COP 29 zamanı bu küçələr tam açıq olacaq
Icma.az, Sitat.info portalına istinadən məlumatı açıqlayır.
COP 29 günlərində Bakıda bir sıra küçələr nəqliyyatın hərəkətinə tam açıq olacaq.
Sitat.info xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin (NİİM) rəisi Namidan Piriyev COP29 günlərində tətbiq olunacaq nəqliyyat planının təqdimatına dair brifinqdə deyib.
O bildirib ki, Mətbuat, Hüseyn Cavid, İnşaatçılar, Ziya Bünyadov, Atatürk, Babək, Qara Qarayev, Tbilisi, Azərbaycan, Parlament prospektləri, Fətəli Xan Xoyski, Cəfər Cabbarlı, Abbasmirzə Şərifzadə və İstiqlaliyyət küçələri nəqliyyatın hərəkətinə tam açıq olacaq.
"Tbilisi prospektində yalnız Şəfaət Mehdiyev küçəsi ilə İzmir küçəsinin kəsişməsində müvəqqəti məhdudlaşma olacaq", - N.Piriyev əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:130
Bu xəbər 04 Noyabr 2024 18:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















