Icma.az
close
up
RU
COP29 konfransının proqramı açıqlanıb

COP29 konfransının proqramı açıqlanıb

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat yayır.

Noyabrın 11-22-də keçiriləcək COP29 konfransının proqramı konfransın rəsmi vebsaytında yerləşdirilib.

AZƏRTAC xəbər verir ki, böyük maraqla gözlənilən COP29 konfransı rəsmi olaraq həm Mavi, həm də Yaşıl Zonalarda keçiriləcək tədbirlərin proqramını təqdim edib. COP29 rəsmi veb saytında yerləşdirilən və konfransın gündəliyinə uyğun yenilənməkdə olan proqram qlobal iqlim gündəliyini əhatə edəcək müxtəlif tədbirlər, müzakirələr və sərgilər haqqında məlumatları ehtiva edir. Konfransda əyani surətdə iştirak edən şəxslər bu proqramları həm Mavi, həm də Yaşıl zonaların məlumat masalarından əldə edə biləcəklər.

Proqram, rəsmi danışıqların aparılacağı və qərarların qəbul ediləcəyi Mavi Zona və iqlim dəyişmələri ilə bağlı müxtəlif sərgi, seminar və mədəniyyət tədbirlərinin keçiriləcəyi, ictimaiyyətə açıq olan Yaşıl Zonanı əhatə edir. Proqramda iqlim maliyyəsi, adaptasiya, mitiqasiya və texnologiyalar və bir sıra digər müxtəlif mövzulara yer verilib.

Mavi Zonada rəsmi danışıqların planlaşdırılması BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası (UNFCCC) tərəfindən idarə olunsa da, bu zonanın akkreditasiyadan keçmiş iştirakçıları üçün öz tədbir və proqramlarını təqdim edən bir neçə ölkə pavilyonu da mövcuddur. 13-22 noyabr tarixlərində Azərbaycan pavilyonunda maliyyə, enerji, elm, insan kapitalı və nəqliyyat da daxil olmaqla, həm dövlət, həm də özəl sektorlardan olan bir sıra əsas maraqlı tərəflərin rəhbərliyi ilə tematik günlərdə çoxsaylı sessiyalar keçiriləcək. Həm dövlət, həm də özəl sektorlardan bir sıra maraqlı tərəflər bu sessiyalara rəhbərlik edəcək.

Yaşıl Zona ziyarətçiləri hər bir tematik günə uyğun olaraq panel müzakirələri və seminarlarda iştirak edərək təcrübə qazana biləcəklər. COP29-un rəsmi tərəfdaşları Yaşıl Zonada iqlim müzakirələrini təşviq etmək və həm dövlət, həm də özəl sektorlardan olan maraqlı tərəflər arasında fəaliyyəti stimullaşdırmaq üçün onlara verilən bu imkanı səmərəli dəyərləndirəcəklər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:72
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 09 Noyabr 2024 23:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qlobal Media Forumu Azərbaycanın beynəlxalq nüfuzunu daha da artırır

13 İyul 2026 13:30see426

Argentina İsveçrə matçında daha bir qol CANLI YENİLƏNİR

12 İyul 2026 06:32see313

Ramin Nurəhmədov yeni vəzifəyə təyin olundu

12 İyul 2026 11:35see303

Zelenski silah çatdırılmasının sürətindən narazıdır

12 İyul 2026 00:33see290

Trabzondan İstanbula uçan təyyarə sərnişinə görə geri qayıtdı

12 İyul 2026 02:54see208

Leon Kuk: Dünyanın hər yerindən gələn media nümayəndələrinə sual vermək imkanı yaratmaq unikal hadisədir

13 İyul 2026 15:43see205

Aygün Kazımovanın 26 il əvvəl başına gələn hadisə gündəm oldu (Video)

12 İyul 2026 01:03see195

Bakı Qazax yolunda avtobus qəzası: DYP dən açıqlama

12 İyul 2026 11:20see186

Tramp Ukraynanın uzaqmənzilli zərbələrindən təsirlənib

12 İyul 2026 02:21see185

Goranboyda azyaşlı ot tayasına od vurdu

12 İyul 2026 04:25see181

Enerji içkiləri ilə bağlı VACİB XƏBƏRDARLIQ!

12 İyul 2026 15:11see177

“Neftçi” Portuqaliyadan futbolçu gətirir

12 İyul 2026 01:06see174

Tarixdə 1 milyard dollar gəlir gətirən ilk bioqrafik film oldu “MAYKL” REKORD VURDU

13 İyul 2026 03:31see173

Vens: “Razılaşmanın əldə olunmaması məğlubiyyət demək deyil”

12 İyul 2026 11:47see170

“Barselona” Fermin Lopeslə bağlı şad xəbər aldı

13 İyul 2026 05:14see161

Maldiniyə İtaliya Futbol Federasiyasında vəzifə verildi

12 İyul 2026 00:19see159

ABŞ İrana quru əməliyyatı hazırlaya bilər Ekspert

12 İyul 2026 16:52see158

13 19 iyul tarixlərinin HƏFTƏLİK BÜRC PROQNOZU

13 İyul 2026 00:18see154

SEPAH: Hörmüz boğazı növbəti göstərişədək bağlanıb

12 İyul 2026 03:41see153

İran üçün böyük plan AKTUAL

12 İyul 2026 11:50see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri