Icma.az
close
up
RU
Türk dövlətləri QHTlərinin iqlim forumu keçirildi FOTO

Türk dövlətləri QHTlərinin iqlim forumu keçirildi FOTO

Icma.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

COP29 çərçivəsində Türk dövlətlərinin qeyri-hökumət təşkilatlarının (QHT) iqlim forumu keçirilib.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, tədbirdə Türk dövlətlərindən nümayəndələri və ictimai xadimləri iştirak ediblər.

Forumda “İqlim dəyişikliyi və insan kapitalı: türkdilli ölkələrdə vətəndaş cəmiyyətlərinin rolu” və “İqlim məsələlərində gənclərin vətəndaş təşəbbüslərində iştirakının təşviqi” kimi mövzular müzakirə olunub.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva bildirib ki, Türk dövlətləri arasında əlaqələr ictimai-siyasi həyatın bütün sahələrində dinamik şəkildə inkişaf edir. O qeyd edib ki, ortaq tarixi bağlar və vətəndaş cəmiyyətlərinin əməkdaşlığı möhkəmləndirmək arzusu bu ölkələri daha da yaxınlaşdırır: “Türk dövlətlərini təmsil edən QHT-lərin Forumunun COP29-un “insan kapitalı”na həsr edilmiş tematik günündə keçirilməsi böyük əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dediyi kimi, “XXI əsr Türk dünyasının inkişaf əsri olmalıdır”. Buna görə də, yalnız insan kapitalının gücləndirilməsi vasitəsilə Türk regionunun uzunmüddətli inkişafına nail olmaq və ekoloji təhdidlərlə mübarizə aparmaq mümkündür.”

Özbəkistan QHT-ləri Milli Assosiasiyasının sədri Kamoliddin İşanhocayev Azərbaycanın sədrlik etdiyi COP29 çərçivəsində Bakıda olmaqdan böyük məmnunluq duyduğunu bildirib: “Biz Azərbaycan rəhbərliyi tərəfindən qarşıya qoyulan əsas hədəflərin beynəlxalq normalara və standartlara tam uyğun olmasını yüksək qiymətləndiririk. Bu yaxınlarda Bakıya səfər etmiş dövlət başçılarının bu prosesə dəstəyini xüsusi vurğulamaq lazımdır.

Xüsusilə sevindirici haldır ki, bizim ölkə rəhbəri də bir sıra təşəbbüslərlə çıxış edib, həmin təşəbbüslər Azərbaycan tərəfindən dəstəklənib. Ümid edirik ki, yalnız dövlət qurumları deyil, Özbəkistan və Azərbaycan QHT-ləri COP29 çərçivəsində əməkdaşlığın inkişafına fəal şəkildə töhfə verəcək”.

Qazaxıstan Mədəniyyət və İnformasiya Nazirliyinin əməkdaşı Gülbara Sultanova qeyd edib ki, Bakı bir neçə gündür, beynəlxalq ictimaiyyət, ekspertlər və vətəndaş cəmiyyəti nümayəndələri üçün iqlim dəyişikliyi məsələlərində cazibə mərkəzinə çevrilib. Biz anlayırıq ki, bir ölkənin ekoloji problemləri qaçılmaz olaraq digər ölkələrə də təsir edir. Məhz buna görə də bu məsələlərin məhz burada, Bakıda müzakirə olunması və problemlərin həlli məqsədilə bir çox ölkənin nümayəndələrinin bu platformada bir araya gəlməsi çox vacibdir.

Artıq ikinci həftədir ki, davam edən bu forum, iqlim dəyişikliyi və ekoloji vəziyyətin pisləşməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Biz əminik ki, işlənib hazırlanmış və təklif olunan təşəbbüslər BMT və bütün ölkələr üçün iqlim problemlərinin həlli istiqamətində gələcək tədbirlərin müəyyən edilməsində mühüm meyar olacaq. Axı, hamımız ekoloji cəhətdən təmiz bir dünyada yaşamaq istəyirik”.

Forum digər çıxışlarla davam edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:88
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 18 Noyabr 2024 17:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see300

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see238

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see216

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see206

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see194

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see187

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see186

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see183

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see171

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see170

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see164

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see154

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see154

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see152

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see151

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see151

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see151

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see151

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see147

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri