcbur edilmə aktıdır. Dünyada zorakılığın bu növünün zərərçəkənləri daha çox qadınlardır. Cinsi hücüm statistikası göstərir ki, gender bərabərsizliyi səbəbindən  qadınlar və qızlar qeyri-mütənasib şəkildə təsirlənir, bəzi ölkələr 90%-dən çox qadın  zərərçəkənlərinin olduğunu bildirir. Ən yüksək göstərici  Danimarka ( 176 %) ,Fransa  (94%)  İspaniya ( 90.4 %), Avstarliya ( 78.8 %)  kimi inkiaf etmiş ölkələrə, ən az göstərici isə Şərqi Avropa və Mərkəzi Asiya  (19 %) regionuna aiddir.  Cənubi Koreyada isə cinsi zorlama faktına  görə həbs olunanların sayı 2013-2023-cü illər ərzində  20.000-23.000 civarında olub.  ABŞ-da hər il   463 mindən çox   zərərçəkənlərdən   82 faizini yetkinlik yaşına çatmayan,  90 faizini isə yetkin qadınlar təşkil edir.  1998-ci ilə qədər ABŞ-da 17,7 milyon qadın zorlama və zorlama cəhdinə  məruz qalıb.

Hətta cinsi  zorakılıq bütün demoqrafik qruplar üzrə fərdlərə təsir edən geniş qlobal problem olaraq qalır. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyada qadınların təxminən 35%-i intim partnyoru və ya partnyoru olmayan şəxs tərəfindən fiziki və ya cinsi zorakılığa məruz qalır. “UNİCEF”bildirir ki, dünyada təxminən hər səkkiz nəfərdən biri olan 370 milyondan çox qız və qadın 18 yaşına çatmamış zorlama  qurbanıdır.  Şifahi zorakılıq və ya onlayn qısnama kimi cinsi zorakılığın təmasda olmayan formaları daxil edildikdə, bu rəqəm 650 milyona  (təxminən hər beş nəfərdən  birinə) yüksəlir.

“Dəfələrlə bibibi qorxudub, təhdid edib”

Ailə üzvləri deyir ki, sonuncu hadisə daxil, qadın üç dəfə zorakı şəxs tərəfindən təhdid, gizlin izləmə , qorxutma kimi  hədələrə məruz qalıb. Zərərçəkən ailə üzvlərindən kömək istəsə də tərəflər həmin şəxsi el arasında tüfeyli həyat tərzi yaşayan birisi kimi tanıdığından  “zərərsiz” hesab ediblər.

“ Zorakı şəxs dəfələrlə bibimi qorxudub, təhdid edib,  ev ətrafında  müşahidə işləri aparıb, gizlin qapını döyüb. Bibim bildirdi ki, bu yaşda kənd camaatı ictimai qınaq edib, onu günahkar, səbəbkar çıxarar , qardaşları ondan üz çevirər deyə susub. Ancaq böyük bacısına bu barədə məlumat verib ki, təhdid olunur, izlənilir.  Onun qaynı  (böyük bibinin qaynı) barədə tədbir görülməsini istəyib. “Bunu söz etməyə qorxuram. Qadınam, mənə pis baxacaqlar, ona yox”,- deyib . Kömək edəcəklərinə dair söz versələr də sonradan  öhdəsindən gələ bilmədiklərini “qardaşların problemi   həll etsin” -deyərək bibimə kömək etməyiblər”

 Cənubi Qafqazda cinsi zorakılıq statistikası

Azərbaycana qonşu Gürcüstanda isə BMT Qadınlar Təşkilatının 2022-ci ildə apardığı milli tədqiqat nəticələrinə əsasən 15- 69 yaş arası qadınların 24.5 %-i cinsi zorlamaya  məruz qalıb. Onun da təxminən 23 faizi intim partnyor zorakılığı olub. Bunlardan yalnız 6.2 faizi sosial xidmətlərə müraciət edib.

Ermənistanda isə “Cinsi Zorakılıq Krizis  Mərkəzi”nin məlumatına əsasən son ildə 188 cinsi zorakılıq hadisəsi qeydə alınıb ki, bunun da 83 -ü yetkinlik yaşına çatmamış şəxslərlə bağlıdır.

Dünyada cinsi təcavüz faktının 70-90 faizi zərərçəkənlərin   tanıdığı şəxslər tərəfindən törədilir. Bunlar ailədaxili zorakılıq konteksində həyat yoldaşı, partnyoru , ailə üzvləri (ata, qardaş,dayı, əmi ) , eləcə də qonşular, tanışlar, dostlar və iş yoldaşları ola bilər. Həmçinin zorakı şəxslər  təşkilatlanmış cinayətkar qruplar (İnsan alveri və məcburi seks işçiliyi)  daxil,  çox az hallarda isə təsadüfi yaxud yad şəxslər olur. Cinsi zorakılıq hallarının böyük əksəriyyəti (90%)  gizli qalır və hüquq müahfizə orqanlarına bildirilmir.  Başlıca səbəb isə sosial qorxu ( intiqam, təkrar zorakılığa məruz qalma , damğalanma və utanma ( din və mentalitet), ailə və yaxın müansibətdə olan şəxs tərəfindən törədilmə , hüquq -mühafizə orqanlarına etimadsızlıq, zorakılığın qanunla tanınmaması və dəlil çatışmazlığı, maarifləndirmənin azlığıdır. Məhz buna görə inkişaf  etməkdə olan və geridə qalmış ölkələrdə  inkişaf etmiş ölkələrə nisbətən statistika göstəricisi azdır.

“Təhdid edib ki, kiməsə desə onu öldürəcək və şərləyəcək”

Elə  Səbinə Məmmədova (şərti ad)  cinayətində də  zamanında hüququ cəhətdən boş verilən  etinasız davranış gözlənilməyən cinsi təcavüz faktına səbəb olur. Qurban təcavüzdən bir gün sonra özündə “güc” taparaq bacısına hadisəni söyləyir.

“Avqustun 10-da bibim mənə, qardaşlarına etiraf etdi. Bakıdan gələndə gördük ki, bibim evdə, otaqda  uzanıb. O, dərin psixoloji sarsıntı içində idi. Təskinlik  verməyə çalışırdım ki, zorlama onun səhvi, günahı  deyil. İnanmazdıq ki,  yaxın qonşu və qohum   bu faciəni bibimə yaşadar.  O , özü də deyirdi ki, təhdidin zorlama səviyyəsinə çatacağını təsəvvür etməyib. İllərlə güvəndiyin insanın, tanıdığın qonşunun, qohumun  zorakılıq hədəfi olasan.  O, zorakılıq anında belə bibimi  təhdid edib ki, kiməsə desə onu öldürəcək və şərləyəcək”

Azrəbaycanda cinsi zorakılıqla bağlı cinayət işlərinin və həbslərin dəqiq illik statistikası  məhduddur. Bu isə şəffaflığa və effektivliyə təsir edir.  Dövlət Statistika Komitəsinin məlumatına görə 2021-ci ildə şəxsiyyətin cinsi toxunulmazlığı və cinsi azadlığı əleyhinə 231, 2022-ci ildə isə 213 cinayət hadisəsi qeydə alınıb. Sonuncu ildə 15 qadının cinsi zorakılığa məruz qalması ilə bağlı 14 cinayət  işi üzrə istintaq aparılaraq təqsirləndirilən şəxslər cinayət məsuliyyətinə cəlb olunub.  Prokrorluq  məlumatlarına görə isə ən yüksək müraciət sayı  10  il öncə 368 sayda qeydə alınıb. Onlardan  55 -i üzrə cinayət işi başladılıb. 2020-ci ildə isə 240  müraciətdən 38-nin , 2022-ci ildə isə 235 müraciətdən  35-nin cinayət işi başladılıb. Bu isə Şəxsiyyətin cinsi toxunulmazlığı və cinsi azadlığı əleyhinə cinayətlərin 14-15 faizinin cinayət işinin baxıldığını göstərir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin statistik göstəricində isə cinsi zorakılıqla bağlı  yalnız ötən il ərzində  10 müraciət olduğu bildirilir.  Bu il ərzində isə Yardımlı rayonunda azyaşlıya qarşı , yəni 8-ci sinif şagirdi olan qıza qarşı cinsi zorakılığa  və fahişəliyə cəlb etmə faktı ictimailəşdiyindən fakt kimi qeydə alınıb. Ümumilikdə isə Dövlət Statistika Komitəsinin Əsas Cinayət növləri üzrə qeydə alınmış cinayətlərin statistikasında zorlama və zorlamaya cəhd cəhd edilən cinayətlərin ümumi sayı son 30 ildə minə yaxın  ( 2023-cü ilə qədər 976 nəfər) olub. İllər üzrə ən yüksək göstərici 1996-cı ildə 70 nəfər, ən az göstərici 2013-cü ildə 13 nəfər olub. Son beş ilin göstəriciləri isə stabildir.

2019-cu il – 18 nəfər

2020- ci il- 18 nəfər

2021-ci il-  18 nəfər

2022-ci il -21 nəfər

2023-cü il- 16 nəfər

“Təmiz Dünya” İctimai Birliyinin  verdiyi statistik göstəricilərdə isə məhz son altı ildə sığınacağa müraciət etmiş 1455 məişət zorakılığı qurbanlarından  80 nəfər qadın cinsi zorakılığa məruz qalıb.   İllər üzrə ən az göstərici  2019-cu ildə 3 nəfər,  ən yüksək göstərici isə 2024-cü ildə 16 nəfər olaraq qeydə alınıb.

2019-cu il – 197 nəfərdən    3 nəfər

2020-ci il – 367 nəfərdən   13 nəfər

2021- ci il – 265 nəfərdən   14 nəfər

2022-ci il –  239 nəfərdən 14 nəfər

2023 -cü il –  201 nəfərdən  11 nəfər

2024 -cü il – 186 nəfərdən 16 nəfər

2025-ci il-  101 nəfərdən  9 nəfər  (indiki dövrə qədər)

Gender məsələləri üzrə ekspertlər hesab edir ki, Azərbaycanda bu göstəricilər reallığı yetəri qədər əks etdirmir, bunun səbəbi isə zərərçəkənin günahlandırılması, qanunvericilikdəki boşluqlar, hüquq-mühafizə orqanlarının bu hadisələrə laqeyd yanaşmasıdır.

“Tibbi ekspertiza tələb etdik, gəlib maraqlanan olmadı”

Qurbanın ailə üzvlərinə bildirilib ki, zorakılıq faktı ilə yanaşı, intihara cəhd faktı olduğundan prokrorluq orqanı cinayəti araşdırmalıdır. Onların çoxsaylı təkidinə rəğmən  hər an ölüm ayağında olan qurbanın tibbi ekspertizası, durumu ilə maraqlanmayan aidiyyəti qurumlar laqeyd rəftar edildiyi qeyd edilir. Xəstə yaxınlarının təkidi ilə dərhal Bakıya göndərilsə də ölümündən bir gün öncə ekspertiza baş tutur.

“Nicat adlı prokrorluq əməkdaşının bizimlə bivec davranışından anladıq ki, belə hadisələr onlar üçün  adi haldır. Qan qusan xəstənin  ölüm ayağında təkid etdim ki,  baxış keçirib, bədən nahiyələrindən yaralarını, vəziyyətini görsünlər.  Xəstə özünə gəlsin,  sonra baxarıq dedi.   Hətta hadisə yerinə belə  öz təkidimizlə  gətirib  şəkillərini çəkdirdik.  Tibbi ekspertiza tələb etdik, rayon xəstəxanasında  olduğu müddətdə gəlib maraqlanan olmadı.  Dərhal Respublika Toksikologiya Mərkəzinə yerləşdirdik. Tibbi ekspertiza tələbimiz isə  gec,  avqust  ayının 13-də gəldi.  Çünki  təcavüz, zədə yerləri, intihardan sonrakı vəziyyət qeydə alınmalı idi. Qara ləkələr solmuşdu, müəyyən təcavüz, fiziki güc izləri itib batırdı.  Çox laqeyd münasibət sərgilədilər. Hətta o anda belə nitqini itirən bibimin yazılı şəkildə ifadə verəcəyini desək də gecikdilər. Yalnız vəfat etməzdən  bir gün qabaq Nəsimi Rayon Prokurorluğundan iki nəfər əməkdaş gələrək video çəkilişlə bibimdən müsahibə götürdülər. Xəstə ağır vəziyyətdə, səs telləri yandığından xırıldaya – xırıldaya suallara “hə” deyərək cavab verirdi.  Əli ilə boğazına dirənilən bıçağı, hətta təcavüz nahiyəsini  göstərirdi. Ayın 17-də,  günorta saatlarında vəfat etdi. Meyidini morqa apardıq,yardılar, ekspertiza etdilər. Gecə gətirib səhər kənddə  dəfn etdik”

 “ İstanbul” Konvensiyası  və Niderland modeli

2014-cü ildən qüvvəyə minən “ İstanbul”  Konvensiyası qadınlara qeyri-mütənasib təsir göstərən, məişət zorakılığı da daxil olmaqla qadınlara qarşı zorakılığın bütün formalarının qarşısı alınması, qurbanların müdafiəsi və təqsirkarların cəzalandırılması üçün hazırlanmış beynəlxalq hüquqi sənəddir. Konvensiyada zorakılıq qurbanları üçün dövlət tərəfindən  hüquqi-psixi, tibbi-sosial xidmətlər, eləcə də maddi yardım, mənzil, təhsil, təlim və məşğulluq yardımı məcburidir. Zərərçəkən və uşaqlar üçün əlçatan və təhlükəsiz sığınacaqların olması da şərtdir. Konvensiyasının  cinsi zorakılıq qurbanlarına dəstək üçün nəzərdə tutulan 25-ci maddəsində qeyd edilir ki, tərəflər zərərçəkənlər üçün tibbi və məhkəmə tibbi müayinələri, travma dəstəyi və məsləhət xidmətləri göstərmək üçün müvafiq, adekvat və asanlıqla əldə edilən təcavüzlə əlaqəli böhran mərkəzlərinin və ya cinsi zorakılıq mərkəzlərinin yaradılması üçün zəruri qanunvericilik və ya digər tədbirlər görməlidir. 36-cı maddəsində şəxsin iradəsi əleyhinə törədilən cinsi, qeyri təbii və cinsi xarakterli hərəkətlərin cəzalandırılması üçün zəruri qanunvericiliyin icrası istiqamətində təbirlərin icrası tələb edilir.

İstanbul Konvensiyasını imzalayan və ratifikasiya edən Niderland nümunəvi modellərdən biridir ki, konvensiyanın tələblərini milli qanunvericiliyə uyğunlaşdırıb. Cinsi zorakılıq, ailədaxili zorakılıq , təqib, məcburi nikah və qadın sünnəti cinayət kimi tanınır və cəzalandırılır. Qorunma və dəstək üçün qadın sığınacaqlar, daimi fəaliyyətdə olan  psixoloji , hüquqi və sosial yardım xidməti , eləcə də hüquq mühafizə, polis, sosial, səhiyyə işçiləri koordinasiyalı şəkildə birgə fəaliyyət göstərir. Zorakılığın qarşısının alınması üçün əhatəli maarifləndirmə kampaniyaları keçirir, gender əsaslı zorakılığa qarşı kampaniyalara kişiləri cəlb edir. Zorakılığa qarşı data toplama və hesabatlılıqda müstəqil nəzarət var. 2012-ci ildən  Konvensiyanın tətbiqindən sonra Niderlanda zorakılıqla bağlı polisə və sosial xidmətlərə müraciət sayı artıb. Əhalinin 80 faizi məişət zorakılığının ciddi sosial problem olduğunu qəbul edir.  Bu say qadınların yardım almaq cəsarəti və maariflənməsi  ilə bağlıdır. Ötən ildən etibarən Niderland razılıq əsaslı təcavüz qanunu qəbul etdi ki, bununla da razılıq olmadan baş verən cinsi əlaqəni cinayət kimi qiymətləndirir.

  Azərbaycanda qanunvericilik və Cinayət Məcəlləsi  

Avropa İttifaqı və 46 ölkə “İstanbul Konvensiyası”nı imzalayıb, 38 ölkə təsdiq etsə də Azərbaycan bu sənədi imzalamayıb. 2010-cu ildən Azərabaycanda “Məişət Zorakılığının qarşısının alınması”  haqqında qanun,  2020-ci ildə məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər üçün “Milli Fəaliyyət Planı” qəbul edilib. Ailə, Uşaq, Qadın məsələləri üzrə Komitədən bildirildi ki, hazırda rəy və təkfliflər nəzərə alınmaqla 2-ci Milli Fəaliyyət proqramı hazırlanır. Ötən proqramda  isə 7 istiqamət üzrə 6 qanuna və 5 fərmana dəyişiklik edilib. 2024-cü il tarixli 356 nömrəli  qərarı ilə “Məişət zorakılığından zərər çəkmiş şəxslərin  dövlət vəsaiti hesabına hüquqi yardımla  təmin edilməsi Qaydası”nın təsdiq olunsa da zərərçəkmişlər pulsuz hüquqi yardım məsələsində ciddi əziyyət çəkir.

Azərbaycan  Respublikası Cinayət Məcəlləsində 20-ci fəsil Şəxsiyyətin cinsi toxunulmazlığı və cinsi azadlığı əleyhinə olan cinayətlərə həsr edilib. Həmin fəsil üzrə 149-cü maddədən 153-cü maddəyə qədər  zorlama,   seksual xarakterli zorakılıq hərəkətləri və seksual xarakterli hərəkətlərə məcburetmə , on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə və əxlaqsız hərəkətlər üzrə cinayətlər nəzərədə tutulub. İstər zorlama , istərsə seksual xarakterli zorakılıq hərəkətlərində  dörd ildən səkkiz ilədək, ancaq eyni əməl təkrar törədildikdə  5 ildən 10 ilədək həbs cəzası  nəzərdə tutulur.

“Cinsi zorakılıq daha çox zərərçəkənin günalandırıldığı bir hadisədir”

Gender məsələləri üzrə ekspertlər isə bildirir ki,  qanun və məcəllələrdə mövcud dəyişikliklərə rəğmən ölkədə cinsi zorakılıq faktlarında yetərli qədər müdafiə mexanizmi yoxdur. Qurbanların zorakılıq travmasından sonra normal münasibətlər sisteminə bərpa olunmalarında problemlər yaşanır. Problemlər tibbi, sosial və hüquqi kompleks yardım tədbirlərinin həyata keçirilməsində və  işçilərin genderə həssas dildən istifadəsində yaşanır.  Zərərçəkənlər  çatışmazlıqlardan dolayı ikiqat qurban olur.

“ Zərərçəkənlərin  şikayət mexanizmləri, məhkəmə tibbi ekspertizası və  hüquqi hissəsi, yəni  qanunvericilik şərait yaratmalıdır ki, zərərçəkən özünü geniş mənada müdafiə edə bilsin. Çünki cinsi zorakılıqda əksərən şahid olmur. Belə olan halda tərəflərdən birinin şikayəti əgər sübuta söykənirsə qanunvericilik üzərindən  çox zaman keçəndən sonra bunu sübut etmək çox çətin olur. Birtərəfli şikayət əsasında da  Azərbaycan kimi ölkələrdə qanunvericilikdə həmin zərərçəkənlərin hüquqları müdafiə olunmur. Kompleks tədbirlər ona görə nəzərdə tutulmalıdır ki, hüquqi çərçivədə zərərçəkənlər bilməlidir ki, haqları qorunur və şikayət əsasında  zorakı şəxs adekvat cəza ilə cəzalandırılacaq. Cinsi zorakılıqla bağlı ixtisaslı psixoloqlar, psixiatrlar , eləcə də hüququ formada ifadə verərkən hüquq müdafiə orqanları, ginekoloqlar və məhkəmə tibbi ekspertiza əməkdaşları psixiloji olaraq ikinci dəfə travma almaması üçün qurbanlarla gendərə həssas dildən istifadə etməli, travma  diqqətə alınmalı, suallar buna uyğun şəkildə  verilməlidir. Türkiyədə polis bölmələrində cinsi zorakılıq qurbanları ilə işləyəcək mütəxəssislərlə  təminatlı bölmə var. İxtisaslı polis əməkdaşları ən az ziyan vuracaq formada bu prosesi icra edir.  Ancaq burda əksərən  zorakılıq qurbanları məhkəmə tibbi ekspertiza əməkdaşlarının, ginekoloqların davranışından  əziyyət çəkir, ləyaqəti alçaldacaq münasibətə məruz qalır. Hətta bu növbəti tramvaya səbəb olur. Çünki cinsi zorakılıq daha çox zərərçəkənin günalandırıldığı bir hadisədir” ,- gender eksperti  problemi izah edir.

Gender məsələləri üzrə ekspertlər bildirir ki, ölkə qanunvericiliyi  cinsi zorakılıqla bağlı ənənəvi qanunvericilik kateqoriyasına aiddir. Qanunvercilikdə Zorakılıq və xüsusi zorakılıq və zorakılıq həvəsi  fərqi var . Bu isə minimal qorunma təmin edir, zorakılığa müqavimət məsələsini əsas göstərir. Cinsi zorakılıq məsələsində belə bir tələb  ağır olduğundan onu sonra cinsi zorakılıq kateqoriyasına daxil etmirlər. Ölkə üzrə  cinsi zorakılıq statistikası yalnız şikayətlər əsasında hazırlandığından say göstəricisi bu zorakılıq növü üzrə şikayət edilmə praktikasının zəif olduğunu isbat edir.  Zorlama, cinsi zorakılıq hadisələri geniş qanunvericiliyə malik inkişaf etmiş ölkələrdə  qeydə alınır. Azərbaycanda isə məhdud qanunvercilikdən əlavə cəmiyyətdə mövcud stiqma qurbanları nəinki şikayətə , əksinə susmağa  məcbur edir. Çıxış yollarına gəldikdə isə qurbanların güclü hüquqi müdafiə mexanizmi yaradılmalı sonra maarifləndirmə tədbirləri həyata keçirilməlidir.

Ekspertlər   cinsi zorakılıqdan əziyyət çəkən zərərçəkənlərə xüsusi yanaşma sərgilənməsində, daha geniş qorunma qanunlarının tətbiqində  “İstanbul” Konvensiyanın qəbulunu əhəmiyyətli  hesab edir. Niderland kimi uğurlu model bu mənada bir nümunədir.

“Bu nümunələr cinsi zorakılığın qadın tərəfindən bəyan edilməsindən sonra araşdırılmağa başladılmasını nəzərdə tutan praktikadır. Həmin qanunvericilik nümunələri belə bir yanaşma nəzərdə tutur ki, əgər zərərçəkən bununla bağlı şikayət edirsə o nəyisə sübut etməli deyil, sübut yükü qarşı tərəfin üstünə düşür. Ən azından bunu araşdırmağa başlayırlar. Bizdəki kimi, cinsi zorakılıq sadəcə zor tətbiq edərək və  zor tətbiq etmə hədəsi altında olan bir akt kimi nəzərdə tutulmur. Çünki zor tətbiq etmə daha çox fiziki mənada başa düşülür. Əgər belə bir zorakılıq yoxdursa bunu zorlama , cinsi zorakılıq hesab etmir Azərbaycan qanunvericiliyi. Hansı ki, çox yanlışdır.  İnsan manipulyasiya ilə aldadılaraq   cinsi zorakılığa məruz qala, cinsə akta məcbur edilə bilinər. Bu mənada dünyada uğurlu nümunələrin tətbiqi  Azərbaycanda adekvat bir qanunvericilik yaradar”

  “Həyat travmadan sonra bir növ davam etmir”

Psixiatr Elmir Təhməzov  isə deyir ki, cinsi  təcavüz ağır  travmalara  səbəb olur.  Cinsi travma insanın eqo gücünün baş verə bilmədiyi bir vəziyyətlə qarşılaşması,  qorxu, çarəsizlik, dəhşətə qapılmasıdır.   Travma zamanı zorlanan şəxsin mənliyi, eqosu təhdid altına düşür, şəxsin  bütünlüyünə birbaşa yönəlmə olur.

“Cinsi zorakılığın şəxsə  travmatik təsiri  spesifikdir. Zorakı şəxs bir qadını dalanda qısnayır və təcavüz etmək istəyir, ancaq edə bilmir. Qadının bu hadisədən mütləq psixioloji travmamı alacaq, ya alınan travmanın miqdarı necə olacaq və həyatında hansı dövrdə başlayacaq onu dəqiq bilmərik. Bu şəxsin stresslə, travma ilə başlanan günü,  həm də onun resursları ilə əlaqəlidir, özünəspesfikdir. Mütləq  travma olacaq deyə qavrama yoxdur. Əgər travma hissəsinə keçibsə, yəni bunu artıq alıbsa bu insan inkişafının dayanmasıdır, geriləməkdir. Həyat travmadan sonra bir növ davam etmir. Yuxusu pozulur, iştahı pozulur, təkrar-təkrar  bu hadisəni yaşayır, göz önünə gəlir və intihardan tutmuş depressiyaya qədər, həyəcan, təşviş,  panik pozuntusuna  qədər, günlük  yaşamda  övkəyə, qəzəbə, işdəki başarsızlıqlara, diqqət konsentrasiya pozuntusuna qədər apara bilər. Yəni bütün bunların  hara aparacağını öncədən tam  bilmərik. Hətta bu spirtli içkiyə, zərərli vərdiş asılılığına qədər gətirib çıxara bilər. Şəxsin içərisində yüksək təşviş olur, daim hadisəni təkrar yaşayacaq qorxusu yaşayır, yəni o an olmuş hadisəni indi baş verirmiş kimi yaşayır. Bu qorxunu yemək üçün spirtli içkilərə, narkotik vasitələrə aludəçiliyi arta bilər. Yeniyetmələr və yaşdan asılı olmayaraq  subaylar, yəni cinsi həyatı və övladı olmayanlar  bu tip yaşanılan hadisələr fonunda daha çox risk altındadırlar”, -deyə psixiatr cinsi travmanın təsirini şərh edir. “Tramvaya məruz qalmış qadınlara qarşı ünsiyyət dili həssas olmalıdır”

Ekspert bildirir ki, zorakılıq qurbanlarına qarşı patriarxal cəmiyyətlərdə günahlandırıcı yüklənmələr müşahidə olunur. Cinsi travma, yəni zorlanmış şəxsin psixoloji durumu zorakışəxsdən  çox  hadisə şahidlərinin ona göstərdiyi münasibətdən təsirlənir.

“Zorakılıq yaşamış şəxslərlə  işləyəndə onun zərrəçəkən olduğunu bilməliyik. Yəni çox vaxt stiqmalardan dolayı hadisə şahidləri  güclünün tərəfində durur. Donub qalmaq tramvaya səbəb olacaq ilk reaksiyalardan biridir. Zorlanan zaman zərrərçəkən  bəzən donub qala, heç nə edə bilmir, bəzən savaş verir,  hücum edir, vurur, bəzən də xəsarət yetirmədən qaçır, xilas olmaq istəyir. Ancaq donub qalma  zorakılıq vaxtı ən qorxulu vəziyyətdir. Zorakı şəxs elə bilir ki, qurban razılıq verir. Həkim, psixoterapevt, psixiatr, qonşu, ailə üzvləri, məhkəmədə şahidlik edən şəxs, hüquq mühafizə orqanlarının əməkdaşları  prosesdə  şahiddir. Ona görə də şahidlər zərərçəkənin yaxşılaşmasında zorakışəxsdən daha böyük oynayır.  Ona  da layiqli cəza verilməlidir. Çünki zorakışəxs qadının dünyasında fərqli şəkillənmiş ola bilər. Eyni zorakışəxs bir neçə qadına cinsi zorakılıq  etsə də  onların dünyagörüşündə necə təsir buraxırsa elə də cəzalandırılmalıdır. Yəni onun dünyasında zorakışəxs necədirsə elə də cəzalanmasını istəyir. Mütləqdir ki, ədaləti bərpa etmək üçün layiqli cəza mexanizmi olmalıdır. Hüquq mühafizə orqanlarının əməkdaşlarının, həkimlərin tramvaya məruz qalmış qadınlara qarşı ünsiyyət dili həssas olmalıdır.  Onlar xüsusi həssas qrupdur və bunlarla ünsiyyətdə gendərə həssas dildən istifadə olunmalıdır. Əks halda daha ciddi nəticələrə  səbəb ola bilər”

 “Öz resursları ilə yaxşılaşa  bilməyən qurbanlara profesional müdaxilə olunacaq”

Psixiatr  cinsi travma şəxsin sahib olduğu resursları hesabına sağaldıldığını qeyd edir.

“İlkin psixoloji yardımda biz o insanın orda uyğunlaşdığı, aldığı vəziyyətə uyğun davranaraq durumunu sərgiləyirik. Qurban  qaranlıq otaqda oturubsa, elə sakitcə qaranlıqda yanında əyləşəcəyik. Bu çox önəmli nüansdır.  Həmən işığı yandırmaq istəyirik. Xeyr,  yanında əyləşib  qaranlığa şahidlik edəcəksən.  Bir digəri travmadan sonra rəsm çəkməyə başlayıb. O rəsm çəkərək də aldığı travmadan başa çıxa bilər. Həmən təşvişə qapılmamaq lazım, onu araşdıracaq (sorğu-sual) moda girilməyəcək. Şəxsi  vəziyyətdən çıxarmaq üçün resursu  müəyyən ediləcək. Biz o vaxt müdaxilə edirik ki, zərrəçəkənlərin həyat tərzi tamamilə pozulur. Yata, yeyə, çalışa, sevə, gəzə bilmir, ev işlərini görə bilmir. Təşvişə düşüb mən bunu həll edərəm moduna girməyə ehtiyac yoxdur. Bir az müşahidə etmək, travma sonrası stres pozğunluğu diaqnozunu  qoymaq üçün həmin zorakılıq hadisəsindən otuz gün keçməlidir. Otuz gün ərzində bu kəskin  stress reaksiyası  adlanır. Kəskin stress reaksiyası  özlüyündə normaldır. Öz resursları ilə yaxşılaşa  bilməyən qurbanlara profesional müdaxilə olunacaq. Mentalitet düşüncəli cəmiyyətlərdə o tip zərərçəkənlərə çox çətindir. Bu mənada elə insanlara dost, ailə dəstəyi mütləqdir. Zərərçəkənin  yardım arayışında olması da önəmlidir. Bir psixiatr arayışı olmalıdır, ancaq intiharı belə psixiatr kəsdirə bilmir. Mənim yanımda özünə heç nə  etməyəcəyini deyə bilər, ancaq bir neçə gündən sonra intihar edə bilər. Biz yüzdə yüz qurbanla bu barədə  danışırıq, soruşuruq. Qurtarmaq istəyən qurbanı xilas edirik. İntiharı çıxış yolu kimi görən qurbanlar kömək qəbul etmədikdə xilas mümkün olmur”

Zərərçəkənlərlə  ilə iş təcrübəsinə malik psixiatr deyir ki, onlar ən çətin qrup olduğundan yardım zamanı psixioterapevtlər xüsusi ilə seçilməlidir.  Ölkədə isə psixiatr kadr çatışmazlığı var. Bu isə çatımlılıq və normal xidmət almaq  problemini yaşadır.

“Bir dövrə qədər  təcrübə yığanlar ancaq travmalı xəstələrlə işləyə bilər. Əvvəlcə kiçik fobiyanı, ardınca obsessiyanı saxaltmalısan. Sonra travma səviyyəsində işləməyə təcrübəli mütəxəssis ola bilərsən. Ona görə bu sahədə travma ilə işləyəcək yüksək ixtissalı kadrlar azdır. Ölkəmizdə dəfələrlə azdır. Azərbaycanda  372 psixiatr var. 28 min adama bir psixiatr düşür. Bizim nə qədər resursumuz var ki, bütün ölkəni belə kadrlarla təmin edək. Biz bu gün Səhiyyə Nazirliyi və TƏBİB tabeli tibb müəssələrinə psixiatr tapa bilmirik. Dövlətin özünün nə qədər psixiatr çatışmazlığı var. Özəl tibb müəssisələrində də bu mütəxəssislər üzrə çatışmazlıq var.  Üstəlik peşəkar psixioterapevtin sayı ondan da azdır. Çünki hər psixiatr psixoterapevt deyil. Klinik psixoloqlar qanunvericiliyə uyğun olaraq psixioterapiya edə bilər, onların da sayı məhduddur. Bizim elə tibbi resursumuz yoxdur ki, hər region və kəndlərdən belə halla rastlanmış zərərçəkənlərin o kadrlara əl çatımlığı olsun. Hər rayonda bir psixiatr var.  60-70 min, hətta yüz minə bir psixiatr düşür regionlarda”

“Travma ginekolji orqanların yırtlıması kimi xarakterizə olunur”

Ginekoloq  Rəşad Sultan isə bildirir ki, təcavüz qadının  iradəsinə əleyhinə gözlənilmədən baş verən cinsi əlaqə aktı olduğundan  qadın cinsiyyət orqanlarında və ətraf nahiyələrdə travmalar  baş verir . Bu mənada  ginekoloqlar tibbi müayinə zamanı diqqətli olmalıdır.

“ Təcavüz aktı, zorlama hadisəsi zamanı  bədənin digər nahiyələrində travma olduğu kimi, bu akt zorla həyata keçirildiyi üçün qadın cinsiyyət orqanlarında, onun  ətraflarında və digər nahiyələrdə irili, xırdalı, yüngüllü, ağrılı travma ola bilər. Bu ciddi problem olduğundan  zorakılığa məruz qalmış qadın  ilk növbədə məhkəmə tibbi ekspertizası baxımından müayinə olunmalıdır.  Travma adi cinsi aktda yaranmır və bu ciddi fərqdir. Travma yırtılmadır ki, uşaqlıq yolunun yırtılması, qanaxma, anal əlaqə baş verərsə anus dəliyinin, düz bağırsağının yırtılması kimi travmalar daxildir. Ümumilikdə ginekoloji orqanların yırtılması kimi xarakterizə olunur”

Ginekoloq  deyir ki, zorlamalar nəticəsində cinsi yolla keçən xəstəliklər və arzuolunmaz hamiləlik  ciddi problem yarada bilər.

“Cinsi yolla keçən xəstəliklər  geniş spektrlidir. Ən çox yayılmışı qaneriya, trixomonas, xlamidia, siflis, qan infeksiyaları, hepatitlər, HİİVdir. Yəni bunlardan sonuncusu ölümcüldür. Əslində cinsi yolla keçən infeksiyalar insanın həyatı bahasına başa gəlir. Təcavüz  qadın üçün  gözlənilməz olduğu  və qorunmasız olduğuna görə bu infeksiya və travmalar baş verə bilir. Cinsi yolla keçən xəstəliklər  də yerli problem yaradan, iltihab yaradan xəstəliklərə və  qazanılmış immunitet çatışmazlığı sindromu törədən insan immunitet defisit virusu (HİV) yoluxmasına, hətta hepatit, siflis yoluxmasına qədər bu cür təhlükəli infeksiyalara keçə bilir. Bir məsələ də  arzuolunmaz hamiləlikdir. Ona görə də sadəcə müayinə deyil, eyni zamanda əlaqədən, yəni zorakılıqdan  sonra qorunma üsulları mütləq ki, tətbiq edilməlidir  zərərçəkənlərə. Təcili kontrasepsiya  dediyimiz məsələ tətbiq edilməlidir. Bunlar işin zorakılıqdan  dərhal sonra  ginekoloji həlli vacib məsələlərdir. Cinsi zorakılıqdan sonrası hamiləliklər, doğrusu erkən yaşlarda hamilə qalmış qızların hamiləliklərinin gedişatı bir başqa ciddi problemdir. Belə ki, 20 yaş altı hamiləliklər tibb dünyasında riskli hamiləliklər adlanır. Konkret vaxtından əvvəl doğuş riskli sayılır. Vaxtından qabaq doğuş yeni doğulmuş körpə  ölümlərinin və əngəlli uşaqları üçün əsas səbəb sayılır. Hətta bütün dünyada bir nömrəli səbəb kimi götürülür. Yəni zorlamalar nəticəsində də  riskli hamiləlik və vaxtından qabaq doğuş ehtimalı artırmaqla yeni doğulmuş ölümlərin, əngəlli uşaqların sayını artırır. Ona görə erkən hamiləliklər tibbi ginekoloji baxımından problem təşkil edir. Bu yaş altdan olan qızların zorakılığa məruz qalması bir də bu təhlükəni yaradır”,-deyə ginekoloq Rəşad Sultan cinsi zorakılığın yarana biləcək  ginekoloji  problemlərinə aydınlıq gətirir.

 “Qorxdum, utandım, gizlətdim, hədələndim”

Ailə , Qadın, Uşaq Probemləri üzrə Dövlət  Komitəsindən bildirilir ki, ölkədə məişət zorakılığından zərərçəkmiş şəxslər üçün səkkiz qeyri dövlət yardım mərkəzi rəsmi qeydiyyatdan keçsə də  onlardan altısı sığınacaq xidməti göstərir. 2017-ci ildə Sosial Xidmətlər Agentliyinin yaratdığı sığınacaqda dörd il sonra “ Məişət zorakılığından zərər çəkənlər üçün sosial reabilitasiya şöbəsi” açılıb. Ancaq komitənin bu sığınacaqlara dəstəyi yox,  vasitəçiliyi var. Dövlətdən dəstək almayan  sığınacaqların geniş fəaliyyətinə rast gəlinmir.

Mövcud sığınacaqlar içərisində  seçilən könüllü  ianə dəstəyi ilə fəaliyyət göstərən  “Təmiz Dünya” İctimai Birliyinin rəhbəri  Mehriban Zeynalova  deyir ki, ümumi tutumu 50 olan sığınacağa il ərzində 200-dən çox müraciət daxil olur. Adətən fiziki  zorakılıq qurbanlarından bəzilərinin   həm də  cinsi zorakılıq qurbanı olması aşkarlanır.

“Bütün zorakılıqların təməlində psixoloji zorakılıq olur, ardınca keçir digərlərinə. Bəzən qadın o cinsi zorakılığa məruz qalmasının  fərqində olmur. Və bizə müraciət edən qadınlarda  səksən faiz eyni proseslər baş verir.  Ya erkən nikah problemi ilə üzləşib, ya könüllü ailə həyatı qurub ancaq sonradan münasibət zorakı hal alıb. Ya təhsilsizdir, zorakılıq qurbanı olub. Əsasən evlilik həyatında baş verir, yəni əsas ailə üzvləri, xüsusilə həyat yoldaşları tərəfindən cinsi zorakılığa məruz qalırlar. Ali təhsilli qadınımız var idi ki, illərlə zorakılığa məruz qalıb. O etiraf edirdi ki, təhsilli olsa belə buna etiraf etməyə özündə güc tapmayıb.  Bizə müraciət edən son üç qadın ərləri tərəfindən qeyri təbii yolla cinsi zorakılığa məruz qalıb. Ancaq atası, xalası oğlu, dayısı digər yaxını tərəfindən cinsiz zorakılığa məruz qalan yeniyetmələr də olur.  Eləsi olur ki, əqli, fiziki xəstəliyi səbəbindən  bütün kənd o qızdan sui -istifadə edib zorakılığa məruz qoyub.  Beləcə hansısa yaş dövründə  qadınlar zorlanıb və vaxtında müraciət etmədiklərindən onlarla bağlı heç bir hüququ tədbirlərə əl  atmaq  olmur. Əgər hansısa sübutlar qalmış olarsa onu qaldırmaq olar. Lakin əksər vaxtlar qadınlar cinsi zorakılıqla bağlı səslərini çıxarmır və bildirirlər ki, qorxdum, utandım, gizlətdim, hədələndim. Mentalitet və ictimai qınaq qorxusu var. Təəssüfki bu travmalar sonrakı həyatlarında da davam edir”

“Susmaq həmişə zorakılığın başqa formada baş verməsinin əsas səbəblərindəndir”

Mehriban Zeynalova qeyd edir ki, 18 yaşa qədər uşaq və yeniyetmə qurbanlar Sosial Xidmətlər Agentliyindən, digərləri  polis , səhiyyə , səfirliklər və  sosial şəbəkə vasitəsilə sığınacağa yönləndirilir.  Sığınacaq könüllü ianə əsasında fəaliyyət göstərdiyindən iki psixiloq və iki hüquqşünası var. Qurbanlarla bağlı yerləşdirmə, fərdi plan tərtibi əsasında tibbi, psixi yardımlar həyata keçirilsə də mütəxəssis qadınların özünü müdafiə məqsədilə maariflənməsini əsas görür. Dövlət dəstəyi və ixtisaslı kadr təminatlı sığınacaqların , yardım mərkəzlərinin aktif fəaliyyətini , yaradılmasını önəmli hesab edir.

“Türkiyədə çox sığınacaq var və əksəriyyətini bələdiyyə maliyyələşdirir. Bizdə bu imkan yoxdur. Biz komanda şəklində sıx çalışsaq da əlbəttə  daha çox sığınacaq, yardım mərkəzi və dəstəyə ehtiyac var. Psixoloqlar çox olmalıdır ki,  zorakılıq qəhrəmanı ilə dəfələrlə ünsiyyətdə olub vəziyyətdən çıxara bilsin. Cinsi  və iqtisadi zorakılıqda bu daha çox müşahidə olunur ki, qurbanlar çox sarsılmış, alçalmış bir ruhda olurlar. Bəzən cütlüyün hər ikisi ilə psixoloq çalışmalı olur. Onların sağalıb cəmiyyətə inteqrasiya etməsi zaman alır. Yəni bunlar hamısı sağlam bir şəkildə həyata keçirilməlidir. Təlimlərin mütəmadi olaraq müxtəlif bölgələrdə keçirilməsi, mövcud sığınacaqlar barədə onlara məlumatların verilməsi, müxtəlif zorakılıq növlərinə dair qısametrajlı (Türkiyə, Rusiyada)  məlumatlandırıcı video roliklərin çəkilişi lazımdır.  Təlimlər zamanı bir çox zərərçəkənlər üzə çıxır. 2020-ci ildə atası tərəfindən zorakılığa məruz qalmış qızı, əri təfindən zorakılığa məruz qalmış qadını bu üsulla aşkarladıq. Çünki qorxutmaq var, zorakılıq var, məcburiyyət və susmaq var. Onlar ilk növbədə məlumatlanmalıdır . Ailədədaxili zorakılıqla bağlı  sığınacaqların qaynar xətlərinin verilməsi şərtdir. Maarifləndirmə bütün ölkəni əhatə etməlidir. Zorakılığa məruz qalmış qadınlar çıxış yolu tapmayanda intihar və intihara cəhd edir. Buna görə  çətinliklər çəkirik  qurban qadınlarla inteqrasiya məsələsində. Bəzən bir  psixoloq zorakılıq qurbanı ilə daha çox işləməli olur.  Reabilitasiya planını  hazır edərkən onların   intellektual səviyyəsini, emosional,psixoloji  durumunu araşdırıb hazırlayırıq. Çox vaxt bacarıq yox, təcrübə yox və uşaqlar varsa gələcəyi necə olacaq? Həlli istiqamətində istərdik ki, onların  öz  hüquqları ilə bağlı çoxlu təlimlər keçirilsin. Orta məktəblərdən  etibarən zorakılığa  qadınların özlərinin icazə verdiyini anlatmaq lazımdır. Yəni şəxsə qarşı zorakılıq başladığı anda dayandırmırsa deməli razılıq verir. Biz onlardan bunun müddətini, mərhələlərini soruşub müəyyən edirik. Mental dəyərlərə görə utanc hiss edirlər, ancaq susmaq həmişə zorakılığın başqa formada baş verməsinin əsas səbəblərindəndir”

“Qurbanlar üçün nə mükəmməl qanun yoxdur, nə də olan qanunda yazılan müddəalar işlək deyil”

Hüquqşünas Zibeydə Sadıqova deyir ki, Azərbaycanda məişət zorakılığı ilə mübarizədə mükəmməl qanunvericilik formalaşmayıb. Zaman-zaman mövcud qanunda olan bəzi məsələlərə yenidən baxış nə mükəmməl qanun hazırlanmasına, nə də mövcud olan qanundakı boşluqlar doldurulmasına xidmət edib.

“Mövcud qanun pulsuz tibbi, hüquqi, sosial və s. yardımlarla bağlı bənd qoysa da, bu bəndlərin işlək mexanizmi nəzərdə tutulmayıb. Məsələn, tibbi yardım sığorta sisteminə keçib və ya əvvəl də dövlət müəssisəsləri pulsuz idi, ona görə də deyirlər ki, tibbi yardımla təmin edilir. Halbuki, məişət zorakılığı zərərçəkənləri üçün xüsusi mərkəzlər olmalıdır və həmin mərkəzlərə müraciət edən qadınlar, əllərində kağız xəstəxana gəzməkdənsə, həmin müəssisələrdə tam və keyfiyyətli tibbi yardımla təmin edilməlidirlər. Məsələn, ginekoloji müayinə, psixiatrik müayinə, nevroloji müayinədən rahatlıqla keçməlidirlər. Məişət zorakılığı  zərərçəkənləri üçün pulsuz hüquqi yardım nəzərdə tutulub. Bu yardımı qurbanlar necə alır? Və yaxud ala bilirmi? Prosedur çox çətinləşdirilib. Müxtəlif sənədlər tələb edilir. Halbuki, sözü gedən mərkəzlər yaradılmalı və qadınlar əllərində qanun və ya sənəd vəkil axtarmamalıdırlar. Zərərçəkənlərin  psixoloji və psixiatrik durumu onsuz da, çökmüş və zədələnmiş olduğu üçün onların şəhərin müxtəlif yerlərində tibbi müayinə keçmək və ya vəkil axtarmaq kimi imkanı olmur. Məhz bu səbəbdən deyirəm ki, zərəçəkənlər üçün nə mükəmməl qanun yoxdur, nə də olan qanunda yazılan müddəalar işlək deyil”

Onun sözlərinə görə cəmiyyətdə qadınlara qarşı olan münasibət, hüquq mühafiz orqanlarının qeyri-ciddi yanaşması, mükəmməl qanunvericiliyin olmaması zərəçəkənlərin  müraciət etməsinə mane olur. Nəticədə bu tip cinayətlər ört-basdır edilir.  Ona görə də hüquqşünas Şəxsiyyətin cinsi toxunulmazlığı və cinsi azadlığı əleyhinə olan cinayətlərdə ayrıca ödənişsiz hüquqi yardım məsələsini tənzimləyən qanun qəbul edilməsini vacib hesab edir.

“Müraciət edən şəxslər həm yetkin, həm uşaq olmaqla yanaşı, bu cinayətlə ilk dəfə üzləşən də, dəfələrlə üzləşən də olub. Zorakışəxslər də  zərərçəkənlərin tanıdığı şəxslər olub. (atası, xalası oğlu, ailənin yaxın adamı və s.)  Bu tip cinayətdən zərərçəkənlər dərhal vəkillə təmin edilməli, onların hüquqları və mənafeyi dövlət qurumlarında qurbanın iradəsindən asılı olmayaraq müdafiə edilməlidir. Zərərçəkənlərin  şikayətindən asılı olmayaraq cinayət araşdırılmalı və təqsirləndirilən şəxs məsuliyyətə cəlb edilməlidir. Zorlama cinayətində zərərçəkənlərin cinayət baş verərkən psixoloji durumu nəzərə alınmalı, yetkinlik yaşına çatmayan şəxslərin razılığı olsa belə cinsi münasibət cinsi istismar sayılmalıdır. Hesab edirəm ki, Cinayət Məcəlləsinə düzəliş edilsə yaxşıdır. Hətta 14 yaşdan aşağı uşağın cinsi əlaqədə olması razılığının olub olmamasından asılı olmayaraq cinsi istismar və ya zorlama hesab edilsin”

“Layiqli həbs müddəti kəsilməyincə istintaq gedişatında ədalətə əmin deyilik”

Zərərçəkənin ailə üzvləri də deyir ki, bir ay süründürməçilik və laqeyd yanaşma sonucda zorakı şəxs cinayət məsuliyyətinə cəlb olunub. Ancaq aidiyyəti qurumların və qarşı tərəfin başqa üsullarla həllə çalışmaq cəhdləri insan faciəsi fonunda hüquqi  məsuliyyətsizlikdən irəli gəlirdi. Kənd camaatının yekdil tələbi və israrı da işin sonrakı gedişatına təsir edib. Cinayət Məcəlləsinin 150-ci (seksual xarakterli zorakılıq hərkətləri)  və 125-ci  (özünü öldürmə həddinə çatdırma) maddələri əsasında yetərli sübutlarla  başladılan istintaq müddəti hələ də davam edir. Qarşı tərəf zorakı şəxsin layiqli cəza almasını tələb edir.

“ Üç övlad atası zorakı şəxs qardaşlarının himayəsi ilə dolanır. Onlar onu qorumaqla həbs edilməsini istəmirdilər. Tələbimizə rəğmən  ayın 11-dən 14-nə qədər onun axtarışları aparılmadı.Prokurorluqdan deyilirdi ki, vəkili ilə gələcək.  Kənd camaatının tələbindən sonra  zorakı şəxsi ayın 14-də bir saat dindirib buraxdılar. O adam israrla boynuna almayıb və müstəntiq bizə deyirdi ki, “ elə şeyi etiraf edərlər?”. Təcavüzkarın  bacısı, Ülviyyə adlı dindar qadın isə utanmadan bizə xəbər göndərir ki, “qardaşım etiraf edib,  arvadını  boşayıb  qadını alacağıq” . Bu qədər rahatlıqla  həbs olunmaması üçün  iyrənc təklif edirdilər . Bu ağır cinayətdir. Bütün  səsləri diskə yazıb prokurorluğa təhvil verdik.  Vəkil tutduq, prokrorluğun nümayəndəsi vəkilə dedi ki, 95 % sübutlar hazırdı, sadəcə beş faiz qalıb. Vəkilimiz də  istintaqı başlatmaq üçün məhkəməyə verilməsini tələb edirdi. Bir ay gec istintaq başladı.  Adam bir ay azadlıqda gəzdi. Hətta prokror əməkdaşına dedik ki, siz işi yubatdıqca digər insanları qeyri- qanuni əmələ cəlb edirsiz ki, bizlərdən kimsə qisas alsın, onu tapıb qətlə yetirsin. Vəkilimiz  belə istintaq prosesi ilə narazılığını deyirdi. Belə dəhşətli  hadisə, dəhşətli faktların olduğu halda, rayon camaatının axışıb gəldiyi faciə fonunda belə səhlənkar hüququ iş aparıldı.  Biz sübutları belə kriminalistlər yalvara-yalvara təhvil vermişik. Çox gec oldu, ancaq nəhayət ilk rayon məhkəməsindəcə yetərli sübut və isrardan dolayı zorakışəxs saxlanılaraq Şəki təcridxanasına göndərildi.. Ona layiqli həbs müddəti kəsilməyincə istintaq gedişatında ədalətə əmin deyilik”

 “İstintaq özü də sübut toplamaqda maraqlı olmur və ya gecikir”

Mütəmadi  cinsi zorakılıq qurbanları ilə çalışan hüquqşünas  deyir ki, cinayət işləri üzrə cəza həddi  kifayət qədər sərtdir. Baxmayaraq ki, bəzi ölkələrdə bu cür cinayətlərə görə ömürlük həbs nəzərdə tutulsa da Azərbaycanda 3-10 il arasında dəyişir. Lakin  zorlama və digər oxşar cinayətlərdə şikayət etmə, araşdırma mexanizmi zəif və qeyri-ciddi olur. Çox halda istintaq özü də səhlənkar yanaşır. Sübut toplamaqda maraqlı olmur və ya gecikir. Cinayət qurbanları şikayət etmir, etdiyi halda  isə gecikir. Nəticədə sübut toplamaq çətinləşir. Zorlama cinayətində qurbanın psixoloji durumu və hadisəyə reaksiyası nəzərə alınmır.

“Mənim bir işim var idi. Qadın zorlanmışdı. Sadəcə şok olduğu üçün heç bir hərəkət etməmişdi. Bu fakt zorlama kimi nəzərə alınmadı. Çünki qadın etiraz etməmişdi və cinayətkara qarşı aktiv etiraz hərəkəti nümayiş etdirməmişdi. Əslində psixiatrik ekspertiza aparılsaydı, onun bu tip hadisədə bədəninin iflic olması nəzərə alınsaydı, cinayət açılmış olardı. Lakin təəssüf ki, qanun hələ bu məsələni nəzərə almır. Zorlama cinayətində müqavimət göstərməsi şərt hesab edilir. Amma qurbanın etiraz etməsi də kifayət hesab edilməlidir. Məsələn, ABŞ bəzi ştatlarında razılıq açıq və könüllü olmalıdır. Şüurunu itirmiş, sərxoş  vəziyyətdə olan şəxslər razılıq verə bilməzlər. ABŞ-da zorlama qurbanları üçün xüsusi mərkəzlər fəaliyyət göstərir (Rape Crisis Center). Fransada da qaynar xətt var və məhz zorlama qurbanları üçün nəzərdə tutulub. İngiltərədə də zorlama cinayətində qurbanın razılığı açıq olarsa, cinayət sayılmır. Razılığın olmasını  sübut etmək cinayətkarın vəzifəsidir. Bu ölkədə zorlama cinayətkarının məlumatları “Sex Offenders Register” proqramına salınır və dövlət bu şəxsə nəzarət edir. İngiltərədə də zorlama qurbanları üçün Krizis Mərkəzləri mövcuddur. İstanbul Konvensiyasının ratifikasiyası ona görə önəmlidir ki, gender məsələsi təhsil sisteminə daxil ediləcək. Zorakılıq qurbanlarının müdafiəsi üçün praktik tədbir görmək öhdəlik olacaq. Qadın və uşaq faktoru ciddi nəzərə alınacaq və s”

Günel Sabirqızı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:92
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 18 İyun 2025 12:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail İran müharibəsi necə bitəcək? İLGİNC SSENARİ KONKRET

16 İyun 2025 17:59see343

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nümayəndə heyəti UNESCO nun “Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi haqqında 2005 ci il Konvensiyası”na Tərəf Dövlətlərin Konfransının 10 cu sessiyasında iştirak edir

18 İyun 2025 13:47see204

KDÇ: “Çelsi”dən uğurlu start

17 İyun 2025 01:19see200

“Astara”da Belarus vətəndaşlarının təxliyəsi həyata keçirilib

16 İyun 2025 19:39see144

“Bu gecə olacaqlar əsrlər boyu unudulmayacaq” İran

18 İyun 2025 01:07see137

Yadplanetlilərin işğalı: Kolumbiyada səmada sirli top tapıldı

17 İyun 2025 01:17see131

Sumqayıtda maşın iki qadını vurdu, biri öldü

18 İyun 2025 01:26see129

Sabah ın rəqibi Zaqreb Dinamo sunun futbolçusu ilə gücləndi RƏSMİ

18 İyun 2025 01:31see122

MOSSAD ın zabit və komandirləri öldürüldü İran

17 İyun 2025 17:04see122

Ürəyindən güllələnərək qətlə yetirilən Vüsalın FOTOSU

16 İyun 2025 19:52see120

Mendeleyev cədvəlindəki bu element insanı təkrar gəncləşdirir SİRLƏR AÇILDI

16 İyun 2025 22:23see120

Ərdoğan: Türkiyə İran İsrail müharibəsi ilə bağlı öhdəsinə düşən hər şeyi etməyə hazırdır

16 İyun 2025 19:51see119

Niyə göbələkdən ZƏHƏRLƏNİRİK?

16 İyun 2025 17:23see118

Avropa Komissiyasının sədri Trampla G7 sammitində görüşü barədə danışıb

17 İyun 2025 10:41see118

Sərhədlərin bağlı saxlanılması: Bu uzaqgörən addımın milli təhlükəsizlik baxımından əhəmiyyəti indi daha aydın anlaşılır TƏHLİL

16 İyun 2025 19:10see115

1 2 günə İran İsraillə anlaşacaq “Ölkə daxilində isə maraqlı proseslər...”

16 İyun 2025 18:41see114

Alkoqol qadınlarda beynin immun müdafiəsini kişilərdən daha çox zədələyir

16 İyun 2025 17:08see114

Alimlər qanadsız külək turbinini yaradıblar...

17 İyun 2025 20:37see113

Hollivud ulduzlarını gözlərindən tanıyın Maraqlı TEST

16 İyun 2025 19:10see111

Tramp İrana diplomatik siqnal göndərdi Təcili görüşlər gözlənilir KONKRET

17 İyun 2025 10:41see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri