Icma.az
close
up
RU
Çiy ət və ət məhsulları yeməyin hansı təhlükələri var? Ekspert AÇIQLADI

Çiy ət və ət məhsulları yeməyin hansı təhlükələri var? Ekspert AÇIQLADI

Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bəzən çiy ət və ya çiy balıq yeyən insanlarla qarşılaşırıq. Onların bir qismi bunu xarici mətbəxlərdən gələn dəb, digərləri isə sağlamlıq və fayda bəhanəsi ilə edir.

Bəs bunun hansı təhlükələri var?

Qida eksperti İlkin Şirinov Redaktor.az-a açıqlamasında bildirdi ki, insanların təhlükəsiz qidalanmasının başlıca şərtlərindən biri yeməklərin düzgün bişirilməsi, düzgün saxlanma qaydalarına riayət olunması, yemək hazırlanan xammalın doğru şəraitdə saxlanması, soyuq qida zəncirinə əməl edilməsi və onlardan istifadə qaydalarının düzgün olmasıdır.

"İnsanlar istər ev mətbəxində, istərsə də kafe və restoranlarda çiy ət, eyniylə ət məhsullarından istifadə edərkən, onlardan yemək hazırlayarkən istifadə etdikləri alətləri tam şəkildə yuyub təmizləməli, dezinfeksiyaedici məhlullardan istifadə etməli, gigiyenaya riayət etməlidirlər. Bu, insanların sağlamlığının qorunmasına təminat verir".

Müsahibimizin sözlərinə görə, bəzi hallarda digər mətbəxlərin adət və ənənələrinin milli mətbəximizə gətirilməsi heç də birmənalı qarşılanmır:

"Milli mətbəx ənənələrimizə uyğun deyil. Bu gün çiy ət və çiy balıq yeməkdən danışılır. Halbuki çiy ət və çiy balığın insan sağlamlığına ciddi zərərləri nəzərə alınarkən, onların “faydalarından” danışmaq qeyri-mümkündür. Burada yalnız insan bədəninə keçə biləcək parazitlərdən və zəhərlənmə riskindən danışmaq olar. Çiy balıqda Anisakis adlı parazit, eyni zamanda lent qurdları mövcud ola bilər. Ətdə isə Toxoplasma gondii adlı parazit olur ki, insan orqanizminə keçdikdə bağırsaqlarda, mədədə, qaraciyərdə müxtəlif fəsadlara səbəb ola bilər. Həmçinin bəzi balıq parazitləri insanın mədəsinə yapışaraq birbaşa həzm sisteminin fəaliyyətinə mane olur. Bu kimi hallar insan sağlamlığı üçün ciddi risk yaradır".

Qida eksperti vurğuladı ki, çiy ət, çiy balıqdan istifadə allergik reaksiyalara, qarın ağrılarına, qızdırmaya, ürəkbulanma və digər xoşagəlməz simptomlara yol aça bilər:

"Xüsusilə hamilə qadınlar, yaşlı insanlar və xroniki xəstəlik daşıyıcıları üçün bu qidaların istifadəsi daha təhlükəlidir, ağır fəsadlara səbəb ola bilər.

Bundan başqa, çiy toyuq ətində salmonella bakteriyasının yaratdığı xəstəliklər də çox təhlükəlidir. Çiy toyuq əti düzgün saxlanmadıqda salmonella infeksiyasının qarşısını almaq mümkün olmur və bu da insan sağlamlığına ciddi zərər vurur.

Biz bu səbəbdən istehlakçılara düzgün qidalanma metodlarını izah edir, onları maarifləndirməyə çalışırıq ki, insanlar gigiyenik, təmiz olmayan yerlərdən məhsul almasınlar, qida təhlükəsizliyinə ciddi yanaşsınlar. Çiy ət və çiy balığın istifadəsini təbliğ edənlər isə birbaşa insan sağlamlığını risk altına atır. İnsanlar bilə-bilə bu qidalardan istifadə edirlərsə, deməli, öz sağlamlıqlarını təhlükəyə atmış olurlar", - deyə İlkin Şirinov əlavə etdi.

Aytəkin TOFİQQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:577
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 26 Avqust 2025 18:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see333

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see300

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see293

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see287

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see282

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see278

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see275

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see264

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see257

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see250

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see236

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see235

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see233

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see232

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see231

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see228

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see224

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see213

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see204

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri