Icma.az
close
up
RU
Çiy əti yuyub bişirməyin XƏBƏRDARLIQ

Çiy əti yuyub bişirməyin XƏBƏRDARLIQ

Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ənənəvi olaraq çoxumuz hesab edirik ki, çiy əti bişirməzdən əvvəl yaxşıca yumaq lazımdır. Bəziləri bunun mikrobları təmizlədiyini düşünür, bəziləri isə sadəcə gigiyena baxımından vacib olduğunu zənn edir.

Bəs həqiqətən də çiy ətin yuyulmasına ehtiyac varmı?

Redaktor.az-a danışan qida eksperti Asim Vəliyev bildirdi ki, son illər ən çox müzakirə olunan məsələlərdən biri toyuq ətinin, mal ətinin, ümumiyyətlə, çiy ətin yuyulmasıdır:

"Çiy əti yumaq sağlamlıq üçün faydalı deyil, əksinə, təhlükəli nəticələr doğura bilər. İlk olaraq çiy əti yuyarkən bakteriyaların suda ətrafa, kəsim taxtasına, əllərə və digər səthlərə yayılma ehtimalı çox yüksəkdir. Bu isə qida zəhərlənməsinə səbəb ola biləcək salmonella kimi bakteriyaların evin müxtəlif yerlərinə yayılması deməkdir. Əslində su ilə yumaq bakteriyaları öldürmür, sadəcə onları daha geniş sahəyə yayır".

Ekspertin sözlərinə görə, çiy əti yumağa ehtiyac yoxdur.

"Onsuz da əti tam və düzgün temperaturda bişirmək bütün zərərli mikroorqanizmləri məhv edir. Əksinə yuma prosesi əlavə təhlükə yaradır. Çiy ətə toxunduqdan sonra əllərimizi mütləq sabunla ən azı 20 saniyə yumalıyıq. Çiy ət üçün ayrı taxta və bıçaq istifadə etməliyik. İş səthlərini və alətləri isti sabunlu su, dezinfeksiyaedici vasitə ilə təmiz yumalıyıq. Əgər ətin üzərində görünən çirk və ya yad cisim varsa, onu yumaqdansa bıçaqla kəsib atmaq daha təhlükəsizdir. Çiy ətin yuyulması gigiyena baxımından faydasız və risklidir. Ən yaxşı yol əti yumadan, sadəcə düzgün şəkildə bişirməkdir", - deyə Asim Vəliyev bildirdi.

Aytəkin TOFİQQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:219
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 10 Sentyabr 2025 13:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see307

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see304

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see295

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see265

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see260

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see252

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see248

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see243

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see241

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see233

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see218

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see216

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see216

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see215

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see212

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see210

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see203

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see202

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see194

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri