Icma.az
close
up
RU
COP29da Avropa İttifaqını təmsil edən nazir, siyasi sifarişləri yerinə yetirmək üçün göndərilmişdi

COP29da Avropa İttifaqını təmsil edən nazir, siyasi sifarişləri yerinə yetirmək üçün göndərilmişdi

Icma.az, Bizimyol portalına istinadən məlumat yayır.

“COP29 çərçivəsində maliyyə hədəfinin müəyyən edilməsi prosesinin gərgin keçməsinin əsas səbəbkarı, Avropa İttifaqıdır. Avropa Komissiyasının rəhbəri Ursula von der Leyen Avropa İttifaqı və Bayden administrasiyası ilə razılaşdırılmış şəkildə iqlim dəyişikliklərinə qarşı mübarizə istiqamətində az vəsaitin ayrılmasını bildiyi üçün Bakıda COP29-da iştirak etmədi. Məqsəd, Azərbaycanın nüfuzuna zərər vermək idi”.

Milli Məclisin deputatı Elman Nəsirov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, dünyanın ən böyük tədbiri olan COP29 uğurla yekunlaşdı. Azərbaycan dövləti növbəti dəfə bütün dünyaya sübut etdi ki, o dünyamızı narahat edən ən mürəkkəb, ən qəliz problemlərin həll olunduğu bir məkana çevrilmək gücünə və potensialına malikdir. Əməli addımları ilə bunu təsdiqlədi: “Təkcə bircə faktı söyləyək ki, dünyanın 80 dövləti prezident, vitse prezident  və baş nazir səviyyəsində təmsilçiliklə COP29 həyata keçirildi. Eyni zamanda 76 min nəfər bu tədbirə qatılmaq üçün qeydiyyatdan keçdi.

Bakıda keçirilən COP29-un bir nömrəli məsələsi iqlim dəyişikliklərinə qarşı mübarizə məqsədilə maliyyə vəsaitinin ayrılması idi. Məlum olduğu kimi inkişaf etməkdə olan dövlətlər 1,1-1,2 trilyon dollar vəsaitin ayrılmasında israrlı idilər. Amma inkişaf etmiş dövlətlər bu məsələlərdə xəsislik nümayiş etdirir və 100 milyard və ondan bir qədər çox məbləğ ayrılmasında dirənirdilər. Bu prosesdə xüsusilə Avropa İttifaqı, onun siyasi rəhbərliyi daha çox canfəşanlıq edirdi. Avropa Komissiyasının rəhbəri Ursula von der Leyenin hələ tədbir öncəsi və tədbir zamanı davranışı onu göstərirdi ki, onların bu vəsaiti ayırmaq niyyəti yoxdur. Oxşar səbəbdən və digər səbəblərdən o Bakıya tədbirə gəlmədi. Ancaq Avropa İttifaqını bu tədbirdə Almaniyanın Xarici İşlər naziri Annalena Berbokun təmsil etdiyini qeyd edə bilərik. Onun da təmsilçiliyi də Avropa İttifaqı rəhbərliyinin siyasi sifarişlərini yerinə yetirmək üçün göndərildiyini göstərdi”.

Elman Nəsirov

Deputat deyir ki, iqlim dəyişiklikləri ilə bağlı diplomatiyanın həyata keçirilməsi üçün maliyyə vəsaitin artırılması deyil, bu xanım naziri ən çox qayğılandıran məsələ Azərbaycanda insan hüquq və azadlıqları ilə bağlı mövzular, jurnalistlər və siyasi məhbus məsələləri idi: “Almaniyanın Xarici İşlər naziri bu məsələlərlə bağlı mövqe ortaya qoyurdu. Eyni zamanda müxalifət nümayəndələri ilə ayrıca əlahiddə görüşlər keçirirdi. COP29-un bir məqsədi və missiyası var idi, o da iqlim dəyişikliyi ilə qlobal səviyyədə mübarizənin aparılması. Bu xanımı başqa məsələlər maraqlandırırdı, yəni Azərbaycana siyasi təzyiq göstərilməsi. Azərbaycan prezidenti İlham Əliyevin də qeyd etdiyi kimi iqlim diplomatiyasını biz uğurla yekunlaşdırdıq. Azərbaycan COP29-un qarşısında dayanan vəzifələrin həyata keçirilməsi üçün bütün səyləri həyata keçirdi və bu prosesdə çox ciddi töhfələr verdi, açıq müzakirələrin aparılması üçün şərait yaradıldı. Dünyamızın bir nömrəli probleminin həlli üçün maliyyə təminatı istiqamətində real addımlar atılması üçün ciddi işlər görüldü”-deyə Elman Nəsirov bildirib.

Deputatın fikrincə, sevindirici hal 300 milyard dollar vəsaitin ayrılması ilə bağlı razılaşmanın əldə edilməsidir. Elman Nəsirov qeyd edib ki, bu vəsait nəticə etibarilə inkişaf etməkdə olan dövlətlərin iqlim dəyişiklikləri ilə bağlı problemlərinin həlli məsələlərinə böyük dəstək olacaq.

“Eyni zamanda Fransa və Niderland kimi dövlətlərin təzyiqinə məruz qalan ada dövlətlərin bu ağır probleminin həlli istiqamətində də addımlar atılmasına çağırış olundu. Bu baxımdan Azərbaycan dövləti çox mühüm bir missiyanı da həyata keçirdi. Çünki biz həmişə əziləın, təzyiq altında olan xalqların haqq işinin yanında olmuşuq və bu münasibətə COP29 dövründə də sadiq qaldıq. Bakıda keçirilən beynəlxalq konfrans iqlim diplomatiyasının təntənəsi kimi tarixə düşdü”-deyə Elman Nəsirov əlavə edib.

İradə Cəlil, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:100
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 25 Noyabr 2024 13:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see236

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see225

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see198

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see196

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see173

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see168

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see166

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see153

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see152

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see149

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see147

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see147

Azyaşlı qızları maşınına mindirib dəfələrlə zorladı Azərbaycanda ŞOK HADİSƏ

30 Dekabr 2025 05:29see144

Süni intellektin gələcəyi: OpenAI təhlükələrə qarşı mübarizə üçün idarəedici axtarır

30 Dekabr 2025 09:05see143

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see142

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see141

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see139

Energetik içkilərlə bağlı şok xəbərdarlıq: kor edə bilər

30 Dekabr 2025 09:06see135

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see134

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri