Icma.az
close
up
RU
Dadaş Dadaşbəyli: “Fərid Qayıbovun fikirlərdən sonra idmana iyirmi gözlə baxıram” İdman və Biz

Dadaş Dadaşbəyli: “Fərid Qayıbovun fikirlərdən sonra idmana iyirmi gözlə baxıram” İdman və Biz

Idman.biz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Los-Anceles Olimpiadasına getmək üçün əlimdən gələni edəcəm”.

Bunu İdman.biz-ə müsahibəsində Azərbaycan millisinin ağırlıqqaldıranı Dadaş Dadaşbəyli (109 kq) deyib.

Avropa çempionu bildirib ki, Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazana bilməməsi ona psixoloji olaraq ciddi təsir edib: “Əlimdən gələni elədim. Sual oluna bilər ki, bəs niyə alınmadı? Cavabım isə birdir: məşqçilərin səhlənkarlığı və çəkidə düzgün seçim etməməsi nəticəsində lisenziya qazana bilmədim. Həmin dövrü çox ağır keçirdim, lisenziyanın bir addımlığında dayanmağı qəbul etmək asan deyil. Hər kəsdən küsürdüm, inciyirdim. Bəlkə günahkar axtarırdım, ya da günahkar özüm idim. Heç nə anlamadım. İndi yavaş-yavaş toparlanmağa çalışıram. Belə bir dövrdə cənab nazir Fərid Qayıbovun haqqımda dediyi sözlər mənə böyük motivasiya oldu. Onun etimadını doğrultmaq üçün əlimdən gələni edəcəm. Həmin fikirlərdən sonra idmana iki gözlə yox, iyirmi gözlə baxıram. Cənab nazirin inandığı bir idmançı olduğum üçün fəxr edirəm”.

Dadaşbəyli Los-Anceles-2028 üçün yaşını əngəl hesab etmir: “Hazırda 28 yaşım var, Los-Anceles-2028 Yay Olimpiya Oyunlarında isə 31 yaşım olacaq. 34 yaşında mənim çəkimdə Ruslan Nurudinov dünya rekordu qıra bilirsə, Dadaş Dadaşbəyli 31 yaşında Olimpiadada niyə medal götürə bilməsin? Əlbəttə ki, idmanda yaş nəticəyə təsir edən faktordur. Ancaq ağırlıqqaldırmada 31 yaş söz deyəcək yaş deyil”.

Qeyd edək ki, gənclər və idman naziri Fərid Qayıbovun ilin yekunları ilə bağlı jurnalistlərlə ənənəvi görüşündə Los-Anceles Olimpiadasında ağırlıqqaldırmanı görmək istədiyini və Dadaş Dadaşbəyliyə ümidlərinin böyük olduğunu bildirmişdi.

Aytac Sahəd
İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 14 Yanvar 2025 09:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see237

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see183

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see167

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see159

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see156

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see153

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see144

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri