Icma.az
close
up
RU
COP29un hədəflərindən biri yaşıl iqtisadiyyatın inkişafı və innovativelmi yanaşmanın təşviqidir RƏY AZƏRTAC

COP29un hədəflərindən biri yaşıl iqtisadiyyatın inkişafı və innovativelmi yanaşmanın təşviqidir RƏY AZƏRTAC

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 22 noyabr, AZƏRTAC

COP29-un hədəflərindən biri ətraf mühitə təsir göstərən dekarbonizasiya prosesini sürətləndirmək - alternativ enerjidən istifadə etməklə karbon qazı və istilik effekti yaradan qazların azaldılması, hətta onun minimuma - 0 səviyyəsinə endirilməsi, yaşıl iqtisadiyyatın inkişafı və innovativ-elmi yanaşmanın təşviqidir. Eyni zamanda, gənclər və həssas qrupa daxil olan qrupların iqlim dəyişikliklərinin fəsadlarından qorunması üzrə mümkün tədbirlərin həyata keçirilməsi, yeni yaşıllıq zonalarının yaradılmasıdır.

Bu fikirləri AZƏRTAC-a məxsusi açıqlamasında Dövlət Ekoloji Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Mirsalam Qənbərov deyib.

Cəmiyyətin ekoloji maarifləndirilməsində dövlət və özəl sektorun məsuliyyətindən danışan agentlik rəhbəri bildirib ki, ekologiya ilə bağlı bütün ideyaların kökündə insan təfəkkürü dayanır. Ekoloji məsələləri diqqətə alınan COP29 konfransının Bakıda keçirilməsi fərdlərin bu istiqamətdə maariflənməsinə təkan verəcək: “İnsanlar anlamalıdırlar ki, əgər sağlam yaşamaq istəyirlərsə, ətraf mühitin qorunmasına həssas yanaşmalıdırlar. Hər kəs tullantıları qanunvericiliyin tələbinə uyğun idarə etməyi bacarmalıdır. Ekoloji şüurun formalaşmasında inzibati tədbirlərdən daha çox müəyyən normalara riayət edilməsi dayanır”.

Ekoloji təşəbbüs və layihələrin əhəmiyyətindən bəhs edən müsahibimiz bildirib ki, burada suya, elektrik enerjisinə qənaət, alternativ enerji mənbələrindən istifadə, ən başlıcası formalaşan tullantı sularının təkrar emalı, yağış sularından səmərəli istifadə edilməsi kimi məqamlar nəzərə alınmalıdır. Bu işdə dövlət-özəl sektor əməkdaşlığı mühüm rol oynayır. Hər bir fərd, ictimai qurum, layihəni həyata keçirən təşkilat bu məsələlərdə öhdəlik götürməlidir.

Bu günlərdə dünyanın diqqətinin Azərbaycanda olduğunu deyən Agentliyinin İdarə Heyətinin sədri bildirib ki, ekoloji problemlərin həlli istiqamətində mütəxəssislərin rəyi nəzərə alınarsa, bunun özü irəliləyiş deməkdir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:71
embedMənbə:https://azertag.az
archiveBu xəbər 22 Noyabr 2024 17:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see259

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see253

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see248

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see239

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see232

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see230

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see216

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see215

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see211

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

29 Yanvar 2026 16:53see205

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see189

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see184

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see180

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see180

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see178

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see160

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

29 Yanvar 2026 17:53see159

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see154

Fermada keçən uşaqlıq: Cəlilabadda dörd qardaş məktəb üzü görmür

30 Yanvar 2026 00:41see143

Məhəmmədəliyev: “Heyətdə 11 azərbaycanlının olması üçün uşaq futboluna investisiya qoymalıyıq”

30 Yanvar 2026 02:58see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri