Icma.az
close
up
RU
COP30 iqlim konfransında “qlobal müəyyən edilmiş töhfə” təşəbbüsü irəli sürüləcək

COP30 iqlim konfransında “qlobal müəyyən edilmiş töhfə” təşəbbüsü irəli sürüləcək

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 21 iyun, AZƏRTAC

Noyabr ayında Braziliyada keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 30-cu sessiyasının (COP30) təyin olunmuş prezidenti Andre Korrea do Laqo bildirib ki, onun ölkəsi ABŞ-ın Paris Sazişindən çıxmasından sonra qlobal iqlim səylərini gücləndirmək məqsədi ilə Birləşmiş Ştatların əyalətlərinə və özəl şirkətlərinə emissiyaların azaldılması öhdəliklərini genişləndirməyi təklif edib.

AZƏRTAC “Reuters” agentliyinə istinadla xəbər verir ki, onun sözlərinə görə, iqlim sammitinə hazırlaşan braziliyalı diplomatlar sentyabr ayına qədər istixana qazı emissiyalarını azaltmaq üçün yenilənmiş hədəflərin təqdimatı üzrə BMT ilə sıx əməkdaşlıq edirlər.

COP30 prezidenti əlavə edib: “Demək olar ki, bütün dövlətlərin istiləşməni sənayedən əvvəlki səviyyədə - 2 dərəcə Selsidən çox aşağı həddə məhdudlaşdırmağa razılaşdığı Paris Sazişinə uyğun olaraq, ölkələrin Milli Müəyyən Edilmiş Töhfələr (NDC) kimi tanınan hədəfləri təqdim etmələri və onların bir neçə ildən bir yeniləməsi tələb edilir.

COP30 Sədrliyinin iyunun 20-də yayımlanan məktubunda Andre Korrea do Laqo “Global Stocktake” öhdəliyini dəyişdirmək üçün təkcə ölkələrin deyil, müxtəlif aktorların hədəflərini özündə birləşdirəcək “qlobal NDC” yaratmağı, bununla da emissiyaların azaldılması yolunu genişləndirməyi təklif edib. O vurğulayıb: “Məqsədimiz qlobal iqlim fəaliyyətinə yeni dinamika gətirmək, bizneslərin, vətəndaş cəmiyyətinin və hökumətin bütün səviyyələrində əlaqələndirilmiş fəaliyyətdə göstərilən səyləri uyğunlaşdırmaqdır”. Laqo genişlənmiş təşəbbüs üçün “GDC” və ya “qlobal müəyyən edilmiş töhfə” terminini təklif edib.

O, bu təşəbbüsü açıq şəkildə Vaşinqtonun iqlim siyasətindəki dəyişikliklərə cavab olaraq açıqlamasa da, etiraf edib ki, bu, Tramp administrasiyasının Paris Sazişindən rəsmi çıxmasına baxmayaraq, iqlim dəyişikliyinin qarşısını almaq öhdəliyinə sadiq qalan ABŞ şirkətləri və yerli hökumətlərin prosesdə iştirakına imkan verəcək. “Bizim fəaliyyət gündəliyimiz iştirak etmək istəyən ABŞ sahibkarları üçün əlavə imkan yaradır”, -deyən Laqo, həmçinin təklifin mühafizəkar emissiya hədəfləri olan ölkələri daha iddialı olmağa təşviq edəcəyini bildirib.

Braziliyalı diplomat deyib ki, özəl sektor aktorları iqtisadi artımın stimullaşdırılmasında neft şirkətlərinin rolu və ya elektrik şəbəkələrinin dəyişdirilməsi xərcləri kimi mürəkkəb mülahizələrə həssas olan hökumətlərdən daha sürətli hərəkət edirlər.

COP30-un “iqlim çempionu” olaraq təyin edilmiş braziliyalı iş adamı Dan Yoşpe bu təşəbbüsün qeyri-dövlət aktorlarının Paris Sazişinin məqsədlərinə uyğunlaşmasına aydınlıq gətirəcəyini bildirib. O əlavə edib: “Yalnız ABŞ-da deyil, ümumiyyətlə, milli hökumətlərin məsələyə o qədər də qarışmadığı ölkələrdə biz qubernatorların, merlərin və özəl sektorun iqlim fəaliyyətində daha fəal iştirak etdiyini görürük”.

Qeyd edək ki, bu ilin noyabr ayında Braziliyanın Belem şəhərində keçiriləcək COP30 iqlim konfransı Paris Sazişinin 10-cu ildönümünə təsadüf edir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:251
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 İyun 2025 15:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see320

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see286

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see278

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see274

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see269

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see265

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see263

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see248

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see243

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see239

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see229

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see228

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see225

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see225

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see223

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see220

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see216

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see202

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see197

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri