Icma.az
close
up
RU
COP29 çərçivəsində City for People in Baku tədbiri keçirilib

COP29 çərçivəsində City for People in Baku tədbiri keçirilib

Icma.az, Oxu.az saytına istinadən bildirir.

20 noyabr tarixində COP29 çərçivəsində "City for People in Baku: Transforming Urban Spaces for a Sustainable Future" (Bakıda İnsanlar Üçün Şəhər: Davamlı Gələcək Naminə Şəhər Məkanlarının Dəyişdirilməsi) şuarı altında tədbir baş tutub.

Tədbirdə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) sədr müavini Heydər Rüstəmov, Bakıda mövzuya aid sahədə görülən işlər, ekosistemin sağlamlığının təkmilləşdirilməsi və şəhərin davamlılıq naminə həyata keçirilən və planlaşdırılan layihələr haqqında məlumat verərək açılış nitqi ilə çıxış edib. Həmçinin, nəqliyyat üzrə ekspert Vüsal Rəcəbli, "City for People" konsepti ilə bağlı fikirlərini bölüşüb.

Tədbirin davamı olaraq, Bakıda özəl sektor tərəfindən ekoloji islahatların dəstəklənməsi məqsədilə keçirilən tədbirlər barədə məlumatlar təqdim olunub və panel sessiyasında müzakirə edilib. Bolt şirkətinin Azərbaycandakı səfər sifarişi xidmətinin rəhbəri Naim Əzizov qeyd edib ki, "Bolt mikromobillik, xüsusilə velosiped və skuter yolları üçün rahat və təhlükəsiz infrastruktur yaratmaq məqsədilə əməkdaşlıqları genişləndirir. Həmçinin, 2024-cü ilin iyul ayından başlayaraq, Bolt-un bütün Avropada elektrikli avtomobilləri yaymaq üçün hədəfli planının bir hissəsi olaraq Bakının küçələrinə yeni avtomobillər əlavə edilib.

Ümumilikdə, Azərbaycanda 700-ə yaxın elektrikli avtomobil fəaliyyət göstərir. Artıq qeyd edə bilərik ki, aylıq attraksionların 1%-i elektrikli nəqliyyat vasitələri (EV) tərəfindən həyata keçirilir.

AmCham Heyətinin icraçı direktoru Gülnarə Aslanbəyli, davamlılıq mövzusunda verilən tövsiyələri bölüşərək, EV-in ƏDV və idxal rüsumlarından tam azad edilməsi, 3000 enerjidoldurma stansiyasının yaradılması və mühüm hədəf olaraq 2030-cu ilədək avtobus parkının 30%-nin elektrikləşdirilməsi barədə məlumat verib.

Mövzunun davamı olaraq, KPMG şirkətinin hüquq departamentinin rəhbəri və direktoru Seymur Niftaliyev 2024-cü il ərzində mobilliyin inkişafına dair bir neçə tənzimləyici dəyişiklik, o cümlədən yeni parking sistemi ilə tanışlıq, taksi və taksi sürücülərinə dair yenilənmiş tələblər, elektrik avtomobillərin istifadəsi haqqında danışıb. Görüşün sonunda, xüsusi qonaq olaraq dəvət olunan, Bakıya 6500 km-dən çox məsafəni velosipedlə qət edən COP29 velosipedsürmə komandasının üzvü Giyem Otraj (Guillaume Otrage, COP29 Bike Team) davamlılıq mövzusunda və iqlim dəyişiklikləri ilə bağlı düşüncələrini bölüşüb.

Qeyd edək ki, panel sessiyası Bolt şirkətinin dövlət siyasəti üzrə rəhbəri Paşayeva Maarifə tərəfindən aparılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://oxu.az
archiveBu xəbər 21 Noyabr 2024 20:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakının bir çox yollarında nəqliyyatın sıxlığı müşahidə olunur SİYAHI

20 Oktyabr 2025 08:25see197

“Bu gün layiq olduğumuz qələbə əldə etdik”

19 Oktyabr 2025 19:14see187

AZAL da yarıtmaz idarəçilik, yoxsa... Təyyarələrdə yaranan problemlər nəylə bağlıdır? (VİDEO)

21 Oktyabr 2025 09:20see162

Rusiya bankları İran akkreditivlərini qəbul etməyə başlayıblar

20 Oktyabr 2025 15:22see157

Rəştdən Həştərxana birbaşa uçuşlar başladı

19 Oktyabr 2025 19:10see147

Sarıkökün bu faydalarını çoxları bilmir

20 Oktyabr 2025 07:01see146

Xaricdə saxta təhsil: Valideynlər xəbərsiz, tələbələr savadsız EKSPERT RƏYİ

21 Oktyabr 2025 05:43see142

Ərdoğandan Şimali Kiprdə keçirilən prezident seçkilərinin ilkin nəticələrinə reaksiya

20 Oktyabr 2025 00:57see139

“Amazon”, “Snapchat” və “Zoom”da problem yarandı

20 Oktyabr 2025 14:39see135

Tramp görüşü zamanı daim Zelenskiyə söyüş söyürdü

19 Oktyabr 2025 23:19see132

İspaniya La Liqası: Real Madrid səfərdən 3 xalla qayıdır

20 Oktyabr 2025 01:12see132

Tbilisidəki son etirazlara görə 14 nəfər saxlanıldı

19 Oktyabr 2025 18:49see131

Körpələrdə genetik xəstəliklərin aşkarlanması üçün ölkəyə 300 mindən çox test gətiriləcək

19 Oktyabr 2025 20:14see131

İş adamı hava limanında həbs edildi

20 Oktyabr 2025 20:43see128

“Mən ABŞ ı təhlükəyə ata bilmərəm...”

19 Oktyabr 2025 19:18see128

Əməkdar artist Yadigar Muradovun vəziyyəti stabilləşib

19 Oktyabr 2025 18:49see128

Səhər yeməyində turşu yeməyin 5 faydası

21 Oktyabr 2025 02:51see127

Rıbin və həyat yoldaşı öləcəkləri halda tək oğul övladlarına təlimatlar tərtib ediblər...

20 Oktyabr 2025 00:18see127

Elmar Məmmədyarovdan açıqlama: “Kimin qarın ağrısı varsa, adımı hallandırır”

19 Oktyabr 2025 21:04see127

Oyundan sonra duş qəbul edə bilmədilər Atletiko dan UEFA ya şikayət

21 Oktyabr 2025 00:12see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri