Icma.az
close
up
RU
COP29 un hədəflərinə elmin töhfəsi

COP29 un hədəflərinə elmin töhfəsi

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

Azərbaycan Milli Elmlər Akademiyasında “COP29: Qlobal və milli çağırışlar, elmin vəzifələri” kitabının təqdimat mərasimi keçirilib.

AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli çıxışında bildirib ki, Azərbaycana böyük uğurlar gətirən COP29 BMT tərəfindən bu günədək dünyanın müxtəlif ölkələrində keçirilmiş beynəlxalq səviyyəli tədbirlərin zirvəsində dayanır. Bu mötəbər mərasimin ölkəmizdə yüksək təşkilatçılıqla keçirilməsi Azərbaycanın qlobal miqyasda iqlim dəyişmələri və ətraf mühitin qorunmasında liderlik rolunu nümayiş etdirib.

Akademik “Yaşıl dünya naminə həmrəylik ili” və Azərbaycanda keçirilmiş BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) yekunlarına həsr olunmuş kitabın elmi və siyasi əhəmiyyətini vurğulayıb. O, 2024-cü ildə AMEA-da “Yaşıl dünya naminə həmrəylik ili” və COP29-la bağlı həyata keçirilmiş layihələr, görülmüş işlər, nəşr fəaliyyətləri və qarşıda duran perspektivləri əks etdirən bu nəşri Akademiyanın həm elmi fəaliyyətinin hesabatı, həm də beynəlxalq tədbirin çağırışları fonunda akademik vəzifələri ümumiləşdirən mühüm sənəd kimi yüksək dəyərləndirib.

Daha sonra AMEA-nın vitse-prezidenti, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun baş direktoru, akademik İradə Hüseynova, Bakı Dövlət Universitetinin Botanika və bitki fiziologiyası kafedrasının müdiri, AMEA-nın müxbir üzvü Elşad Qurbanov, Vəhşi Təbiəti Mühafizə Fondunun (WWF) Azərbaycan nümayəndəliyinin rəhbəri Elşad Əsgərov, AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Elçin Qaliboğlu və digərləri çıxış edərək nəşrin yalnız elmi ictimaiyyət üçün deyil, həm də geniş oxucu kütləsi, xüsusilə gənc tədqiqatçılar, doktorantlar və tələbələr üçün dəyərli elmi mənbə olacağına, yeni tədqiqat istiqamətlərinin müəyyənləşdirilməsinə təkan verəcəyinə əminliklərini ifadə ediblər.

Sonda iştirakçılar Akademiya şəhərciyi ərazisində salınmış AMEA-nın Nadir ağaclar parkına baxış keçiriblər.

Xatırladaq ki, nəşrin layihə rəhbəri və “Ön söz”ün müəllifi AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, elmi redaktoru AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova, tərtibçisi AMEA-nın vitse-prezidentinin xidmətinin elmi katibi aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Afiq Məmmədovdur.

Qabil YUSİFOĞLU
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 25 Oktyabr 2025 16:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see378

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see371

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see361

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see361

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see359

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see341

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see340

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see323

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see321

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see318

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see306

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see303

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see299

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see290

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see271

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see269

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see255

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see220

Sabunçu rayonunda YAP ın yaradılmasının 34 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib

20 Noyabr 2026 21:11see220

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri